Sanama Oyun - Wikipedia
Sanama - Azərbaycanda uşaqlar və gənclər arasında yazqabağı günlərdə, şənlik və bayramlarda dəstələrə bölünmədən oynanılan oyunlarda "başçı" ("aparıcı" və ya "işçi") seçmək üçün sadalanan şeir.
Ümumi məlumat
redaktəDəstələrə bölünməklə oynanılan bütün oyunlar Halay qurmaqla başlanır. Lakin bir çox oyunlarımız dəstələrə bölünmədən oynanılır. Ənzəli, Eşşək beli sındırdı, Yeddi ağac buna misal ola bilər. Bu oyunları başlayarkən, "başçı", "aparıcı" və ya "işçi" seçmək üçün sanamadan istifadə edirlər.
Oyunun qaydaları
redaktəPüşk yolu ilə yaxud oyunçuların ümumi razılığı ilə (oyunda və ya uşaqlar arasında müəyyən keyfiyyətləri ilə fərqlənən) bir nəfər seçilir. O bütün oyunçuları sıraya düzür. Sanama yolu ilə oyunçuları bir-bir sıradan azad edir. Axıra qalan oyunçu "başçı" ("aparıcı" və ya "işçi") seçilmiş olur. Sanamanı aparmaq üçün müxtəlif sanamalardan istifadə edirlər. "İynə-iynə", "Motal-motal", "Əmim oğlu" və s. bu kimi sanamalar uşaqların sevimli nəğmələridir.
Sanamalar
redaktəMotal-motal
redaktəMotal-motal
Tərsə motal,
Qıl atar,
Qaymağ tutar
Ağ quşum,
Ağarçınım,
Göy quşum,
Göyərçinim.
Qarğa qara,
Durna çala,
Çiləmə çilik,
Bircə əmlik,
Əmrəqulu, vur nağara,
Çıx qırağa.
İynem , iynem-iynə
redaktə- Iynə-iynə
İynə-iynə,
Ucu düymə
Bal ballıca,
Ballı keçi,
Şam ağacı,
Şatır keçi.
Qoz ağacı,
Qotur keçi.
Hoppan-hoppan,
Yarıl-yırtıl,
Su iç qurtul.
Əmim oğlu , Hurtul qulu
redaktəƏmim oğlu, Hurtul qulu
Üzü buğlu,Gözü toğlu
Haldırım dedi,Güldürüm dedi
Huldurum dedi,Qıldırım dedi
Göyə bir ağac atdı , Getdi tutdu budağı
Kərki sapı , Gülgü sapı
Gül budağı , Göl qırağı
Bəzən bu məqsədlə düzgülərdən də istifadə edilir.
Mənbə
redaktə