Seyidli Agdam - Wikipedia
Seyidli — Azərbaycan Respublikasının Ağdam rayonunun Seyidli kənd inzibati ərazi dairəsində kənd.[1]
Seyidli | |
---|---|
40°02′37″ şm. e. 46°59′59″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |
Kənd 1993-ci il iyulun 23-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.[2]
Tarixi
redaktəSeyidli XVIII əsrdə Kəbirli tayfasının oymaqlarından sayılırdı. Qarabağ xanlığı zamanında Seyidli oymağının əhalisi xanlığın güvəndiyi igid, mərd insanlar sırasında idi.[3]
Çar Rusiyası zamanında Seyidli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi.[4]
Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu illərdə Seyidli 1930-cu ildə yaradılan Ağdam rayonunun kəndi olmuşdur.
Hazırda Seyidli Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənddir.
Mədəniyyəti
redaktəErməni işğalına qədər kəndin 2 orta məktəbi (Seyidli kənd orta məktəbi və Tillər kənd orta məktəbi), 1 musiqi məktəbi, mədəniyyət evi, kitabxanası, tibb məntəqəsi, rabitə qovşağı var idi.[4]
Təhsil
redaktəSeyidli kənd orta məktəbi İkinci Dünya Müharibəsindən sonra 1946-cı ildə Ağdamın Seyidli kəndində yaranmışdır.
Coğrafiyası və iqlimi
redaktəSeyidli kəndi rayon mərkəzindən 1 km şimal şərqdə, Ağdam dəmir yol stansiyasından 5 km aralı, Qarabağ düzündədir.
Əhalisi
redaktəAzərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin siyahıya alınması sənədinə əsasən Çar Rusiyası dövründə müxtəlif illərdə Azərbaycan əhalisinin siyahısı aparılmışdır. Həmin illər Seyidli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi. 1844 ildə aparılmış siyahıya alınmaya əsasən əhalisinin ümumi sayı 184 nəfər olmuş Seyidlidə 113 kişi, 71 qadın yaşamışdır. 1848-ci və 1865-ci illərdə isə yalnız kişilərin siyahıya alınması aparılmışdır. 1848-ci ildə kişilərin sayı təxminən 167 nəfər idi. 1865-ci ildə 78 evdən ibarət Seyidlinin 254 kişi sakini var imiş. 1873-ci ilin məlumatında isə Seyidli 86 evdən ibarət idi. Həmin ildə Seyidlinin kişi və qadından ibarət 498 nəfər sakini olmuşdur.[4]
1983-cü ilin məlumatına görə Seyidli kəndinin əhalisi 3478 nəfər idi.
Şəxsiyyətləri
redaktə- İldırım xan Şərifov — Qarabağ bəyi. Ağdam şəhər pristavı.
- Çərkəz bəy Şərifov — Qarabağ bəyi.
- Mənzər xanım Rüstəm bəy qızı Şərifova — maarif xadimi, pedaqoq.
- Yelmar Fərhad bəy oğlu Şərifov — meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi.
- Ədilə Əvəz qızı Namazova — AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor.
- Zakir Cabbar bəy oğlu Məmmədov — AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor.
- Adil Əli bəy oğlu Məmmədov — tarix elmləri doktoru, professor.
- Teymur Süleyman oğlu Vəliyev — AMEA-nın müxbir üzvü, iqtisadiyyat elmləri doktoru, professor.
- Çingiz Səməd bəy oğlu Axundov — tarix elmləri namizədi, dosent.
- Rasim Şirin oğlu Qarayev — iqtisad elmləri namizədi, professor.
- Habil Surxay oğlu Qurbanov — hüquq elmləri doktoru, professor.
- Vüqar Nadirov — peşəkar futbolçu.
Şəkillər
redaktə-
Axund Molla Zülfüqar Axundov — Ağdam Cümə məscidinin axundu
-
Mənzər Şərifova — maarif xadimi, pedaqoq.
-
Yelmar Şərifov — meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi, dosent
-
Zakir Məmmədov — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
-
Adil Məmmədov — tarix elmləri doktoru, professor.
-
Teymur Vəliyev — iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
-
Çingiz Axundov — tarix elmləri namizədi, dosent
İqtisadiyyatı
redaktəErməni işğalına qədər Seyidli kəndinin əhalisi üzümçülük, heyvandarlıq və baramaçılıqla məşğul olmuşdur.[4]
Mənbə
redaktə- Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
- Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və gmalovörkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il № 42(174)
- Orxan Zakiroğlu (Baharlı). Məmmədbəyli nəslinin müdrik el ağsaqqalı. "Bütöv Azərbaycan" qəzeti, 4-10 iyul 2012-ci il
- Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Kərbəlayi Mirəli nəslinin görkəmli övladları. "Yeniləşən Azərbaycan" qəzeti, 15-22 dekabr, 2012, № 29(113)
- Orxan Zakiroğlu (Baharlı). Kərbəlayi Mirəli nəslinin tanınmış din xadimi. "Təzadlar" qəzeti, 01 dekabr, 2012-ci il, № 182(1725)
- Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Şərifli nəslinin görkəmli övladları. "Təzadlar" qəzeti, 18 dekabr, 2012-ci il, № 189 (1732)
- Orxan Zakiroğlu (Baharlı). Çəmənli oymağının Hatəmxan ağa nəsli. "Bütöv Azərbaycan" qəzeti, 26-30 sentyabr, 2012-ci il.№33 (165)
- Orxan Zakiroğlu (Baharlı). Çəmənli Hatəmxan ağa nəslinin tanınmış övladları. "Yeniləşən Azərbaycan" qəzeti, 17-25 aprel 2013-cü il, № 14 (124)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Ağdam Ağrıları - Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-16.
- ↑ Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il № 42(174)
- ↑ 1 2 3 4 Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il № 42(174)
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |