Samsung Galaxy Note 10 1 - Wikipedia
Samsung Galaxy Note 10.1 — Samsung şirkətinin istehsal etdiyi planşet.
Xüsusiyyətləri
redaktəGalaxy Note 10.1 planşeti 10,1 düymlü sensor ekrana malikdir. Aparata Android 4.0 Ice Cream Sandwich proqram platforması quraşdırılıb. Planşet barmaqlarla idarəetməni və S Pen adlı xüsusi qələm vasitəsilə əllə daxiletməni dəstəkləyir. S Note aləti vasitəsilə birbaşa veb-brauzer, foto və ya videomateriallarda qeydlər etmək mümkündür. Model 1,4 QHs takt tezliyində işləyən 4 nüvəli prosessorla təchiz edilib. Əməli yaddaş tutumu 2 QB təşkil edir. Ekranın təsvir ölçüsü 1280×800 nöqtəyə (WXGA) bərabərdir.[1]
Galaxy Note 10.1 planşeti, həmçinin 5 və 1,9 meqapiksel matrisli kamera, GPS/QLONASS qəbuledicisi, MicroSD (64 QB-a qədər) slotu, Bluetooth 4.0 və Wi-Fi 802.11a/b/g/n simsiz rabitə adapterləri, akselerometr, rəqəmli kompas, işıqlanma datçiki və jiroskop tənzimçisi ilə təchiz olunub. Planşetin ölçüsü 262×180×8,9 millimetr, çəkisi təxminən 600 qram təşkil edir. Akkumulyator batareyasının tutumu 7000 milliamper/saata bərabərdir.[1]