Seyidli Mescidi - Wikipedia
Seyidli məscidi — XVIII əsrdə Şuşanın Seyidli məhəlləsində tikilmiş məscid.
Seyidli məscidi | |
---|---|
39°45′19″ şm. e. 46°45′26″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Telman küçəsi, 16 |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | naməlum |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 5151 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəMəscid paytaxt Bakıdan təxminən 350 km məsafədə yerləşir.[1][2] Məscid Şuşa şəhərinin Telman və Qaryağdıoğlu küçələrinin kəsişməsində yerləşir. Məscid iki mərtəbəli formada tikilmişdir.[3][4]
Seyidli məscidinin XVIII əsrdə tikildiyi ehtimal edilir. 30 illik erməni işğalı dövründə məscid xeyli ziyan görmüşdür.
Memarlıq üslubu
redaktəMəscid Cıdır yolunun üstündəki Seyidli məhəlləsində yerləşir. Bu kiçik məhəllə məscidi də özünün indiki durumu ilə digər məscidlərdən demək olar ki, fərqlənmir və yerli yaşayış mülklərini xatırladır. Düzbucaqlı formaya malik məscidin ibadət salonu Mamay və ya Saatlı məscidləri kimi üçnefli bölgüyə malik deyil.[5]
Məscidin qonşuluğunda Məşədi Qaranın evi adlı memarlıq abidəsi yerləşir. Yerli əhəmiyyətli abidələr siyahısında olan bu abidə də erməni işğalı dövründə xaraba qalmışdır.
İstinadlar
redaktə- ↑ "Shusha State Historical & Architectural Reserve". 4 October 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 August 2010.
- ↑ "Şuşa qalalar şəhəri, muzeylər məskəni idi". 6 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2010.
- ↑ "Ministry of Tourism - Seyidli mosque". 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 August 2010.
- ↑ "Shusha - Seyidli mosque". 9 September 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 August 2010.
- ↑ Mirmehdi Ağaoğlu. "Vətən Müharibəsinin zirvəsi: Tarix şəhər, mədəniyyət şəhər". ona.az. 17 August 2021. 28 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 January 2022.