Sifilis - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Sifilis — xroniki yoluxucu dəri zöhrəvi xəstəlik olub, gedişatında dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi müşahidə olunur. Xəstəliyin törədicisi solğun treponema (treponema pallidum) yarımnövündən olan spiraxetalardır (lat. spirochaetales).
Sifilis | |
---|---|
| |
XBT-10 | A -A |
XBT-10-KM | A51.0 |
XBT-9 | - |
DiseasesDB | 29054 |
MedlinePlus | 001327 |
eMedicine | med/2224 |
MeSH | D013587 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəQədimdən sifilis xəstəliyi milli xüsusiyyətinə görə — "alman", "fransız" xəstəliyi kimi tanınırdı. Xəstəlik haqqında ilk yazılı məlumat 1530-cu ildə Paduan universitetinin həkimi Ciralomo Frakastro (1483–1553) tərəfindən yazılmış "Sifilis və ya Qalliya xəstəliyi" poemasında verilmişdir. Poema mifoloji süjetə malikdir. Sifilis (yun. συς — donuz, yun. φίλος — həvəskar) adlı sadə bir donuzçu tanrıya meydan oxuyur ki, yerdəki tanrılar Olimp tanrılarından daha üstündürlər[1]. Göy tanrıları bunun üstündə onu ağır azara salırlar ki, bu azar da onun adı ilə sifilis adlandırılmışdır. Daha sonra bu çoxmillətli xəstəlik yoluxucu olduğu üçün lat. lues adlandırılır[2].
Haqqında
redaktəBir sıra yoluxucu xəstəliklər var ki, onların törədiciləri bir şəxsdən başqasına, əsasən, cinsi əlaqə yolu ilə yoluxur. Sifilis, süzənək, yumşaq şankr, qasıq limfaqrapulomatozu (dördüncü zöhrəvi xəstəlik), donovanoz (beşinci zöhrəvi xəstəlik) və nəhayət, İİV (insanda immun çatışmazlıq virusu) xəstəlikləri ən çox cinsi əlaqə vasitəsilə yoluxur. Cinsi təmas yolu ilə sidik yollarından yoluxub pozulma əmələ gətirən xəstəliklərdən trixomoniazı, sidik-cinsiyyət xladimiozunu da xüsusilə qeyd etmək lazımdır. Bundan əlavə nedikulyoz (bitliliyin müxtəlif formaları, xüsusilə qasıq bitləri), qoturluq, kandilomalar və s. yoluxa bilər. Zöhrəvi xəstəliklərə adətən əxlaq qanunlarını pozaraq təsadüfi cinsi əlaqələrdə olan şəxslər yoluxurlar. Zöhrəvi xəstəliklərə yoluxmaqda alkoqolun da rolu böyükdür. Tədqiqatlarla müəyyən olunmuşdur ki, zöhrəvi xəstəliyə tutulanların 80 %- dən çoxu sərxoş olduqları vaxt yoluxmuşdur. Çünki sərxoş olan adamda qorxu, ehtiyat hissləri unudulur və seksual tələbatını təcili surətdə yerinə yetirmək istəyi yaranır ki, bu zaman o, müqabil tərəfin kim olduğuna əhəmiyyət vermədən onunla cinsi əlaqədə olaraq zöhrəvi xəstəliyə yoluxur. Qeyd etmək lazımdır ki, son onilliklərdə bizim ölkədə yumşaq şankr, dördüncü və beşinci zöhrəvi xəstəliklərə təsadüf olunmur.
Sifilis xroniki şəkildə keçən, bütün orqanlarda, o cümlədən dəridə, sinir sistemində yoluxma əmələ gətirən yoluxucu zöhrəvi xəstəlikdir. Bu xəstəliyin törədicisi qıvrım sapşəkilli hərəkətli solğun treponemadır. Onlar çox asanlıqla dəridə, selikli qişalarda olan kiçik zədələrdən toxumalara daxil olurlar. Bu xəstəlik ən çox cinsi əlaqə yolu ilə yoluxduğundan onu (eləcə də cinsi əlaqə ilə yoluxdurulan başqa xəstəlikləri) zöhrəvi xəstəlik adlandırmışlar. Bu əslində sevgi xəstəliyi deməkdir, çünki Zöhrə qədim mifologiyada sevgi ilahəsidir. Sağlam şəxsin sifilislə yoluxması adətən xəstəlik əlamətləri olan şəxslə birbaşa təması (cinsi əlaqə, öpüşmək və s), bəzən xəstənin istifadə etdiyi müxtəlif əşyalar vasitəsilə, başqasının uşağına döşlə süd verməklə, bir papirosun bir neçə şəxs tərəfindən çəkilməsilə, tibbi müdaxilələrlə, müxtəlif dini adətlərlə (ziyarətə gələnlərin dini surətləri, mebrabları, bütləri öpmələr ilə) baş verir. Sifilisin cinsi əlaqədən kənar yolla yoluxmuş forması "məişət sifilisi" adlanır. Qaynadılmamış alətlərlə uşaqlıq güzgüləri, diş müalicəsində işlədilən alətlər və s. vasitəsilə də sifilis yoluxması baş verə bilər. Yoluxma yollarından biri də dölün ana bətnində yoluxmasıdır. Bu xəstəliyi keçirənlərdə sifilisə qarşı immunitet yaranmır və həmin şəxs təkrar olaraq sifilislə yoluxa bilər. Sifilis xəstəliyinin klinik gedişi bir-birini əvəz edən üç əsas dövrə bölünür. Bütün yoluxucu xəstəliklər kimi sifilisin də gizli dövrü olur. Bu dövr adətən 3–4 həftə, bəzən 9–11 gün, bəzən də 92 günə qədər ola bilər. Gizli dövrdə aparılan müalicə xəstəliyin inkişafını dayandırır, müalicəsinin daha təsirli olmasına və xəstənin tamamilə sağalmasına şərait yaradır. Elə buna görə cinsi əlaqədə və yaxud yaxın təmasda olduğu şəxsin sifilislə xəstə olduğunu bildikdə təcili surətdə müalicəyə başlamaq üçün həkim-dermatoveneroloqa müraciət etmək lazımdır.
Tarixi məlumat
redaktəSifilis 146 ada malikdir (ispan , italyan , fransız xəstəliyi) . «Sifilis» adı italyan həkimi və şairi Cirolamo (İeronimo) Frakastoronun (XVI əsr , Verona , Çiçəklənmə dövrü) , «Sifilis və ya О qall xəstəliyi» poemasının qəhrəmanı , «donuzlarla dostluğuna görə» (yunan dil. sys - donuz + philos – dost) , digər versiyaya əsasən – «allaha olan ədəbsiz tənələrə görə» allah tərəfindən cinsi orqanların xəstəliyi ilə cəzalandırılmış çoban Sifulusun adı ilə əlaqələndirilir .
Sifilisin mənşəyi haqqında 3 nəzəriyyə mövcuddur :
- Amerikan– sifilis Avropaya 1492 – ci ildə K . Kolumbun Amerikanı kəşf etməsindən sonra dənizçiləri tərəfindən gətirilmişdir . Dənizçilərin yoluxması heyvandarlıqla məşğul olan , lamalardan yoluxan yerli əhali tərəfindən olmuşdur . Lamalarda spiroxetoz çoxdan məlum və sübut olunmuşdur . 1493 – cü ildə K. Kolumbun səyahətdən Vətənə qayıtması ilə İspaniyanın liman şəhərlərində sifilis xəstəliyi halları qeyd olunmağa başladı . Avropaya infeksiya 1497 – ci ildə Neapolu mühasirəyə almış kral Karl VIII- in aralarında ispanların da olduğu fransız muzdluları ilə yayılmışdır . Orduya yoluxmuş «qorxulu xəstəlik» səbəbindən Karl VIII Neapolun mühasirəsindən geri çəkilməyə , Avropanın digər ölkələrinə infeksiyanı yayan əsgərləri buraxmağa məcbur olmuşdur .
- ·vropa – Avropa , Asiya və Yaxın Şərq ərazilərində arxeoloji qazıntıların nəticələrinə əsaslı şəkildə sifilisin Avro – Asiya qitəsində tarixəqədərki zamanlardan mövcud olduğunu sübut edir .
- Afrikan – sifilisin vətənini Afrika hesab edən tərəfdarlar. T. Cocburn (1961 –ci il.) və E. Hudson (1963 –cü il.) nəzəriyyələrinə əsasən Afrikada geniş yayılmış olan tropik treponematozların törədiciləri (T.pertenue – frambeziyanın törədicisi , T.carateum – pintanın törədicisi, T. bejel/T. pallidum – bedjelin törədicisi ) və zöhrəvi sifilisin törədicisi eyni treponemanın növləridir . T. Cocburn və E. Hudson fikrinə əsasən endemik treponematozların təkamülü insan cəmiyyətinin inkişafı ilə sıx əlaqəlidir . Şəhərlərin yaranması , sivilizasiyanın artması ilə treponemanın məişət yolu ilə birbaşa ötürülmə mümkünlüyü əhəmiyyətli dərəcədə məhdudlaşmış və treponematoz zöhrəvi sifilis formasına keçmişdir .
Beləliklə, sifilisin ilk olaraq Mərkəzi Amerikada , Avro – Asiya qitəsində və ya Afrikada mı yaranması haqqındakı suallara cavab tapılmış olur . Aydın olan bir şey var ki , sifilis Yer kürəsində insanla eyni zamanda yaranmışdır .
