Seldinger Texnikasi - Wikipedia
Seldinger texnikası, Seldinger metodu qan damarlarının kateterizasiyası məqasədi ilə icra olunan punksiya üsulu. Metod ilk dəfə İsveç radioloqu Sven-İvar Seldinger (* 19. Aprel 1921, † 21. Fevral 1998) tərəfindən angioqrafiya aparmaq üçün tətbiq edilmişdir. Sonralar bu texnika təbabətdə geniş tətbiqini tapmağa başlamışdır. Ürəyin kateter laborator müayinələrində, Svan-Hanz kateteri və mərkəzi venoz kateterlərin, Elektrokardiostimulyatorların qoyulmasında və arteriyaların kateterizasiyalarında demək olar ki, əksər hallarda bu üsuldan – Seldinger texnikasından istifadə olunur.
Seldinger texnikası | |
---|---|
| |
Vikianbarda əlaqəli mediafayllar |
İcrası
redaktəSeldinger texnikasının icrası üçün xüsusi punksiyon iynə-şpris, mandren – istiqamətləndirici tel, dilotator – genişləndirici və katheterdən istifadə olunur. Standartlara uyğun olaraq punksiya olunan nahiyyə dezinfeksiya olunaraq sterill materialla izolə edilir. Şpris taxılmış punksion iynə aspirasiya olunmaq şərti ilə damar istiqamətində yeridilir. Damar əldə edilərkən şprisə dərhal qan aspirasiya olunur. Bu zaman iyhə fiksə olunaraq şpris azad olunur. Punksion iyhənin proksimal mənfəzindən mandren – istiqamətləndirici elastik tel daxil edilir vä iynä xaric edilir. Giriş qapısını və yolunu (dəri səthindən damara qədərki məsafə) mandrendən keçirilmiş dilatator vasitəsilə spiral şəklində burmaqla yeridilərək genişləndirilir və dərhal xaric edilir. Sonuncu mərhələdə isə kateter elasik teldən keçirilməklə mandren boyunca damara yeridilir. Bununla da Seldinger üsulu ilə kateterizasiya icra edilmiş olunur.
Mənbələr
redaktə- Seldinger SI. Catheter replacement of the needle in percutaneous arteriography; a new technique. Acta radiol. 1953 May;39(5):368–76. PMID 13057644
Xarici keçidlər
redaktə- Flash-Animation der Seldingertechnik (FRCA.co.uk, engl.)