Sanremo Musiqi Festivali - Wikipedia
Sanremo Müsiqi Festivalı (İtaliyanca: Il Festival della Canzone Italiana di Sanremo) — İtaliyada olan Sanremo şəhərində həyata keçirilən, yalnız festival üçün xüsusi olaraq bəstələnən mahnıların yarışdığı məşhur bir İtalyan musiqi festivalıdır. Əsasən Festival di Sanremo və İtaliya xaricində Sanremo Musiqi Festivalı olaraq tanınır. Festival Avroviziya Mahnı Müsabiqəsinə ilham qaynağı olmuşdur. Birinci Sanremo Musiqi Festivalı, 29 və 31 yanvar 1951-ci illər arasında, RAI-nin radio kanalı Rete Rossa üzərindən yayımlandı. Festivalın finalına Duo Fasano tərəfindən dəstəklənən Nilla Pizzi ilə Achille Togliani olmaqla yalnız iki adam qatıldı. 1955-ci ildən festival televiziyada canlı yayımlanmağa başladı.[1]
1951-ci ildən 1976-cı ilə qədər festival Sanremo Casinoda reallaşdırıldı, ancaq 1977-ci ildən Ariston teatrında keçirilməyə başladı və Nuovo Mercato dei Fioriddə reallaşdırılan 1990 festivalı istisna olmaqla bütün festivallar burada reallaşdırıldı.
1953–1971-ci illərdə 1956-cı il istisna olmaqla bütün mahnılar yarışmanın bir müğənni yarışmasından çox bir söz yazarı yarışması olduğunu ifadə etmək üçün iki fərqli müğənni tərəfindən səsləndirilmiş, hər bir müğənni öz orkestrindən istifadə etmişdir. Festivalın bu dövründə mahnıların bir versiyasının bir İtalyan bir də beynəlxalq qonaq olan müğənni tərəfindən səsləndirilməsi bir ənənə halını almışdır.[2]
Festival 1956–1966-cı illər arası, 1977, 2011, 2012 və 2013-cü illərdə İtaliyanın Avroviziya Mahnı Müsabiqəsindəki nümayəndəsini seçmək üçün istifadə edilmişdir. Festival ayrıca Andrea Bocelli, Paola e Chiara, Giorgia, Laura Pausini, Eros Ramazzotti və Gigliola Cinquetti kimi bir çox məşhur İtalyan müğənninin karyerasının başlanğıcıdır.