Serb Respublikasinda Ukraynalilar - Wikipedia
Serb Respublikasında Ukraynalılar (serb. Украјинци у Републици Српској, ukr. Українці в Республіці Сербській) — Serb Respublikasında yaşayan və işləyən ukrayna əsilli əhali. Ukraynalılar Serb Respublikasının 12 milli azlığından biri hesab edilir və onların hüquqları Serb Respublikası milli azlıqlar soveti məşğul olur. Serb Respublikasında 2197 ukraynalı yaşayır. Onlardan 350 nəfəri Trnopole şəhərində yaşayır[1].
İcma
redaktəUkraynalılar Serb Respublikası milli azlıqlar arasında seçilirlər: onlar Banya-Luka, Pryavor, Kozaras, Trnapole, Derventa, Laktaşi, Qradişka, və Srbas[2]. Onlar Serb Respublikası indiki ərazisində XIX əsrin sonları XX əsrin əvvəlləri məskən salmışlar. Bosniya və Herseqovina SR ərazisində 12 min ukraynalı yaşayırdı. 1991-ci ildə onların sayı 7,5 minə qədər azalmışdır. Hazırda isə bütün Bosniya və Herseqovina ərazisində cəmi 3 min ukraynalə yaşayır. Ukraynalılara məksus Devetina kəndində Taras Şevçenko adına məktəb fəaliyyət göstərirdi. 1990-cı ildə Pryavor kilsəsində ukrayna cəmiyyəti təşkil edilmişdir. Burada ukrayna dili tədris edilirdi. 2008-ci ildə Balkanlarda ilk Ukrayna məktəbinin 100 illiyi münasibətilə Naseobina-Lişnyada abidə ucaldılmışdır. Müasir ukraynalılar öz adət-ənənələrini qoruyub saxlayaraq gələcək nəsillərə ötürürlər. Burada həm də Ukrayna dilində olan kitabxanalar belə vardır[3].
İnanc
redaktəSerb Respublikası ərazində yaşayan ukraynalılar əsasən yunan kalotilzmi mənsəbinə aiddirlər (98%). Olduqca az bir qismi isə provaslavdır. Provaslavlar ısasən Xrvaçani kəndində yaşayırlar. Prnyavore şəhərində 1937-ci ildə pravoslav kilsəsi inşa edilmişdir. Kilsə köhnəlmiş adı ilə 1968-ci ildə sökülmüşdür. Serb Respublikası ərazisində ukraynalılsra məxsus çoxlu sayda mədəni və dini abidələr vardır:[4] bunlardan biri Banya-Lukada olan Çarya Xrista[5] kilsəsidir. Yunan kalotilzminə aid mədəblər Banya-Luka, Трнополе, Pryavor, Brezik, Boşkoviç, Qaevi, Qorni-Deltak, Derventa, Devetina, Yablan, Xrvaçani, Mariçka, Selişte, Dubrava-Stara, Çerovlyani, Lişnya, Brdcani və Resavas. Provaslav kilsəsi isə Xrvaçani kəndindədir.
İctimaiyyət
redaktə- Taras-Şevçenko adına ukraynalılara məxsus mədəni-marif cəmiyyəti (Banya-Luka)
- «Kazak» ukrayna cəmiyyəti (Trnapole)
- Taras-Şevçenko adına ukraynalılara məxsus mədəni-marif cəmiyyəti (Pryavor)
- «Çenova» mədəni-marif cəmiyyəti (Naseobina-Lişnya)
- «Ukrayna» gənc ukraynalılar cəmiyyəti (Pryavor)
- «Verxovena» (Qradişka icmasında) cəmiyyəti
Məşhur şəxslər
redaktə- Dubravka Masanoviç, Serb Respublikasında dördüncü çağırış parlamentin deleqasiyası üzvü.
- İosif Stupyak, Serb Respublikasının ordusunda Bosniya müharibəsində iştirak etmişdir. 2016-ci ildə Prbyavoredə küçələrdən birinə onun adı verilmişdir[6].
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Украјинци из Трнопоља срцем у отаџбини". Вечерње новости (serb). 2014-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-19.
- ↑ "Ко су националне мањине у Републици Српској?". мањине.ба (serb). 2017-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-19.
- ↑ "Украјинци, о нама". Савез националних мањина Републике Српске (serb). 2016-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-19.
- ↑ "Украјинци, вјерски објекти". Савез националних мањина Републике Српске. 2016-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19. 7. 2016.
- ↑ "Парохија Христа Царја" (serb). Жумберачки викаријат. 2017-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
- ↑ "Прњавор: Улица названа по Украјинцу који је погинуо као припадник ВРС". Глас Српске (serb). 2016-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-18.