Sarimsaq Tursusu - Wikipedia
Sarimsaq Tursusu - Wikipedia - Haqqında Məlumat
Sarımsaq turşusu - Azərbaycan və bir sıra başqa şərq ölkələrinin mətbəxinə aid olan ənənəvi turşulardan biridir.
Lazım olan ərzaqlar
redaktə1 litrlik banka üçün
- 10 baş sarımsaq (təxminən yarım kilo)
- 4 ədəd dəfnə yarpağı
- 4 ədəd mixək
- 5-6 ədəd yumru qara istiot
- 2 xörək qaşığı iri duz
- Təxminən 2 stəkan üzüm sirkəsi
Hazırlanma qaydası
redaktəSarımsaq başlarının üst bir neçə lay qabığını soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın.
Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün.
Bankanı bağlayın. Ehmallıca o tərəfə bu tərəfə döndərin ki, ədvalar yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.[1]
İstinadlar
redaktə- ↑ "Az Cookbook". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.