Sergey Bubka - Wikipedia
Sergey Nazaroviç Bubka — hündürlüyə tullanmaq üzrə olimpiya və dünya çempionu. Sovet və Ukrayna idmançısı.
Sergey Bubka | |
---|---|
Сергі́й Наза́рович Бу́бка | |
| |
Doğum tarixi | |
Doğum yeri | Luqansk, Ukrayna |
Vətəndaşlığı | Ukrayna |
Təhsili | Ukrayna Elmlər Akademiyası, Kiyev Dövlət Universiteti |
Fəaliyyəti | yüngül atlet, siyasətçi |
Fəaliyyət illəri | 1981–2001 |
Elmi dərəcəsi | |
Üzvlüyü |
|
sergeybubka.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBubka Voroşilovqradda (indiki Luqansk) anadan olmuşdur. 1983-cü ildə o, beynəlxalq səviyyədə tanınmasa da Finlandiyanın Helsinki şəhərində dünya çempionatında qalib gəlmişdir.Həmin il 5.85 m (19 ft 2 in)hündürlüyə tullanaraq özünün ilk dünya rekordunu qırdı. 1991-ci ilin sonlarında SSRİ-nin dağılmasına qədər Bubka Sovet komandasında mübarizə aparmışdır. Sovet İttifaqının idman sistemi yeni dünya rekordu qazanan idmançıları mükafatlandırırdı, beləcə, o, çox kiçik fərqlərlə dünya rekordunu qırması ilə məşhurlaşdı. 1992-ci ildə o, artıq Sovet sisteminin tərkibində deyildi və Nayk ilə hər bir yenilədiyi dünya rekorduna görə 40000 dollar qazanacağı müqavilə bağlamışdı.[1] [2]
Fəaliyyəti
redaktəO, 1991-ci ildə Sovet İttifaqının süqutuna kimi onu təmsil etmişdir. Bubka iki dəfə Trak and Fild Nyus tərəfindən ilin idmançısı seçilmişdir[3] və Beynəlxalq Atletizm Federasiyası Assosiasiyasının 24 fəxri idmançı üzvündən biri olmuşdur[4].
Bubka altı dəfə ardıcıl BAFA Dünya çempionatında qızıl medal qazanmış və hündürlüyə tullanmaq üzrə kişilərin dünya rekordunu 35 dəfə qırmışdır (17 xarici və 18 daxili). Həmçinin, öz rekordunu 14 dəfə yeniləmişdir[5]. O, 6 m və 6.10 m hündürlüyünə tullanan ilk kişi idmançıdır.[6][7]
O, 1993-cü il 21 fevralda Ukraynanın Donetsk şəhərində keçirilən ölkədaxili çempionatda 6.15 m hündürlüyə tullanaraq dünya rekordunu saxlayırdı[8]. Bu rekord 21 il sonra 2014-cü il fevral ayının 15-də eyni arenada eyni görüşdə fransız idmançısı Reno Lavillene tərəfindən 6.16 m hündürlüyə tullanaraq yenilənmişdir. [9]
Bubka 2007-ci ildən Beynəlxalq Atletizm Federasiyaları Assosiasiyasının (IAAF) baş vitse-prezidenti və 2005-ci ildən Ukrayna Milli Olimpiya Komitəsinin prezidentidir. O, həmçinin 1996-cı ildən bəri xidmət edərək Beynəlxalq Olimpiya Komitəsinin (BOK) fəxri üzvüdür.
Onun Sergey adlı peşəkar tennis oyunçusu olan oğlu var.
Xarici keçidlər
redaktə- Sergey Bubka's Official Site/ Arxivləşdirilib 2017-08-10 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Sandomir, Richard (12 April 1992). "OLYMPICS; Top Athletes Are Being Wooed to Fill Some Big Shoes". The New York Times. Archived from the original on 26 May 2015. Retrieved 2 January 2017.
- ↑ O'Connor, Ian (1 August 1996). "Sore Bubka cannot soar" Arxivləşdirilib 2017-01-03 at the Wayback Machine. NY Daily News. Retrieved 2 January 2017.
- ↑ "Track and Field Athlete of the Year" Arxivləşdirilib 2011-05-11 at the Wayback Machine. Trackandfieldnews.com. Retrieved 14 August 2012.
- ↑ IAAF Hall Of Fame "IAAF Athletics" Arxivləşdirilib 2012-07-23 at the Wayback Machine Check
|url=
value (help). Retrieved 7 August 2012. - ↑ "Bubka says farewell" Arxivləşdirilib 2008-03-13 at the Wayback Machine. BBC News. 4 February 2001. Retrieved 26 August 2007.
- ↑ "Top Lists: Pole Vault" Arxivləşdirilib 2012-10-22 at the Wayback Machine. IAAF.org. Retrieved 29 June 2009 (İndoor)
- ↑ "Top Lists: Pole Vault" Arxivləşdirilib 2012-10-22 at the Wayback Machine. IAAF.org. Retrieved 29 June 2009.(Outdoor)
- ↑ "RENAUD LAVILLENIE SETS POLE VAULT WORLD RECORD OF 6.16M IN DONETSK – UPDATED" Arxivləşdirilib 2019-03-29 at the Wayback Machine. IAAF. Retrieved 17 February 2014.
- ↑ "RENAUD LAVILLENIE SETS POLE VAULT WORLD RECORD OF 6.16M IN DONETSK – UPDATED" Arxivləşdirilib 2019-03-29 at the Wayback Machine. IAAF. Retrieved 15 February 2014.