Sayra - Wikipedia
Sayra (lat. Cololabis saira) — Sayralar cinsinə daxil olan dəniz balığı. Mühüm sənaye əhəmiyyəti vardır.
Sayra | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Sayra |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təsviri
redaktəUzunsov formaya malikdir. Pulcuqları kiçik ölçülüdür. Alt çənəsi üst çənəyə nisbətdə uzundur. Beli tünd-yaşıl və ya mavi-yaşıldır. Böyür nahiyəsi gümüşüdür.
Bədəninin maksimal uzunluğu 40 sm, çəkisi isə 180 q[2]. Orta ömür müddəti 5—6 ildir.
Biologiya
redaktəSürü ilə yaşayan balıqlar dəniz və okeanların 230 m dərinliyinə qədər mümahidə edilirlər. Mövsümü miqrasiya edirlər: payızda cənuba, yazda şimala. Planktonlar və balıq kürüsü ilə qidalanırlar. Yetkinlik yaşına 2-ci ilində çatırlar. Ölçüdən asılı olaraq 9-22 min kürü qoyurlar. Kürüdən çıxan balalar hərəkət edən yosunların arasında gizlənirlər.
Yayılması
redaktəSayralar Şimal yarımkürəsinin Sakit okean sularında, Koreya, Yaponiya, Kuril adaları, Kamçatka və Alyaska sahil sularında yayılmışlar.
İl | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | |
Dünya üzrə öv, min. t | 478,2 | 394,9 | 524,9 | 622,1 | 475,7 | 432,4 | 459 | 461 | 428,4 | 628,6 |
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Froese, Rainer, and Daniel Pauly, eds. (2006). "Cololabis saira" FishBase saytında. April 2006 version.
- ↑ Cololabis saira // Species Fact Sheet, FAO Fisheries and Aquaculture Department[ölü keçid]