Saya - Wikipedia
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır.
Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər. Bundan başqa Şumer ənənəsindən yaxın şərq və orta Asiyaya yayılan və bu sıralamaya uyğun düşən Narduqan bayramı tapılar.
Isıyax
redaktəBaharda təbiətin yenilənməsini, gücünün çoxalmasını göstərən bir bayram. Yakutlar çox köhnə zamanlardan bəri, bahar mərasimləri edərlər. Bu bayram Ulu Göy Tanrısının şərəfinə edilir. Yer üzü yaşıllığa büründüyü vaxt ağac altına toplanılıp qurbanlar kəsilir. Sonra dairə şəklində toplanılıp kımız içilər və meydanda yandırılan odunun üzərindən qalır. "Isıyax" ın bir neçə məqsədi var: Yer ruhlarını məmnun etmək. Ulu Anadan mərhəmət istəmək kimi... Yakutlara görə, bu bayram ilk ata olan "Elley" ilə əlaqəlidir.Yakutlar payız bayramına "Abası Isıyah", bahar bayramı ilə isə "Ayıhı Isıyah" deyərlər. Dairə şəklində edilən bu şənliklər həm yallıyı həm də qazaxlardaki "Qımız Murundux" deyilən ölənləri də ağla gətirər.
Azərbaycanda
redaktəAzərbaycanda və İran Azərbaycanlıları arasında bu mərasimlə bağlı sayaçı sözlərinə rast gəlinir. Sayaçı sözlərində çoban, əhliləşdirilmiş heyvanlar və qoruyucu it mədh edilir. Firudin Köçərliyə görə Sayaçı kənd-kənd gəzərək mal-qara sahiblərinin ruhunu sayaçı sözlərlə oxşayır, onlardan un, buğda, arpa, quzu və s. alan bir tərəkəmədir.[1]
Bu mərasimə qoşulanlar birlikdə gəzər, məhsul toplayar və sonra onları aralarında bölərlər. Sayaçını xoş eləyə bilməyib, ona bulqur verənlərin qızı olması və xəstəliyə tutulması arzu edilir.[1][2]
Etimologiya
redaktə(Say) kökündən törəmişdir. Saymaq, hesablamaq, möhtərəmlik mənaları vardır. Xəbər məzmununa də malikdir.
İstinadlar
redaktəMənbə
redaktə- Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).
- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)
- İRAN AZERBAYCANI’NDA (URMİYE’DE) “SAYALAR” VE “SAYAÇILAR”. Talip DOĞAN*