Sevinc Buxtasi Film 1977 - Wikipedia
Sevinc buxtası | |
---|---|
Fayl:Sevinc buxtası (film, 1977).jpg | |
Janr |
dram tarixi məhəbbət |
Rejissor | Eldar Quliyev |
Ssenari müəllifləri |
Georgi Mdivani Eldar Quliyev |
Baş rollarda |
Həsənağa Turabov — Əlizadə Əliabbas Qədirov — Nazim Panteleymon Krımov — Potyomkin Həsən Məmmədov — Rüstəmov Nodar Şaşıqoğlu — Nikolayev Tanilə Əhmərova — Leyla |
Operator | Rasim İsmayılov |
Bəstəkar | Polad Bülbüloğlu |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 16 yanvar 1977 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 133,5 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1977 |
Texniki məlumatlar |
2 seriyalı 14 hissə 3650 metr I seriya: 7 hissə 1950 metr II seriya: 7 hissə 1700 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
IMDb | ID1330214 |
Məzmun
redaktə1920-ci il. Azərbaycanda sovet hakimiyyəti yenicə qurulmuşdur. Neft maqnatları üçün yalnız bir yol qalıb: iqtisadi blokada. Ümid yeri də birdir: müharibə nəticəsində əldən düşmüş sovetlər ölkəsi müstəqil şəkildə öz iqtisadiyyatını dirçəldə bilməyəcək. Belə bir şəraitdə Azərbaycan hökuməti qərar qəbul edir: mühəndis Potyomkinin (Panteleymon Krımov) cəsarətli layihəsini həyata keçirmək, dənizin dibindən neft çıxarmaq üçün mədən salmaq. Minlərlə adam, fəhlə-neftçilər, dağ kəndlərindən gələn əhali də bu möhtəşəm tikintiyə toplaşır...
Kinopovest XX əsrin əvvəlində Azərbaycanda baş verən dramatik hadisələri ekranda canlandırır. Burada 20-ci illərdə dünyada birinci dəniz neft mədəninin salınmasından və Bakı fəhlələrinin göstərdikləri misilsiz qəhrəmanlıqlardan, eyni zamanda Sovet Rusiyasının taleyinin Bakı neftinin hasilatından asılı olduğu tarixi şəraitdən bəhs olunur.
Festivallar və mükafatlar
redaktə- 1) 1978-ci ildə
- Quruluşçu rejissor Eldar Quliyevə, ssenari müəllifi Georgi Mdivaniyə, quruluşçu operator Rasim İsmayılova, quruluşçu rəssam Rafiz İsmayılova və aktyor Əliabbas Qədirova filmə görə Azərbaycan SSR Dövlət Mükafatı verilmişdir.
Film haqqında
redaktə- Film rejissor assistenti Süleyman Əhmədovun kinoda ilk işidir.
- Filmin I seriyası "Təxribat Sabaha Təyin Olunub", II seriyası isə "Əfsanənin Başlanğıcı" adlanır.
- Quruluşçu rejissor filmlə bağlı müsahibəsində qeyd edir:[1]
"Sevinc buxtası" siyasi kinoromandır və mənim yaradıcılığımda materialına və janrına görə bir qədər qeyri-adidir. "Sevinc buxtası" əsas problemi ilə mənə yaxındır. Bu film şəxsiyyətin formalaşması haqqındadır. Mənəvi borcun başa düşülməsi, heç nəyə baxmadan ideyaya sədaqət haqqındadır. Axı filmdə danışılan əhvalat təkcə siyasətlə yox, həm də qəhrəmanların mənəvi qələbəsi ilə bağlıdır. Bu film üzərində işləyərkən mən böyük zövq aldım. "Sevinc buxtası" insanlara, müxtəlif təbəqələrdən olan insan talelərinə böyük hörmət və məhəbbət nümunəsidir. |
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Georgi Mdivani, Eldar Quliyev
- Quruluşçu rejissor: Eldar Quliyev
- Quruluşçu operator: Rasim İsmayılov
- Quruluşçu rəssam: Rafiz İsmayılov
- Bəstəkar: Polad Bülbüloğlu
- Montaj edən: Tahirə Babayeva
- Səs operatoru: Kamal Seyidov
- Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
- Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
- Rejissor: Ramiz Əliyev
- Operator: Yuri Varnovski
- İşıqçı: A.Məmmədzadə
- Rejissor assistenti: Süleyman Əhmədov, Vaqif Əsədullayev
Rollarda
redaktə- Həsənağa Turabov — Əlizadə
- Əliabbas Qədirov — Nazim
- Panteleymon Krımov — Potyomkin
- Həsən Məmmədov — Rüstəmov
- Nodar Şaşıqoğlu — Nikolayev
- Tanilə Əhmərova — Leyla
- Qalina Andreyeva — Yekaterina Aleksandrovna
- Y.Dubski — Detertinq
- Yozef Lanqmiller (Y.Lanqmiller kimi) — Lloyd Corc
- Radovan Lukavski — polkovnik Boyl
- F.Valetski — Mantaşev
- R.Romanov — Romanov
- Ramiz Məlikov — Asanov
- Əbdül Mahmudov — Əbdül
- Sadıq Hüseynov — Fətullayev
- Konstantin Adamov — fotoqraf
- Nikolay Barmin — Petroviç
- Şahmar Ələkbərov — Saleh
- V.Daşdəmirov — Əli
- Eldəniz Rəsulov — Seyidov
- Elxan Quliyev
- Elxan Cəfərov — Atamoğlan
- Muxtar Maniyev
- Aleksey Safonov
- Bahadur Əliyev
- Gəray Əlibəyov
İstinadlar
redaktə- ↑ Kazımzadə, A. “Kinosalnamə” [Eldar Quliyevin "Sevinc buxtası" filminin çəkilişləri haqqında] //Mədəniyyət TV.- 2016.- 12 mart.
Mənbə
redaktə- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 16; 154; 222.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 214-216; 271.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.