Seyid Mustafa Pasa - Wikipedia
Seyid Mustafa Paşa (ö. 1813) — I Əbdülhəmid və III Səlim səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.
Seyid Mustafa Paşa | |
---|---|
سيد مصطفى باشا | |
Şəxsi məlumatlar | |
Doğum yeri | Nevşəhər |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Dəfn yeri | Şah Sultan türbəsi |
Atası | Seyid Əli ağa |
Həyat yoldaşı | Şah Sultan |
Uşağı | Şərifə Həvva xanım Sultan |
Həyatı
redaktəDoğum tarixi bilinməsə də, indiki Nevşəhərdə doğulduğu məlumdur. Atası Seyid Əli bəy bölgənin məşhur din xadimlərindəndir. Qardaşı isə gələcəkdə sədarətə yüksələn Silahdar Mehmed Paşadır. 1747-ci ildə İstanbula gətirildi və saray aşçısı olan Süleyman ağanın yardımıyla saray mətbəxinə xidmətçi olaraq anıldı. O illərdə Şahzadə Əbdülhəmidlə yaxın münasibət qurdu və onun qəhvəçisi kimi xidmət göstərdi. Şahzadənin taxta çıxmasının ardından o da yüksəlməyə başladı. Öncə silahdar və baş qapıçı, ardından 1777-ci ilin mayında miraxur və qapıçılar kəndxudası təyin olundu. 1778-ci ilin sentyabrında vəzirliklə Raqqa sancaqbəyliyinə, daha sonra isə nişançı vəzirliyə yüksəldi.
6 noyabr 1778-ci ildə Sultan Mustafanın qızlarından Şah Sultanla evləndirildi.[1] Sarayda keçirilən toy mərasiminin ardından Cağaloğlu səmtindəki sarayda yaşamağa başlayan cütlüyün yeganə övladı olan Şərifə Həvva xanım Sultan 1780-ci ildə dünyaya gəlmiş, 6 ay sonra vəfat edən qızcığaz babası Sultan Mustafanın türbəsinə dəfn edilmişdir.
Toy mərasiminin ardından Anadolu və Rumelinin müxtəlif əyalətlərinə təyin olundu. 1779-cu ilin martında Aydın, oktyabrında Bosniya, ardından Belqrad və Konya, 1780-ci ildə ikinci dəfə Aydın, 1782-ci ilin dekabrında Hələb və Karesi sancaqbəyliyinə gətirildi. Daha sonra Sivas sancaqbəyliyi ilə divan üzvlüyünə yüksəldi. Ancaq çox keçmədən 1784-cü ildə təqaüdə ayrıldı.
İllərcə dövlət vəzifələrindən uzaq qalan Mustafa Paşa Sultan Səlimin son illərində 1807-ci ildə sədarət naibi oldu. Ardından 4 avqust 1808-ci ildə vəzir rütbəsiylə Filibəyə göndərildi. Vəzifəsini tamamlamasının ardından İstanbula geri çağrıldı və paytaxtın yaxınlığındakı köşkündə yaşamağa məcbur edildi. 1813-cü ildə burada vəfat etdi. Məzarı xanımı Şah Sultanın Əyyubsultandakı türbəsinə (Şah Sultan külliyəsi) dəfn edildi.
Mənbə
redaktə- Sicil-i Osmani IV, s. 180.
- Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, Oğlak Yyaınları, 4. baskı, s. 311-313
İstinadlar
redaktə- ↑ Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, Oğlak Yyaınları, 4. baskı, s. 311-313