Sendal Berqman - Wikipedia
Sendal Berqman (ing. Sandahl Bergman) - ABŞ aktrisası, kaskadyoru və rəqqasəsidir. Arnold Şvartsenegger ilə iki filmdə rol almışdır. İlk mükafatını 1982-ci ildə qazanmışdır. Sendal Barbar Konan filmində "Valeriya" obrazını canlandırdığına görə Qızıl Qlobus mükafatına layiq görülmüşdür.
Sendal Berqman | |
---|---|
ing. Sandahl Bergman | |
Doğum tarixi | |
Doğum yeri | ABŞ, Missuri, Kanzas-Siti |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1970-ci ildən |
Mükafatları | Qızıl Qlobus mükafatı |
IMDb | ID0000922 |
Həyatı
redaktəSendal Berqman 14 noyabr 1951-ci ildə ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində anadan olmuşdur. Sendal uşaqlıqdan çox sarışın qız olmuş və boyu nisbətən hündür olubdur. 20 yaşında olarkən ABŞ horeoqrafı Bon Fossun diqqətini cəlb etmişdir. Məhz həmin horeoqraf tərəfindən Sendal film karyerasına başladı. İlk dəfə televiziyada musiqili şoularda peyda olmuşdur. 1974-cü ildə ABŞ-də çəkilən qısametrajlı "Ana" musiqili komediya filmində rəqqasə rolunu canlandırmışdır.
Film karyerası
redaktəSendal Berqman əvvəlcə seriallarda, sonralar isə filmlərdə rol almışdır. ABŞ horeoqrafı Bon Foss onu musiqili filmlərdə rəqqasə obrazı səhnəyə dəvət etmişdir. İlk dəfə diqqət cəlb edən rolu həmin dövrün məşhur filmlərindən olan 1979-cu ildə çəkilən "Bütün bu caz" filmində rəqqasə rolunu oynamışdır. İlk seçilən filmi 1980-cı ildə çəkilən "Ksanadu" filmi olub. Bu filmin çəkilişi üçün Nyu-Yorkda yerləşən evini tərk etməsinə və Kaliforniyaya daşınmasına səbəb olmuşdur. Filmdə Böyük Britaniya "Electric Light Orchestra" musiqi qrupunun ifa etdiyi "I'm Alive" mahnısında Sendal epizodik rolda çəkilmişdir.
Sendalın ilk məşhur filmi Arnold Şvartseneggerin baş rolda çəkildiyi Barbar Konan filmi olmuşdur. Bu filmdə Sendel "Valeriya" obrazını canlandırmışdır. Həmin obrazı canlandırdığına və filmdə seçilən aktrisa olduğuna görə 1982-ci ildə Qızıl Qlobus mükafatına layiq görülmüşdür. Ardınca həmin ildə bu filmə görə "Saturn mükafatına" da layiq görülüb. Sendal Berqman 1982-ci ildə məşhur komediya aktyoru olan Lesli Nilsenin "Həkim" rolunu canlandırdığı və dövrün ən məşhur komediyalarından biri olan "Aeroplan 2" filmində epizodik rolda iştirak etmişdir. 1985-ci ildə Kürən Sonya filmində "Kraliça Gedren" obrazını canlandırır. Filmdə baş rollarda Arnold Şvartsenegger və Briqitta Nilsen çəkilmişlər. Film Sendal üçün heç də yaxşı olmamışdır. Canlandırdığı obraza görə "Qızıl moruq" mükafatına layiq görülmüşdür. Bu mükaft isə ən zəif filmlərə və ən zəif çəkilən aktrisa-aktyorlara verilən mükafatdır. Filmin ardınca müxtəlif B filmlərinə (az büdcəli filmlərə) çəkilməsinə davam etmişdir.
1987-ci ildə Sendal "Proqramlaşdırılmış qatil" filmində rol alır. Bu filmdə Sendal filmin baş qəhrəmanı olan "Samira" rolunu canlandırmışdır. Filmdə Sendal baş rolda çəkilmişdir. Film nisbətən uğurlu olmuşdur. 2003-cü ildə "Oxuyan detektiv" filminə çəkilir və rəqqasə rolunu canlandırır. Bu onun son filmi olur və həmin ildən başlayaraq film karyerasını sona yetirir. Sendal Berqman ABŞ aktyoru Coş Teylor ilə ailəli olmuş və bir müddət sonra onlar boşanmışlar.
Filmoqrafiya
redaktə
Filmlərredaktə
|
Seriallarredaktə
|
Mükafatlar
redaktə- Yeni ən yaxşı aktrisa mükafatı: Barbar Konan - 1983[1]
- Ən yaxşı aktrisa: Barbar Konan - 1983[2]
- İkinci planda pis aktrisa: Kürən Sonya - 1985[3]
İstinadlar
redaktə- ↑ "1983 Golden Globe". 2010-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-20.
- ↑ "IMDB 1983 Saturn Awards". 2011-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-20.
- ↑ "IMDB 1985 Razzie". 2012-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-20.