Seyidler Lacin - Wikipedia
Seyidlər — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd.[1]
Seyidlər | |
---|---|
39°42′21″ şm. e. 46°27′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Deyilənlərə görə, Böyük Seyidlər kəndinin əsasını XII-XIII əsrlərdə Səudiyyə Ərəbistanın Hicaz bölgəsindən köçüb gəlmiş tərəkəmə-bədəvi ailələlərindən olan Seyid Əli Xəlifənin soyu-şəcərəsi tərəfindən qoyulmuşdur. Zəngəzur və Qarabağ bölgəsinin ən ağır-kəramətli seyidlərindən biri kimi Seyid Əli Xəlifə bu kənddə dünyasını dəyişmiş, onun məzarı üstündə sərdabə tikilmiş və məşhur ziyarət ocağı kimi dini-irfanı məbədə çevrilmişdir.
Onun nəsil şəcərəsindən olan "Seyid Hüseyn ocağı" da bu kəndin ziyarətgahı olmaqla, ibadət əhlinin üz tutduğu sakral məkanlardan biridir.
"Güllü qəbir piri"-də (Qarabağın tanınan kəramət-irfan sahiblərindən olan Xudavəndə Xəlifənin nəvəsi Hacı İbrahim ağanın bu kənd qəbirstanlığındakı məzarı) müqəddəs yer kimi Böyük Seyidlər kəndinin ibadət ocağıdır.
Böyük Seyidlər kəndinin sakral və maddi-tarixi abidələri sırasındakı nadir tikililərdən biri də XVII-XVIII əsrə aid Həkəri çayının sağ qolu olan Şəlvə çayı üzərindəki birtağlı "Seyidlər körpüsü"dür.
Sakral-toponimik coğrafi məkan olan Böyük Seyidlər kəndinin dini-irfani soylarından Seyid İsmayıl Məşədi Məmi oğlunun (1828-1914) və Seyid Məşədi İmran Ağanın (1840-1932), Hacı Mirəziz ağanın (1867-1928) adları xüsusi ehtiramla çəkilir.[2]
Tarixi
redaktəSeyidlər kəndi dağətəyi ərazidədir. Kənd seyidlər nəslinin adını daşıyır.[3]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Əhalisi
redaktə1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi şiə kürdlərdən ibarət olmuşdur.[4]
Tanınmışları
redaktə- Seyid Lazım Ağa – Azərbaycanın ən tanınmış seyidlərindən biri
- Rafiq Nağıyev (hərbçi) – Azərbaycan zabiti
- Feyziyev Mirəli - polkovnik (Qarnizon Komandiri)
İqtisadiyyatı
redaktəƏsas təsərrüfatı heyvandarlıq idi.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ "Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Laçın nahiyəsinin sakral toponimləri, maddi-mənəvi irsi və coğrafiyası". Qismət Yunusoğlu (az.). Olaylar. 18-19 iyun 2020. 08.10.2024 tarixində arxivləşdirilib.
- ↑ Seyidlər (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Кавказский календарь на 1856 год (rus). Tiflis: Tipografiya kantselyarii Ye.I.V. na Kavkaze, kazenny dom. 1856. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-16.
Xarici keçidlər
redaktə- Seyidlər[ölü keçid]
- Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Laçın nahiyəsinin sakral toponimləri, maddi-mənəvi irsi və coğrafiyası
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |