Sidik Qacirma - Wikipedia
Sidik Qacirma - Wikipedia - Haqqında Məlumat
Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması.
Sidik qaçırma | |
---|---|
XBT-10 | R |
XBT-9 | |
DiseasesDB | 6764 |
MedlinePlus | 003142 |
eMedicine | med/2781 |
MeSH | D014549 |
Vikianbarda əlaqəli mediafayllar |
Növləri
redaktə- Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması.
- Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama.
- Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması
- Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir.
- Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.)[1][2]
Diaqnostika
redaktəXəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər:
- Sidik gündəliyi (günlüyü)
- Pambıqlı bez sınağı
- Öskürək sınağı
- İşəyəndən sonra qalıq sidiyin ölçülməsi
- Sistoskopiya
- Urodinamik sınaqlar
Müalicə
redaktəMüalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır:
- gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə
- dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və/və ya cərrahi müdaxilə
- qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin məşqi, antixolinergik dərmanlar, cərrahiyə
- daşma tipli sidik qaçırması - kateter
- funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi.
Qaynaqlar
redaktə- ↑ Sandip P Vasavada, MD. Urinary Incontinence Arxivləşdirilib 2022-09-05 at the Wayback Machine. eMedicine.
- ↑ "Milli Andrologiya Portalı - İnkontinans". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-07.
- ↑ "European Association of Urology - Guidelines on Urinary Incontinence" (PDF). 2014-07-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-07-07.
Xarici keçidlər
redaktə- Enurez nədir? Arxivləşdirilib 2014-07-05 at the Wayback Machine