Scream - Wikipedia
Scream/Childhood — Maykl Ceksonun doqquzuncu studio albomu HIStory: Past, Present and Future, Book I albomundan olan cüt sinql. Scream mahnısı aıbomda birinci, Childhood mahnısı isə HIStory Continues adlı ikinci diskdə onuncu mahnıdır. Scream Canet Ceksonla duet, Childhood isə solo parçadır. Sinql 31 may 1995-ci ildə satışa çıxarılmışdır.
"Scream/Childhood" | ||||
---|---|---|---|---|
Maykl Cekson tərəfindən HIStory: Past, Present and Future, Book I albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 31 may 1995 | |||
Format | sinql | |||
Janr | R&B, Pop, electrorock (Scream), Operatic pop, Adult contemporary (Childhood) | |||
Dil | ingilis dili | |||
Müddət | 04:39 (Scream), 04:27 (Childhood) | |||
Prodüser | Jimmy Jam & Terry Lewis, Maykl Cekson, Cenet Cekson (Scream), Maykl Cekson, David Foster (Childhood) | |||
Bəstəkar | Maykl Cekson və Cenet Cekson (Scream), Maykl Cekson (Childhood) | |||
Sözlərin müəllifi | James Harris III & Terry Lewis (Scream), Maykl Cekson (Childhood) | |||
Leybl | Epic Records | |||
Studiya | Epic Records | |||
Maykl Cekson sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
||||
|
Scream ilk növbədə Maykl Ceksona qarşı uşaq cinsi istismarı ilə bağlı dövrü mətbuatda yer alan əsassız informasiyalara qarşı cavab mahnısı kimi nəzərdə tutulmuşdu. Mahnının sözləri və musiqisi Cimmi Cəm və Terri Luis tərəfindən yazılmış, Maykl isə mahnıda vokal ifayla yanaşı, çoxlu musiqi alətində də ifa etmişdir. Mahnıda pop, electrorock, new jack swing, dance-pop, və funk musiqi elementlərindən istifadə edilib. Epic Recordsun rəsmən satışa çıxarılmasına kimi ciddi cəhdlə mahnın qorumasına baxmayaraq, mahnı satışa çıxarılmadan əvvəl radiolara sızmış və səsləndirilmişdir.
Ümumiyyətlə mahnı tənqidçilər arasında müsbət qarşılanmış, bu isə Grammy Award və American Music Awarda namizəd kimi irəli sürülməsinə təkan vermişdir. Mahnıya çəkilmiş videoklip MTV Video Music Awards və Grammy mükafatlarını qazanmasına baxmayaraq, hələ də Ceksonun ən çox tənqid edilən klipi olaraq qalmaqdadır. Çəkilişləri yeddi milyon dollara başa gələn klip, ən bahalı klip kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. scream mahnısının klipindəki görüntülər, sonradan bir neçə müasir musiqiçilərin kliplərində təkrar edilmişdir.
Childhood Maykl Ceksonun özü tərəfindən yazılmış, avtobioqrafik xarakterli mahnıdır. Mahnının mövzusu müğənninin çətin uşaqlıq həyatı və əldə etdiyi həyat təcrübələrindən götürülmüşdür. Mahnı Free Willy 2: The Adventure Home filminin əsas film musiqisi kimi istifadə edilmişdir. Mahnı sonradan Ceksonun tamamlayıcı albomlarına da daxil edilmişdir. Bununla belə mahnı musiqi tənqidçiləri arasında heç də eyni cür qarşılanmamış və qarışıq fikirlər doğurmuşdur. Mahnıya çəkilmiş klip isə Ceksonun digər klipləri ilə müqayisədə çox zəif olmasına baxmayaraq, xeyli təriflənmişdir.
"Scream"/"Childhood" Ceksonun otuz yeddi ildən sonra Billboard Hot 100-də ilk beşliyə daxil olan ilk sinqlı olmuşdur. Bütün dünyada hitə çevrilən sinql, musiqi bazarlarında satış miqdarına görə ilk beşliyə daxil ola bilmişdir.
