Saritepe Semkir - Wikipedia
Saritepe Semkir - Wikipedia - Haqqında Məlumat
Sarıtəpə – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Dəllər Cəyir kənd inzibati ərazi vahidinin tərkibindəki yeni yaşayış məntəqəsi Sarıtəpə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.[1]
Sarıtəpə | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
Tarixi
redaktəKənd 1988-ci ildə Orta Asiyadan qovulan Axısqa Türkləri üçün salınmışdır. İlk adı Şəmkir kəndi olub, sonra isə dəyişdirilib Sarıtəpə qoyulmuşdur.
Əhalisi
redaktəKənd əhalisi 2289 nəfərdir ki, onunda 49% kişi, 51% isə qadınlar təşkil edir. Əhalisini əsasən axısqa türkləri təşkil edir.
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişiklik edilməsi, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi və qeydə alınması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
Həmçinin bax
redaktə Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |