Santissima Annunsiata Florensiya - Wikipedia
Santissima-Annunsiata (it. Santissima Annunziata) — Florensiya şəhərində monastır kompleksi. Bu ərazidə ilk kilsə 1250-ci ildə Servitlər ordeni tərəfindən inşa edilmişdir. 1444—1455-ci illərdə Mikkelosso di Bartolomeo Filippo Brunelleskinin Santa Mariya delyi Anceli kilsəsi üçün hazırladığı kompozisiyanı model olaraq götürərək, köhnə qotik kilsəsinin bazilika planına baş qurbangahlı sentrizm xoru və dairə şəklində düzülmüş doqquz kiçik apsida əlavə etdi. Bu rotondaya son formanı Leon Battista Alberto vermişdir. O, həmçinin şimal-qərb tərəfə kyostrino həyətini tikib əlavə etdi, kilsə nefinin önündə isə atrium qurdu. Nəticədə orta əsr bazilikası, qədim (atrium) və Bizans (rotonda xoru) mənbələrini birüzə verən mürəkkəb və tipik İntibah kompozisiyasına çevrildi.[2]
katolik | |
Santissima-Annunsiata | |
---|---|
it. Santissima Annunziata | |
Din | |
Yeparxiya | Florensiya arxiyeparxiyası |
Yerləşməsi | |
Ölkə | |
Yeri | Florensiya |
Memarlıq | |
Dövrü | 1250 |
Tikdirəni | Servitlər |
Memarı | Mikkelosso di Bartolomeo |
Üslubu | İntibah |
annunziata.xoom.it | |
Vikianbarda əlaqəli mediafayllar |
1601-ci ildə heykəltaraş və memar Covanni Battista Kaçini köhnə bazilikaya sütunlu lociya əlavə etdi. Memar oxşar iki lociyanı təqlid edirdi: Filippo Brunelleskinin "Ospedalye delyi İnnoçenti" və Antonio da Sanqallonun "Lociya dei Servi de Mariya" əsərlərini. Lociya narteks kimi istifadə olunmağa başlandı. Beləliklə, bazilika ilə eyni adlı olan meydanın simmetrik kompozisiyası tamamlandı.
Şüşə damla örtülmüş kluatrın tağlı qalereyasında "Əhd-peyman monastırı" adlı kiçik rəsm muzeyi var. Səhnə şəklində tərtib olunmuş bu məkan, Rosso Fiorentino, Pontormo və Andrea del Sartonun freskalları ilə düzəldilmiş lünetlərlə bəzədilib. Girişin sağında Rosso Fiorentinonun "Madonnanın yüksəlməsi" freska əsəri yerləşir. Daha sonra ardıcıllıqla Yakopo Pontormonun "Blaqoveşşeniye" və Françabiconun "Məryəmin nişanlanması" gəlir.
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Tuscany. London, UK: Michelin TYRE PLC, 1997. P. 188