"Scream"
redaktəZəmin
redaktəScream ilk növbədə mətbuata yönləndirilmiş bir mahnı idi. 1980-ci illərin sonlarından başlayaraq ceksonun mətbuatla münasibətləri olduqca çətin və qarışıq bir xarakter almışdı. 1986-cı ildə maqazin qəzetləri Ceksonun qocalmasının qarşısını almaq üçün Hiperbarik Oksigen Kamerasında yatmasını iddia etdi və onun şüşə qutunun içərisində uzandığı görünən saxta şəkil yayıldı. İddia yalan idi. Daha sonra başqa bir saxta iddia yayıldı. Belə ki, qəzetlər iddia edirdilər ki, Cekson əslində artıq əlli ildr ki, özünü dondurmuşdur. Cekson özünə Bubbles adlı şempanze aldıqda isə mətbuat bunu çoxdandır iddi edilən, Ceksonun reallıqdan uzaq xəyallar aləmində yaşamasına sübut kimi dəyərləndirdi[1] . Daha sonra isə belə bir yalan məlumat yayıldı ki, Cekson Cozef Merrikin ("Fil adam") sümüklərini almağı təklif edib, bu dəfə artıq Cekson xəbəri inkar etmədi[1][2]. Bütün bu hadisələr və Ceksona verilən təhqiredici "Wacko Jacko" ləqəbi, onda işləməyə ilham və mətbuata nifrət doğurdu. O, artıq mətbuata hansısa informasiyaların verilməsini tamamilə dayandırdı və bu zamandan etibarən qəzetlər artıq özlərindən hadisələr uydurmağa başladılar[1][3].
1989-cu ildə isə Maykl Cekson onun mətbuat tərəfindən təqib edilməsindən bəhs edən "Leave Me Alone" sinqlını və videoklipini çıxardı[4]. Klipdə təkcə mətbuatın Cekson haqqında yazdıqlarına deyil, eyni zamanda müğənninin düşdüyü situasiyalara da zarafatyana yanaşılmışdır. Klipdə rəfiqələrinin ətrafında olan Elizabet Teylorun foto şəkli, fil adamın sümükləri ilə rəqs edən Maykl Cekson, qəribə başlıqlı yazılar və s. görünməkdədir[5].
1993-cü ildə Cekson uşaqlara qarşı cinsi istismarda günahlandırıldıqdan sonra isə onun mətbuatla olan əlaqələri kəskin xarakter aldı. Hələ işin istintaqı yekunlaşmamış, artıq cekson mətbuatda günahkar kimi təqdim edili, güclü tənqidə məruz qalırdı. bütün bu hadisələrin cərəyan etdiyi dövrdə müxtəlif medya orqanları hər hansı bir kiçik məlumatı öz əlavələri ilə zənginləşdirib, nəticədə tamamilə təhrif edərək[6] oxucular və izləyicilər üçün maraqlı görünə biləcək başlıqlar altnda guya Ceksonun ittihamı geri götürmək qarşılığında pul təklif etdiyini[7], məlumatları saxtalaşdırmaq üçün işə baxan hakimə rüşvət təklif etdiyini[8] və ən pisi bütün bu informasiyanın Ceksonun özü tərəfindən, reklam məqsədi ilə mətbuata sızdırıldığını[9] yazmağa başladılar. Lakin bütün bu xəbərləri birləşdirən iki mühüm cəhət var idi ki, onlardan da biri obyektivliyin çatışmazlığı[9], digəri isə hər vəcdlə Ceksonu bu işdən günahkar çıxarma cəhdi[9] idi. Bütün bu mənfi reaksiya qarşısında Cekson deyirdi: " Mən demək istəyirəm ki, mənə qarşı bu cür maddələrlə iş açılmasından və medyanın inanılmaz, qorxunc ittihamlarından çox üzülürəm. Medya hər imkanda yayılan xəbərləri təhrif edərək öz qarşısına qoyduğu hədəfə çatmağa can atır."[10]
