Saturn Raket Ailesi - Wikipedia
Saturn Amerika raket ailəsi, əsasən, alman kosmik raket alimlərindən təşkil olunmuş, rəhbərliyində Verner fon Braunun olduğu komanda tərəfindən inkişaf etdirilmişdir. Saturn ailəsi yuxarı mərhələlərdə yanacaq kimi maye hidrogendən istifadə edirdi. İlk başda hərbi peyk raketi kimi təklif edilən bu raketlər daha sonra Apollon proqramı üçün daşıyıcı raket kimi formalaşdırıldı. Üç versiyasi tikilib və uçurulub: Orta daşıyıcı raket Saturn I, ağır daşıyıcı raket Saturn IB və çox ağır daşıyıcı raket Saturn V.
Saturn adı fon Braun tərəfindən 1958-ci ilin oktyabrında təklif edilmişdi. Saturn adı Yupiter seriyalarının, o cümlədən Roma tanrısı Yupiterin iqtidar xələfi olduğu üçün verilmişdi.[1]
Prezident Con Kennedi SA-5 ilə ABŞ-nin SSRİ-nin Sputniki buraxmasından sonra geridə qaldığı qaldırma qabiliyyətində rəqibini üstələdiyini qeyd etmişdi.[2][3]
Saturn V bu günə qədər aşağı Yer orbitindən kənara insan daşıyan yeganə daşıyıcı raketdir. Ümumilikdə 24 kosmonavt 1968-ci ilin dekabrından 1972-ci ilin dekabrına qədər Aya səyahət etmişdir. Heç bir Saturn raketi uçuş zamanı katastrofik şəkildə uğursuz olmamışdı.[4]
Uçuşları
redaktəPROQRAM | RAKET | MİSSİYA | UÇUŞ TARİXİ | PLATFORMA |
---|---|---|---|---|
Saturn I | SA-1 | SA-1 | 27 oktyabr 1961 | LC-34 |
Saturn I | SA-2 | SA-2 | 25 aprel 1962 | 34 |
Saturn I | SA-3 | SA-3 | 16 noyabr 1962 | 34 |
Saturn I | SA-4 | SA-4 | 28 mart 1963 | 34 |
Saturn I | SA-5 | SA-5 | 29 yanvar 1964 | LC-37B |
Saturn I | SA-6 | A-101 | 28 may 1964 | 37B |
Saturn I | SA-7 | A-102 | 18 sentyabr1964 | 37B |
Saturn I | SA-9 | A-103 | 16 fevral 1965 | 37B |
Saturn I | SA-8 | A-104 | 25 may 1965 | 37B |
Saturn I | SA-10 | A-105 | 30 iyul 1965 | 37B |
Saturn IB | SA-201 | AS-201 | 26 fevral 1966 | 34 |
Saturn IB | SA-203 | AS-203 | 5 iyul 1966 | 37B |
Saturn IB | SA-202 | AS-202 | 25 avqust 1966 | 34 |
Saturn V | SA-501 | Apollon 4 | 9 noyabr 1967 | LC-39A |
Saturn IB | SA-204 | Apollon 5 | 22 yanvar 1968 | 37B |
Saturn V | SA-502 | Apollon 6 | 4 aprel 1968 | 39A |
Saturn IB | SA-205 | Apollon 7 | 11 oktyabr 1968 | 34 |
Saturn V | SA-503 | Apollon 8 | 21 dekabr1968 | 39A |
Saturn V | SA-504 | Apollon 9 | 3 mart 1969 | 39A |
Saturn V | SA-505 | Apollon 10 | 18 may 1969 | LC-39B |
Saturn V | SA-506 | Apollon 11 | 16 iyul 1969 | 39A |
Saturn V | SA-507 | Apollon 12 | 14 noyabr 1969 | 39A |
Saturn V | SA-508 | Apollon 13 | 11 aprel 1970 | 39A |
Saturn V | SA-509 | Apollon 14 | 31 yanvar 1971 | 39A |
Saturn V | SA-510 | Apollon 15 | 26 iyul 1971 | 39A |
Saturn V | SA-511 | Apollon 16 | 16 aprel 1972 | 39A |
Saturn V | SA-512 | Apollon 17 | 7 dekabr 1972 | 39A |
Saturn V | SA-513 | Skylab 1 | 14 may 1973 | 39A |
Saturn IB | SA-206 | Skylab 2 | 25 may 1973 | 39B |
Saturn IB | SA-207 | Skylab 3 | 28 iyul 1973 | 39B |
Saturn IB | SA-208 | Skylab 4 | 16 noyabr 1973 | 39B |
Saturn IB | SA-210 | ASTP | Jul 15, 1975 | 39B |
İstinadlar
redaktə- ↑ Helen T. Wells; Susan H. Whiteley; Carrie E. Karegeannes. Origin of NASA Names. NASA Science and Technical Information Office. səh. 17.
- ↑ "Newsreel report of JFK with SA-1 (video)". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
- ↑ "JFK Speech at Brooks AFB, 21Nov63 (video, on the last full day of his life)". 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
- ↑ "historicspacecraft.com, Saturn I & IB Rockets". 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
- ↑ Saturn Illustrated Chronology, Appendix H. Moonport, Appendix A. Apollon Program Summary Report, Appendix A.
Ədəbiyyat
redaktə- Bilstein, Roger E. Stages to Saturn: A Technological History of the Apollon/Saturn Launch Vehicles. The NASA History Series. Washington: NASA. 1996. ISBN 978-0-16-048909-9.
- Cadbury, Deborah. Space Race: The Epic Battle Between America and The Soviet Union for Dominion of Space. New York: Harper Collins Publishers. 2006. ISBN 978-0-06-084553-7.
- Dawson, Virginia P.; Mark D. Bowles. Taming Liquid Hydrogen: The Centaur Upper Stage Rocket 1958–2002 (PDF). The NASA History Series. Washington: NASA. 2004. ISBN 978-0-16-073085-6.
- Neufeld, Michael J. Von Braun: Dreamer of Space, Engineer of War. New York: Alfred A. Knopf. 2007. ISBN 978-0-307-26292-9.
Xarici keçidlər
redaktə- NASA History Series Publications (many of which are on-line)