Saturn I Sa 2 - Wikipedia
Saturn-Apollo 1 (SA-1) - Saturn I daşıyıcı raketinin ikinci uçuşu. ABŞ Apollon proqramının və "Haiuoter" Layihəsinin bir hissəsi.[1]
Saturn I SA-2 | |
---|---|
Ümumi məlumat | |
Ölkə | ABŞ |
Təşkilat | NASA |
Tapşırıqlar | Test uçuşu |
Uçuş məlumatları | |
Daşıyıcı raket | Saturn I SA-2 |
Buraxılma yeri | Kanaveral burnu |
Buraxılma tarixi | 25 aprel 1962, 14:00:34 UTC |
Orbitə çıxışı | Yerətrafı |
Qopma tarixi | 25 aprel 1962, 14:03:14 UTC |
Bağlı olduğu müddət | 2 dəqiqə 40 saniyə |
Apoqey | 105.3 kilometr |
Emblem | |
Vikianbarda əlaqəli mediafayllar |
Uçuş
redaktəUçuş hazırlıqları 27 fevral 1962-ci ildə Kanaveral burnundakı bazada başladı.[2] İlk uçuşdan fərqli olaraq yanacaq sıçramasının qarşısını almaq üçün propellan tankerlərə əlavə dəyişiklik edilən raketin uçuşu 25 apreldə reallaşdı.[3] 2 dəqiqə 40 saniyə ərzində havada qalan daşıyıcı raket 80 km yüksəkliyə qalxmışdı.[4]
SA-2-nin 420 ton çəkisi var idi və uçuş uğurlu alınmışdı.[5]
Məqsədlər
redaktəSA-2-nin məqsədləri SA-1 ilə əsasən eyni idi. SA-2 Saturn I raketini və H-1 motorları yoxlamaq üçün buraxılmışdı. Xüsusi olaraq, onun hədəfləri hərəkətə gətirmə performansını və missiya adekvatlığını, raketin struktural dizaynını və aerodinamik xarakteristikanı, bələdçi və nəzarət sistemləri və nəhayət raket təchizatını və yer dəstək ləvazimatını yoxlamaq idi. NASA bütün missiyanın uğurla tamamlandığını açıqladı. Əlavə olaraq, SA-1-dəki yanacaq sıçrama problemi minimallaşdırılmışdı.[6]
Bu uçuş, həm də alimlərə Yerin ionosfer qatını, o cümlədən kosmosdakı buzların davranışını öyrənməyə kömək etməliydi.[7]
İstinadlar
redaktə- ↑ Ertel, Ivan D; Morse, Mary Louise. The Apollo Spacecraft: A Chronology - Volume 1. NASA. 1969. səh. 155. Special Publication 4009; Accession number N69-32021. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
- ↑ Ryba, Jeanne. "Saturn Test Flights". NASA.gov. July 8, 2009. October 25, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 3, 2012.
- ↑ "Big US Rocket Releases 95 Tons of Water in Sky". Nashua Telegraph. 93 (47). Nashua, NH. Associated Press. April 25, 1962. 1, 3.
- ↑ "Saturn Passes Test". The News and Courier. 162 (116). Charleston, SC. Associated Press. April 26, 1962. səh. 1.[ölü keçid]
- ↑ Benson, Charles D; Faherty, William Barnaby. Saturn I Launches (1962 - 1965) // Moonport: A History of Apollo Launch Facilities and Operations. NASA. 1978. Special Publication 4204; Accession number N79-12127. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
- ↑ Brooks, Courtney G; Grimwood, James M; Swenson, Jr, Loyd S. Chariots for Apollo: A History of Manned Lunar Spacecraft. NASA. 1979. 381–2. Special Publication 4205; Accession number N79-28203. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-03.
- ↑ Woodbridge, David D; Lasater, James A. An Analysis of Project High Water Data. NASA. March 6, 1965. Accession number N65-21330. March 5, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 3, 2021.