Məhz bu üzücü hadisələrin və ona yönələn ittihamların yaratdığı ağır stressdən qurtulmaq üçün müğənni Valium, Xanax and Ativan kimi ağrıkəsici dərmanları qəbul etməyə başladı[11]. Bir neçə ay sonra isə Ceksonun yaxşı qidalanmanı dayandırması səbəbiylə 10 fut (4,5 kq) çəki itirməsi haqqında informasiya yayıldı[12]. Ceksonun sağlığı elə bərbad bir vəziyyətə düşdü ki, o, bütün layihə və turnelərini təxirə salaraq reabilitasiya kursu keçməyə başladı[13][14]. Cekson xəstəxananın dördüncü mərtəbəsini tamamilə bağlatmış və ona əziyyət verən hadisələri unutmaq üçün çoxlu Valium IV preparatı gətirtmişdi[13][14]. Müğənninin rəsmi sözcüsü isə "Ceksonun yalnız bəlirli intelektual potensialından istifadə edə biləcəyini" bildirirdi[14]. Klinikada olarkən Cekson qrup şəklində və tet-a-tet şəkildə müalicə seanslarında iştirak etmişdi[13][14].
Cekson reabilitasiya keçmək üçün ABŞ-yə qayıtdıqdan sonra medya ona bir qədər simpatiya ilə yanaşmağa başladı. Daily Mirror qəzeti müğənninin harda olduğunu tapan insanlara pulsuz Disney World səyahəti təklif edən "Spot the Jacko" adlı yarışma keçirdi[13]. The Daily Express qəzeti narkotiklərə qarşı müalicə alan müğənninin bütün həyati sevinclərdən uzaqlaşdığını, News of the World qəzeti isə müğənninn sadəcə medyadan gizləndiyini yazırdı. Maqazin jurnalları həmçinin çoxdandır görünməyən Ceksonun onun simasını tanınmaz dərəcədə dəyişdirəcək plastik əməliyyat keçirmək üçün Avropaya səyahət etdiyini də yazırdı[13]. Ceraldo Riviera isə hətta Maykl üçün hakimləri tamaşaçılardan ibarət olan saxta bir məhkəmə də qurmuşdu[15].
"Scream"/"Childhood" və HIStory bütün bu hadisələrdən sonra Ceksonun ortaya çıxardığı ilk işi idi və mətbuat həm sinqlın, həm də albomun yaxşı satılacağını gözləyirdi. Nielsen SoundScan agentliyinin bir analitiki deyirdi ki, "Cekson yenidən dönüşü zamanı mətbuatdan tamamilə uzaqlaşmışdı; insanlar onu sevirdi, lakin medya yox. O, inanırdı ki, medyadakı bu "müxaliflər" HIStory kompaniyasının kommersiya tanıtımları zamanı hansısa sürprizlər edə bilərlər."[16]
"Scream" – in musiqisi və lentə alınması
redaktəCanet Cekson müsahibələrinin birində bildirmişdi ki, layihəyə qardaşına dəstək olmaq üçün qatılıb[17]. Bu 1982-ci ildə P.Y.T. (Pretty Young Thing) mahnısında Cenet Ceksonun fon səsləri ifa etməsindən sonra onların ilk birgə işi idi. Cenet deyirdi ki, yenidən qardaşıyla işləmək onunçün "olduqca əyləncəli" idi və o, qardaşıyla işləməyin necə "maraqlı" olduğunu görmüşdür . "Scream"in sözləri və musiqisi Cekson qardaşları və Cimmi Cəm və Terri Luis tərəfindən yazılmışdır[18]. Cenetin Jəm və Luislə bir neçə uğurlu ortaq işinin olmasına baxmayaraq bu mahnı onların Maykl Ceksonla olan ilk işi idi[17]. Albom Ceksonun böyük uğur qazanmış Dangerous albomu kimi yarım R&B və yarım pop/rock üslubunda hazırlanmışdır[17]. Maykl həmçinin həm albomda, həm də sinqlda klaviatur, sintezator, gitara, zərb alətləri kimi müxtəlif musiqi alətlərində də ifa etmişdir[19].
