Seyidekeran - Wikipedia
Seyidəkəran — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kənarmeşə inzibati ərazi vahidində tərkibində kənd.[1]
Seyidəkəran | |
---|---|
38°42′ şm. e. 48°52′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Əhalisi
redaktəƏhalisi 1048 nəfərdir.[2]
Coğrafiyası və iqlimi
redaktəLənkəran ovalığında yerləşir. Kənd qərbdən Tütəpeştə kəndi, cənubdan Xolmili kəndi, şərq tərəfdən isə Kənarmeşə kəndi ilə həmsərhəddir.
Toponimiyası
redaktəOykonim seyid (dini rütbə) və kəran (evlər) komponentlərindən düzəlib (-ə mənsub, bildirir), “seyidlərin evləri” mənasındadır.[3]
Tarixi
redaktə25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[4]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
- ↑ "Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu" (az.). az.president.az. 23 dekabr 2011, 20:40. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.