Seyfeddin Qutuz - Wikipedia
Sultan Seyfəddin Qutuz əl-Anuştegini və ya sadəcə Qutuz — Bahri Məmlükər siyası qrupunun Anuştəkinlilər sülaləsindən Məmlük sultanı (1259–1260). Xarəzmşah Cəlaləddinin bacısının və əmisi Mahmud ibn Mamdudun evliliyindən dünyaya gəlmişdir. Ənəs Silahdar tərəfindən öldürülmüşdür. Əyn Cəllud döyüşündə İslam (Məmlük) Ordusuna başçılıq etmişdir.
Seyfəddin Qutuz | |
---|---|
ərəb. المظفر سيف الدين قطز | |
1259 – 1260 | |
Əvvəlki | Nurəddin Əli |
Sonrakı | I Baybars |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xarəzmşahlar dövləti |
Vəfat tarixi | |
Vəfat səbəbi | Sui-qəsd |
Vətəndaşlığı |
Әyyubi Sultanlığı Məmlük dövləti |
Fəaliyyəti | hərbi lider[d], qubernator |
Atası | Mamdud ibn Mahmud |
Anası | Xan Sultan |
Dini | sünni islam |
Hərbi xidmət | |
Xidmət illəri | 1249-1260 |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəUşaq ikən monqollar tərəfindən əsir alınmışdır. Sonra Misirdə satılmış, Әyyubi Sultanlığında xidmət etmişdir. Yeddinci Xaçlı Yürüşü iştirakçıları ilə əl-Mənsurə və Fəriskur döyüşlərində Əyyubi ordusuna komandanlıq etmişdir. Əyyubilərin devrilməsi və Məmlüklərin hakimiyyətə gəlməsində rolu olmuşdur. Yeni sultan Sultan Muizzəddin Aybəkin əmiri olmuş və Muizzi ləqəbi almışdır. Sonra Qutuz de-fakto hakimiyyətə gəlmişdi, çünki yeni Sultan Əli ibn Aybək (1257–1259) 15 yaşlı idi və dövləti idarə edə bilmirdi. Qutuzla birgə hakimiyyəti öz aralarında sultanın atabəyi Səncər əl-Hələbi və Bahrilərin rəisi Səncər əl-Hatmi paylaşırdı. 1259-cu ildə Qutuz sultan oldu. Monqol xanı Hülakü xan Məmlüklərə savaş açır. Bu isə bütün İslam aləminə savaş açmaq idi, çünki məmlüklərin paytaxtı Qahirə həm də Xilafətin mərkəzi idi. Bunu nəzərə alan Sultan Qutuz Əmir Baybars ile döyüşə hazırlaşır və iki ordu 3 sentyabr 1260-cı ilde Əyn Cəlludda qarşılaşdı. Monqol komandiri Ketboğa noyon öldürüldü, savaş məmlüklərin qələbəsi ilə başa çatdı. 24 oktyabr 1260-cı ildə isə Qutuz Bahrilər tərəfindən öldürüldü. Hər nə qədər Qutuzu qətl edənin Baybars olduğu dəyilsə də, bu daha az bilinən məmlük əmiri Ənəs Silahdarın işidir.