"Scream" – in sızması
redaktə"Scream"in rəsmi təqdimatından iki həftə əvvəl Cekson mahnının Los-Anceles radio stansiyasında səsləndirildiyini eşitdi. Radio mahnının Epic Recordsda tamamlanmasından bir neçə saat sonra onu səsləndirirdi. Filadelfiyadakı iki radio stansiya da oxşar sifarişlər qəbul etmişdi. Bütün qatlımçılar Epicin mahnının erkən sızdırmasını inkar etdilər. Mahnı leybl tərəfindən tamamilə gizli saxlanılırdı və işçilərdən heç birinə mahnının kopyasını götürməyə icazə verilməmişdi[20].
"Scream" – ə reaksiyalar
redaktəBir çox tənqidçilər və mütəxəssislər mahnının çox uğurlu olduğunu və Maykl Ceksonun əvvəlki uğurlu sinqllarının nailiyyətlərini təkrarlayacağını yazırdılar. Verilən proqnozlar özünü doğrultdu. Hit paradlarda göstərdiyi uğurlu nəticələrlə yanaşı mahnı 1996-cı ildə "American Music Awards" – da "Best Pop Collaboration with Vocals" (Ən yaxşı pop-vokal işi) naminasiyasında qalib gəldi. Qısa müddət sonra isə "Ən yaxşı pop-vokal işi" nominasiyasında Qremmi mükafatına layiq görüldü[21].
"Scream" video-klipi
redaktəİstehsal
redaktə04:46 saniyəlik klip Mark Romanekin rejissorluğu ilə Tom Fodenin dizynı ilə hazırlanmış pavilyonda çəkilmişdir. Klipdəki rəqslərə Travis Peyn, Tina Ləndon, LaVelle Smit Jnr tərəfindən xareoqrafik quruluş verilmişdir. Cekson həmişə etdiyindən fərqli olaraq klip üçün hansısa konsepsiya yaratmamış, bu dəfə bu missiyanı Romanekin üstünə ötürmüşdü. Lakin daha sonrakı açıqlamalarda klip ortaq işin məhsulu kimi təqdim edilmişdi. Mahnı və mahnıya çəklimiş klip medyanın Ceksona 1993-cü ildən başlayan mənfi münasibətinə cavab olaraq hazırlanmışdı.
Klipin tifoqrafiya dizaynı P. Skott Makelaya məxsusdur. Cekson yenidən öz bacısı ilə birgə işləməkdən məmnun idi və hətta onların "keçmiş zamanlarda" olduğu kimi birgə rəqs etmək imkanı da olmuşdu.
Bu klipdə Cenet Cekson öz kliplərindən fərli olaraq mənfi rolda çıxış etmişdir. Cim Farber New York Daily News qəzetində Cenetin bu obrazını "Qalın idman stilli parik saç və tünd qara göz makiyajı… qəzəbli və artistik… sərt və heç vaxt heç kəs tərəfindən idarə edilməyən" kimi xarakterizə etmişdi. Bəzi tədqiqatşılar klidə yapon elmi – fantastik cizgi filmlərinin təsirinin olduğunu, bir qismi isə fonun müxtəlif sərt rəqslərlə aktivləşdirilməsini yapon cizgi filmi Zilliona bənzədirlər.
Publikanın qəbulu və təsirləri
redaktəKlipin premiyerası 1995-ci ilin yayında MTV və BET-də keçirilmişdir. Bir gün sonra isə klip ABC-TV-də Dayana Soyerin Canet Cekson və Liza Meri Presli ilə müsahibəsindən sonra yayımlanmışdır. Həmin müsahibə təxminən 64 milyon tamaşaçı tərəfindən izlənmişdir[21]. Bu klip Ceksonun tənqidçilər tərəfindən ən çox bəyənilən kliplərindəndir. Məhz bu səbəbdən də "Allmusic"-dən Hiter Fares klipi "şık kosmik klip" olaraq dəyərləndirmişdir[22].
