Serb Respublikasinda Makedonlar - Wikipedia
Serb Respublikasında makedonlar (serb. Македонци у Републици Српској, mak. Македонците во Република Српска) — Serb Respublikası ərazisində yaşayan və işləyən slovak əsilli icması. Hazırda slovaklar Serb Respublikasının rəsmi 12 milli azlıqları siyahısına daxildir. Onların hüquqlarını Serb Respublikası Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il məlumatına respublika ərazisində 341 makedon yaşayır.
Tarixi
redaktəMakedonlar Serb Respublikası ərazisində XX əsrin əvvəllərində yayılmışdır. Onların böyük əksəriyyəti buraya iş ilə əlaqəli gəlmişlər. Lakin sonradan onların böyük hissəsi öz ailəsi ilə birlikdə bölgədə qalmışlar[1]. Uzun zaman bölgədə makedonlara aid mədəni təşkilat olmasada onlar öz mədəniyyətlərini və dillərini qoruya bilmişlər. Makedonların böyük əksəriyyəti İkinci Dünya müharibəsindən sonra gəlmişlər. Onlar respublikanın Banya Luka, Doboy, Bielina, Priedor, Derventa və Zvornik şəhərlərində yaşayırlar. Bununla belə makedonların böyük əksəriyyəti Banya Lukada cəmləşmişdir[2].
Mədəniyyət
redaktəMakedonlar xristianlığın provaslav qolunda aiddirlər. Makedon inanclıları Serb Provaslav kilsəsinə tabedirlər. Onların əsas hissəsi Serb Respublikası Makedon Cəmiyyətində birləşir. Bu cəmiyyət 2002-ci ildə təşkil edilmişdir. Cəmiyyətə 170 nəfər daxildir. Buna qədər isə serb-makedon inşaatçıları dostluğu cəmiyyəti fəaliyyət göstərirdi. Cəmiyyətin təşkilində hədəf Serb Respublikası-Makedoniya Respublikası arasında dostluğun təşkilidir[3].
Makedonların «Vardar» cəmiyyəti Banya Lukada yerləşir. Makedonlar bir çox milli bayramlarınıda bu cəmiyyətlərdə qeyd edirlər.
Tanınmış nümayəndələri
redaktə- Vasko Yordanov, Xalq çalğı alətlərini hazırlayan usta, «Beleqziya» ansamblının üzvü[4].
- Vesna Temelkov-Bukoviç, Serb Respublikası Milli Azlıqlar Sovetinin sədri.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Македонци у БиХ: Јужнославенска браћа из још једне полураспаднуте балканске државе". Прометеј. 2018-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.
- ↑ "Македонци; О нама". Савез националних мањина Републике СрпИске. 2018-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
- ↑ "Ко су националне мањине у Републици Српској". Мањине.ба. 2017-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
- ↑ "Васко Јорданов: Ванременски звук старих инструмената". Глас Српске. 2017-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.