Sanqa Mesesi - Wikipedia
Sanqa Mesesi - Wikipedia - Haqqında Məlumat
Sanqa meşəsi — Afrikada, Konqo çayının qollarından birinin hər iki tərəfində yerləşən tropik meşə və milli park. Meşə üç dövlətin: şərqdə Konqo Respublikası, mərkəzi hissədə Mərkəzi Afrika Respublikası və qərbdə Kamerunun ərazisində yerləşir.
Sanqa | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 217 854 ha |
Yaranma tarixi | 1990 |
Yerləşməsi | |
2°36′34″ şm. e. 16°33′15″ ş. u.HGYO | |
Ölkələr | |
|
|
Rəsmi adı | Sangha Trinational |
Tipi | Təbii |
Kriteriya | ix, x |
Tarixi | 2012 (36-cı sessiya) |
İstinad nöm. | 1380 |
Region | Afrika |
Vikianbarda əlaqəli mediafayllar |
Meşəyə üç milli park daxildir:
- Kamrundakk Lobeke Milli Parkı – parka status 2001-ci ildən verilmişdir və sahəsi 2178.54 km²-dir.
- Mərkəzi Afrika Respublikasında Nouabel-Ndoki Milli Parkı – parkın statusu 1990-cı ildən bəri mövcuddur və sahəsi 495 km² olan şimal və 1220 km² sahəsi olan cənub hissəsi olmaqla iki hissəyə bölünür. Təbiət qoruğunun bu iki hissəsi Sanqa çayı ilə ayrılmışdır.
- Konqo Respublikasındakı Zenqa-Ndoki Milli Parkı – 3865.92 km² ərazini əhatə edən park statusunu 1993-cü ildən bu yana almışdır.
Meşə 2012-ci ildə tərkibindəki üç Milli Parkla birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[1][2]
İstinadlar
redaktə- ↑ "Sangha Trinational". UNESCO. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 September 2012.
- ↑ Gerken, James. "Sangha Tri-National Protected Area Declared A World Heritage Site". huffingtonpost. 9 July 2012. 13 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2012.