"Rolling Stone" jurnalından Ceyms Hanter yazırdı ki, bu olduqca müasir klipdə Maykl və onun bacısı Canet doxsanıncı illərin dəbdə olan uşaq paltarlarına bənzər paltarlarda Barbarella filmindən oğurlanmış gəmiyə bənzər bir gəmidə çoxlu atılıb – düşürlər.
1995-ci ildə klip 11-ci MTV Video Music Awards müsabiqəsində bir çox digər klipləri geridə qoyaraq üç nominasiyada – Ən yaxşı rəqs videosu, Ən yaxşı xareoqrafiya işi və Ən yaxşı rejissor işi nominasiyalarında qalib gəlmişdir. Həmçinin mahnı Billboard Music Award müsabiqəsində Ən yaxşı Pop/Rock video nomminasiyasında da qalib gəldi[21]. Bir il sonra isə klip, Ən yaxşı klip və Ən yaxşı qısa film kateqoriyalarında Qremmi mükafatına layiq görüldü. Qısa müddət sonra isə klip yeddi milyon ABŞ dolları büdcəsiylə bütün zamanların ən bahalı klipi kimi Ginnesin Rekordlar Kitabına düşdü[21][23]. 2001-ci ildə VH1-in tərtib etdiyi bütün zamanların 100 ən məşhur klipi sırasında isə "Scream" doqquzuncu yeri tutdu[24].
"Childhood"
redaktəZəmin
redaktə"Childhood" Ceksonun avtobioqrafik mahnısı olmaqla onun həyatının müxtəlif dövrərini – çətin keçən uşaqlıq dövrünü, atasıyla olan ağır münasibətini, daha sonra "Cekson 5"-in aparıcı üzvü kimi şöhrətin zirvəsinə qalxması və son dövrlərdə medianın təzyiqlərini əks etdirir. Çox kiçik yaşlarından Ceksonun atasıyla münasibətləri gərgin olub. Atas onu döyür, alçaldır, təhqiredici adlarla çağırırmış. Bu hadisələr uşaq ikən Ceksona çox pis təsir göstərmiş və sonrakı dövrlərdə bütün həyatına təsir etmişdir[25].
Lakin Maykl Cekson yaşadığı bütün bu qorxunc hadisələri gizlin saxlamış, yalnız 1993-cü ildə Opra Uinfriyə müsahibəsi zamanı bu hadisələrdən bəhs etmişdir. Uşaqlıq həyatından söz düşdüyündə Cekson üz – gözünü büzüşdürər, qəmlənərdi. O, bədbəxt bir uşaqlıq yaşadığını, həmin dövrdə tez-tez gizlinə çəkilərək ağladığını qeyd etmişdi[26][27][28]. Eyni müsahibəsində Cekson atasından danışarkən "mən xəstə olanda, ürəyim bulananda onun çox qəzəbləndiyini görürdüm və üzr istəyirəm…bağışla…amma mən onu sevirdim." deyə qeyd edir[29].
Başqa bir müsahibəsində, 2003-cü ildə çəkilmiş Living with Michael Jackson adlı sənədli filmdə isə uşaqlığı haqqında sual verilərkən Cekson əlləri ilə üzünü tutaraq ağlamağa başlayır.
