Samux Mahali - Wikipedia
Samux mahalı — Gəncə xanlığının mahallarından biri. Samux mahalı Qazanı dağlarının ətəyində Qanlı Qobu və Qabırrı vadiləri arasında Kür çayının sahilindəki ərazini əhatə edirdi.
Mahal | |
Samux mahalı 1747—1822 | |
---|---|
Daxildir | Gəncə xanlığı |
İnzibati mərkəz | Samux |
Naiblər | Şirin bəy Samuxi (1810-1822) |
|
Mahal haqqında qısa bilgi
redaktə- Sahəsi -
- Əhalisi -
- Yaranması — 1747-ci il
- Paytaxtı— Samux kəndi
- Sərhədləri —
Etimologiyası
redaktəBir sıra tədqiqatçıların mülahizələrinə görə “Samux” sözü qədim alban dilində “ov üçün meşəlik yer” kimi tərcümə edilir. Tarix elmləri namizədi Arif Məmmədovun “Samux mahalının tarixi-arxeoloci tədqiqinə dair” kitabında qeyd edildiyi kimi, Samux mahalının adı xarabalıqları qalın Samux meşələrində qalmaqda olan Samux şəhərinin adındandır. R.Yüzbaşov “Samux” sözünü yayda ərazidən keçən isti küləklə əlaqələndirir. “Azərbaycan dilinin onomastikası” adlı əsərdə Samux adının-zoonim mənşəli söz olub, at adı ilə əlaqədar olduğu bildirilir. Bəzi məlumatlarda isə adın birinci hissəsinin “Sam”-öküzün boyunduruğuna keçirmək üçün düzəldilən ağac mənasını, Samux sözünün isə belə ağacların çox bitdiyi ərazi kimi işlədildiyi haqqında nəticəyə gəlinir.
Mahalın tarixi
redaktəGəncə xanlığının alınması rus qoşunlarının Azərbaycanın içərilərinə doğru irəliləməsi üçün böyük əhəmiyyət kəsb edirdi.Gəncə xanlığının vassal asılılığında olan Samux hakimi Şirin bəy Gəncənin süqutundan sonra Rusiya təəbəliyini qəbul etməyə məcbur oldu. O, hər il Rusiyaya 1000 çervon (3 min manat) bac verməyi öhdəsinə götürdü.
Samux mahalının nаibləri
redaktəTitul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Naib | 1747 | 1762 | |
Naib | 1762 | 1775 | |
Naib | 1775 | 1783 | |
Naib | 1783 | 1810 | |
Naib | Şirin bəy Samuxi | 1810 | 1822 |