Seyyid Ibn Tavus - Wikipedia
Seyyid ibn Tavus (ərəb. سيد بن طاووس; 21 yanvar 1193[1], Hillə – 9 avqust 1266[1], Hillə) — Məşhur Hillə seyidlərindən olan və hicri 7-ci əsrdə İmamiyyə məzhəbinin görkəmli fəqihi.
Seyyid ibn Tavus | |
---|---|
ərəb. علي بن موسى بن جعفر بن طاووس الحلّي | |
Doğum tarixi | 21 yanvar 1193[1] |
Doğum yeri | |
Vəfat tarixi | 9 avqust 1266[1] (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Tanınmış yetirmələri | Cəmaləddin Həsən Hilli |
Haqqında
redaktəSeyyid ibn Tavus miladi XIII əsrdə yaşamış görkəmli cəfəri alimlərindən biridir. O, 1193-cü ildə böyük alimlərin vətəni olan Hillə şəhərində doğulmuşdu. Ata tərəfdən şəcərəsi İmam Həsənə (ə), ana tərəfdən İmam Hüseynə (ə) çatırdı. Alimin bütöv adı Rəziyyəddin Seyyid Əli ibn Musadır, “Seyyid ibn Tavus” adı ilə tanınır. Onun mənsub olduğu Ali-Tavus nəsli İraqda böyük şöhrətə malik idi. Seyyid ibn Tavus Hillə, Nəcəf və Kərbəla şəhərlərində yaşamış, ömrünün sonlarına yaxın Bağdadda ömür sürmüş, Elxani hökmdarı Hülaku tərəfindən nəqib (şiələrin işlərini nizama salan şəxs) vəzifəsinə təyin edilmişdi.[2] O Əllamə Hillinin müəllimi olmuşdur.
Seyyid ibn Tavus müxtəlif sahələrdə öz qələmini sınamış, “Lühuf”, “İqbal”, “Təraif”, “Fəlah əl-sail”, “Mühəc əl-dəavat” kimi dəyərli əsərlər yazmışdır. Kitablarının böyük bir qismi dua, ibadət əməlləri və əxlaq mövzusundadır. Ümumiyyətlə, alim mənəvi təkamül və əxlaq məsələlərinə xüsusi önəm vermişdir. Seyyid İbn Tavus Əllamə Hilliyə və onun atasına, “Kəşf əl-ğümmə” əsərinin müəllifi İrbiliyə dərs demişdi. Alim 1266-cı ildə Bağdadda vəfat etmiş, bəzi məlumatlara görə Hillə şəhərində, bəzi məlumatlara görə isə Nəcəfdə dəfn olunmuşdur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Record #47563727 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.
- ↑ "Seyyid ibn Tavus adlı alim kimdir? 28/02/2024". 2024-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-28.