Sifilidologiyanın tarixində tez- tez tədqiqatçıların cəsarəti və özünü qurban verməsi ilə əlaqəli bir çox əhəmiyyətli kəşf və müşahidələr olmuşdur . Lakin sifidologiyanın tarixində səhvlər, yanılmalar, insanlar üzərində onların həyatlarını və sağlamlıqlarını təhlükəyə ataraq təcrübə keçən tədqiqatçıların qeyri – etik davranışları da məlumdur. Beləliklə, bir neçə yüzilliklər ərzində sifilitik infeksiyanın mahiyyətinə iki baxış nöqtəsi olmuşdur . Birinə əsasən , sifilis və qonokokk infeksiyası eyni infeksiyanın müxtəlif təzahürü hesab olunur , digərinə əasasən – bu iki fərqli infeksiyadır . Birinci baxışın tərafdarlarını unitaristlər, ikincisini – dualistlər adlandırırdılar .
Bu mübahisələrə son qoymaq məqsədilə 1767 – ci ildə ingilis alimi D . Hanter (J. Hunter) qonorreyalı xəstədən götürülmüş irini öz uretrasına yeritmişdir . Bir neçə gündən sonra onda ifrazat , bir neçə həftə sonra – bərk şankr əmələ gəlmişdir . Burada üzücü yanlışlıq baş vermişdir : materialın götürüldüyü xəstə eyni zamanda həm sifilis , həm də qonorreyadan əziyyət çəkirmiş . Məşhur alim tərəfindən özünü qurban verməklə aparılmış bu təcrübə böyük təəssürat yaradır və sualın düzgün həllini uzunmüddətli ( 60 -70 ilə) gecikdirir . Yalnız 1838 –ci ildə J . Hunterin təcrübəsinə lazımi şərh verilir . Fransız alimi F . Rikor (F. Ricord) 1831 - dən 1837 - ci ilə qədər 26 zöhrəvi xəstədən alınan ifrazatı inokulyasiya yolu ilə ölümə məhkum edilmiş məhbuslara inokulyasiya edərək 700 nəfəri sifilisə və 677 nəfəri qonoreyyaya yoluxdurur . Unitaristlərin və dualistlərin mübahisəsi qəti şəkildə həll olunur . F. Ricordun aldığı nəticələr alimlər tərəfindən qəbul edilməyə bilməzdi , lakin həqiqəti açan bu təcrübələr təqdirə layiq hesab edilmir .
Zöhrəvi xəstəlik kimi sifilis infeksiyasının müstəqilliyi , törədicisi yalnız 1905 – ci ildə protozoloq F. Shaudin və veneroloq E. Hoffman tərəfindən rəngi zəif qəbul etməsi səbəbindən solğun spiroxetlər adlandırdıqları treponemanın kəşf olunmasından sonra qəbul olunmuşdur . Bununla da sifilisin etiologiyası haqqındakı sual həll olundu . Sifilidologiyada digər əhəmiyyətli kəşf A. Wassermanın A.Neisser və C. Bruck ilə birgə sifilisdə seroloji reaksiyanın – VR (Vasserman reaksiyası ) 1906 – cı ildə qoyulması ilə olmuşdur .
Birincili sifilis (syphilis primaria)
redaktəBirincili sifilis – T. pallidumun daxil olduğu yerdə birincili manifest sifilitik infeksiyanın əlamətinin əmələ gəlməsi anından başlayır . Birincili dövrün orta davam etmə müddəti 6-8 həftədir . Sifilisin diaqnostikasının yalnız Vasserman reaksiyasının olduğu zamanlarda birincili sifilisi, şərti olaraq , birincili seroneqativ (syphilis prtimaria seronegativa )- birincili sifilisin ilk 3-4 həftəsi və birincili seropozitiv (syphilis primaria seropositiva )- birincili sifilisin sonuncu 3-4 həftəsi olmaqla bölürdülər . Lakin sifilisin seroloji diaqnostikasının alqoritminə treponemalı testlər daxil olduğu zamandan etibarən bu bölünmə öz zəruriliyini itirdi .