İstehsalı və publika tərəfindən qəbulu
redaktə"Childhood" bəstəkarlığı və prodüsseliyi Maykl Ceksona məxsus olan abtobioqrafik xarakterli mahnıdır[22]. New York City's children's choir are credited for providing backing vocals on the track.[30]. Mahnı Ceksonun MJJ satış leyblı altında istehsal edilmiş Free Willy 2: The Adventure Home filmində əsas film musiqisi kimi istifadə edilmişdir[22][31]. Bundan əvvəl isə Ceksonun Dangerous albomundan olan Will You Be There mahnısı Free Willy filminin əsas film musiqisi kimi istifadə edilmişdir[32]. "Childhood" mahnısı filmdə istifadə edildikdən sonra satışa çıxarılan bir çox ümumiləşdirici film musiqisi albomlarına, o cümlədən Sony Music tərəfindən müəyyən edilmiş "Yüzilliyin Ən Yaxşı Film Musiqiləri" sırasına daxil edilmişdir[31].
"Childhood" video klipi
redaktəMahnının klipi meşədə çəklimişdir. Klipdə səliqəsiz və çirkli paltar geyinmiş Cekson bir ağac kötüyünün üstündə otutub mahnını ifa edir. Meşə görüntüsü ilə yanaşı alatoran səma göstərilir və bu zaman səmada hava gəmisinin uçduğu görünür. Aya doğru gedən hava gəmisinin içində bir-biri ilə müxtəlif oyunlar oynayan və mahnı oxuyan uşaqlar vardır. Daha sonra ağac pöhrələrinin arasında bir neçə uşaq da görünür, lakin Ceksonun kötüyün üzərində oturmuş halda qalır. Filmdə çəkilmiş aktyorlardan ikisi – Ceyson Ceyms Ritçer və Frensis Kapra klipdə də peyda olur. "Childhood" mahnısına çəklmiş 4:27 saniyəlik klip filmlə çox az orta xüsusiyyətlərə malikdir[22]
"Scream/Childhood" – un biznes uğurları
redaktə"Scream/Childhood" beynəlxalq səviyyəli hitə çevrilmişdir. ABŞ-də Billboardın otuz yeddi illik tarixi boyunca beşinci yerdə debüt dən ilk sinql olmuşdur. 1995-ci il avqustun sonunda sinqla RIIA tərəfindən gold və platinium sertifikatları verilmişdir[33]. Sinql İtaliya və Yeni Zellandiyada birinci, Avstraliya və Norveçdə ikinci, Birləşmiş Krallıqda isə üçüncü yerə qədər yüksələ bilmişdir. Sinql həmçinin dünyanın ən böyük beş musiqi marketində də ən çox satılan hitə çevrilmişdir[34][35].
Kompozisiyaları
redaktə
Scream (Remixes)redaktə
|
Scream/Childhoodredaktə
|
Hit paradlarda
redaktəHit parad (1995) | Yüksəldiyi yer |
---|---|
Australian Singles Chart | 2[34] |
Austrian Singles Chart | 9[34] |
Belgian Ultratop 50 Charts (Flanders) | 1[34] |
Belgian Ultratop 40 Charts (Wallonia) | 1[34] |
Dutch Singles Chart | 3[34] |
French SNEP Singles Chart | 1[34] |
Italian FIMI Singles Chart | 1[35] |
New Zealand RIANZ Singles Chart | 1[34] |
Norwegian Singles Chart | 3[34] |
Swedish Singles Chart | 8[34] |
Swiss Singles Chart | 2[46] |
UK Singles Chart | 3[21] |
UK Singles Chart ("Scream" official remix) | 1[21] |
U.S. Billboard Hot 100 | 5[47] |
U.S. Billboard Hot R&B Singles | 2[48] |
U.S. Billboard Hot Dance Club Play | 1[49] |
Hit parad (2009) | Yüksəldiyi yer |
Swiss Singles Chart | 1[46] |
UK Singles Chart | 1[50] |
İstinadlar
redaktə- ↑ 1 2 3 "Music's misunderstood superstar". BBC. June 13, 2005. February 28, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2008.
