Sariyar - Wikipedia
Sarıyar - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.[2]
kənd | |
Sarıyar | |
---|---|
41°12′ şm. e. 44°21′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Loru mahalı]] |
Rayon | [[Vorontsovka rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.700 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tarixi
redaktəRayon mərkəzindən 12 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Sarılar kimi göstərilir[3].
Qızılkilsə (Qızıldaş) sovetliyinin tərkibində idi. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tabeliyində olmuşdur.
Toponim rəng bildirən sarı sözü ilə qədim türk dilində «yarğan» mənasında işlənən yar[4] birləşməsindən əmələ gəlmişdir. Kəndin ərazisindəki torpaq san rəngli süxurlardan ibarətdir.
Ona görə də kənd Sarıyar adlarıdırılıb. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan prezidenitinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Apavan qoyulmuşdur.
Əhalisi
redaktəKənddə 1886-cı ildə 78 nəfər, 1897-ci ildə 92 nəfər, 1904 - cü ildə 105 nəfər, 1914 - cü ildə 97 nəfər azərbaycanlı yaşamışdır[5].
1916-1918-ci illərdə kəndin sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar doğma kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 149 nəfər, 1926-cı ildə 162 nəfər, 1931-ci ildə 181 nəfər azərbaycanlı yaşamışdır[5].
1988-ci ilə kimi kənddə yalnız azərbaycanlılar yaşamışdır. 1988-ci ilin sonlarında Ermənistan dövləti kəndin sakinlərini tarixi-etnik torpaqlarından deportasiya etmişdir. İndi burada ermənilər məskunlaşıb.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Ermənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, «Ayastan», 1976. s.51
- ↑ Древнетюркский словарь, Л., «Наука», 1969. s.238
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.80-81, 150-151