- ↑ Taraborrelli, p. 355–361
- ↑ Taraborrelli, p. 370–373
- ↑ Taraborrelli, p. 365
- ↑ Taraborrelli, p. 413
- ↑ Campbell (1995), p. 42–45
- ↑ Campbell (1995), p. 77–80
- ↑ Campbell (1995), p. 47–50
- ↑ 1 2 3 Taraborrelli, p. 500–507
- ↑ "Michael Jackson speaks: 'I am totally innocent of any wrongdoing.'". Jet. January 10, 1994. July 13, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 3, 2008.
- ↑ Taraborrelli, p. 518–520
- ↑ Taraborrelli, p. 514–516
- ↑ 1 2 3 4 5 Campbell (1995), p. 89–93
- ↑ 1 2 3 4 Taraborrelli, p. 524–528
- ↑ Campbell (1995), p. 104–106
- ↑ Farley, Christopher. "History and hubris". Time. June 19, 1995. January 14, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 18, 2008.
- ↑ 1 2 3 Pinkerton, Lee. The Many Faces of Michael Jackson. Music Sales Distribution. 1997. ISBN 0711967830.
- ↑ Jackson, Michael. HIStory booklet. Sony BMG. p 32
- ↑ Lewis, p. 59
- ↑ Strauss, Neil. "Screaming about Scream". The New York Times. May 25, 1995. İstifadə tarixi: September 16, 2008.
- ↑ 1 2 3 4 5 6 George, p. 48–50
- ↑ 1 2 3 4 "History on Film, Vol. 2". Billboard. January 13, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 15, 2008.
- ↑ Guinness World Records 2006
- ↑ "VH1 Ranks 'Thriller' As Greatest Video". Billboard. May 12, 2001. July 22, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 15, 2008.
- ↑ "Michael Jackson's Secret Childhood". VH1. September 15, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 20, 2008.
- ↑ George, p. 45–46
- ↑ Campbell (1995), p. 14–16
- ↑ Lewis p. 165–168
- ↑ Taraborrelli, p. 620
- ↑ Jackson, Michael. HIStory booklet. Sony BMG. p 40
- ↑ 1 2 "Childhood ; Michael Jackson". Allmusic. İstifadə tarixi: September 18, 2008.
- ↑ "Free Willy Soundtrack". Allmusic. İstifadə tarixi: September 18, 2008.
- ↑ "Gold and platinum". RIAA. June 26, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 15, 2008.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "M. Jackson & J. Jackson – Scream (nummer)". www.ultratop.be. October 16, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 14, 2008.
- ↑ 1 2 Hit parade Italia Arxivləşdirilib 2021-04-24 at the Wayback Machine accessed May 30, 2008
- ↑ "Michael Jackson & Janet Jackson – Scream". Discogs. November 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 26, 2010.
- ↑ "Michael Jackson – Scream". Discogs. February 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 26, 2010.
- ↑ "Michael Jackson – Scream". Discogs. November 29, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 26, 2010.
- ↑ "The Remixes. By David Morales and Naughty by Nature". Discogs. November 29, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 26, 2010.
- ↑ 1 2 "Michael Jackson – Scream". Discogs. February 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 26, 2010.
- ↑ "Michael Jackson – Scream / Childhood (Theme From "Free Willy 2")". Discogs. February 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 26, 2010.
- ↑ "Michael Jackson – Scream". Discogs. July 5, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 26, 2010.
- ↑ "Michael Jackson – Scream/Childhood". Discogs. February 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 26, 2010.
- ↑ "Michael Jackson With Janet Jackson – Scream". Discogs. November 29, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 26, 2010.
- ↑ "Michael Jackson – Scream". Discogs. February 27, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 26, 2010.
- ↑ 1 2 "Swiss Singles Chart Archives". hitparade.ch. November 10, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2009.
- ↑ "Billboard Hot 100 – Scream". Billboard. January 14, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 14, 2008.
- ↑ "Billboard Hot R&B/Hip Hop Songs – Scream". Billboard. January 14, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 14, 2008.
- ↑ "Hot Dance Club Play – Scream". Billboard. January 14, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 14, 2008.
- ↑ "UK Singles Chart". The Official UK Charts Company. 6 February 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2009.