Birincili sifilisin kliniki əlamətləri
redaktə- bərk şankr, sin. birincili sifiloma (ulcus durum, syn. syphiloma primarium)
- sifilitik regionar limfadenit sin. skleradenit, yanaşı gedən bubon (lymphadenitis syphilitica, syn. scleradenitis syphilitica, bubo-syphiliticus)
- sifilitik limfangit (lymphangitis syphilitica)
Bərk şankr
redaktəBərk şankr (ulcus durum ) – periferiyasında kəskin iltihabi əlamətlərin olmayan , əsasının ağrısız sərt infiltratlı , zəif seroz ifrazatlı , «laklanmış», hamar , çeçelə barmağın dırnağının (1 ,0 sm) ölçüsündə , nəlbəkiyəbənzər formalı xora və ya dairəvi formalı əksər hallarda tək-tək olan eroziyadır . Eroziv bərk şankrın sağalması izsiz nəticələnir , lakin xoralı forma – çapıq qoyur . Bərk şankr adətən cinsiyyət orqanın dərisində və selikli qişasında , nadir hallarda cinsiyyət orqanından kənarda – sağrı ,bud ,qasıq , qarnın dərisində lokalizasiya edir
Bərk şankrın gizli lokalizasiyaları da ola bilər : endouretral şankr , uşaqlıq boynu şankrı , düz bağırsaq şankrı , fimoza bənzər
Bərk şankrın növləri :
- eroziv , xora
- təksaylı, çoxsaylı
- cırtdan (1-3 mm), nəhəng (1,5-2 sm və daha çox )
- genital, ekstragenital
- çatlar (dildə , ağız bucağında , anal büküşlərdə)
- bipolyar – şankrların eyni zamanda bir birlərindən uzaq olan müdafiə səthlərində meydana gəlməsi , məsələn , cinsiyyət orqanının dərisində və selikli qişasında (genital şankr) və dodağın qırmızı kənarında (ekstragenital şankr)
- möhür – şankrlar («öpüşən şankrlar») – toxunan səthlərdə şankrların lokalizasiyası , məsələn , budun iç səthi
- Müqayisədə çox nadir rast gəlinən bərk şankrın atipik formaları:
- şankr - amiqdalit (chancre-amygdalite) – eyni zamanda badamcıqların birtərəfli böyüməsi və hiperemiyalaşması , sərtləşməsi , səthinin zədəsiz olması (eroziyanın /xoranın iştirak etməməsi )
- şankr – panarisium (chancre-digiti) – adətən sağ əlin birinci üç barmağında lokalizasiya edir və tez- tez ağrı və çoxlu irinli ifrazat ilə müşaiət olunan panarisiumun çürük formasına keçir.
- indurativ ödem (oedema indurativum) – böyük cinsiyyət dodaqlarında , xayalarda və ya pülük kisəsində yerləşir. Həmin hissələrdə ağrısız sərt ödemin olması , kəskin iltihabi əlamətlərin olmaması və səthinin zədəsiz olması (eroziyanın /xoranın iştirak etməməsi ) , təzyiq etdikdə çuxur əmələ gəlməməsi qeyd edilir; al – qırmızı rəngdə olan zədələnmiş dəri , yavaş-yavaş periferiyaya doğru solğunlaşır.
İkincili infeksiyanın (bakterial , trixomonad ) qoşulması nəticəsində bərk şankrın kəskinləşməsi inkişaf edir : balanit , balanopostit , fimoz , parafimoz , qanqrenozlaşma , fagedenizm . Şankr ətrafında daha çox kəskinləşmə balanit (balanitis) və balanopostit баланопостит (balanoposthitis) – cinsiyyət üzvünün başcığının dərisi və pülük kisəsinin daxili səfhəsi hesab olunur . Belə hallarda şankr ətrafında ödemlilik , parlaq eritema , epitelin masserasiyası, seroz –irinli ifrazatın artması baş verir .
Balanopostit pülük sisəsi səfhəsinin daralmasına səbəb olur ki , bu da cinsiyyət üzvünün başcığının açılmasına imkan vermir . Belə vəziyyət fimoz (phimosis) adlanır , bu zaman cinsiyyət üzvü ödemli , eritematoz , ağrılı olur . Fimoz zamanı cinsiyyət üzvünün başcığının müqavimət göstərərək ayrılmasına cəhd etmək parafimoza (paraphimosis) gətirib çıxara bilər ki , bu zaman da ödemli və infiltrasiyalı pülük halqası başcığı sıxır .
Bərk şankrın daha ağır kəskinləşməsi zəif şəxslərdə, alkoqoliklərdə müşahidə olunan qanqrenizasiya və fagedenizmdir . Şankrın səthində qara qartmaq – qanqrenizasiya (gangraenisatio), birincili sifilomanın hüdudundan kənara yayıldıqda – fagedenizm(phagedaenismus) formalaşır. Qartmağın altında geniş xora formalaşır ki , bu da sağalmadan sonra çapıq qoyur . Proses titrətmə , temperaturun yüksəlməsi və başqa ümumi əlamətlərlə müşaiət olunur.
Regionar limfadenit
redaktəRegionar limfadenit ( skleradenit , yanaşı bubon ) – bərk şankrın əmələ gəlməsindən 5 – 8 gün sonra inkişaf edir . Regionar limfatik düyünlər öz aralarında və ətraf toxumalarla birləşməyən , ağrısız , hərəkətli , bərk – elastik konsistensiyalı olub , ölçüsü noxud , yunan qozu və daha da çox böyüyə bilər .
Spesifik limfangit
redaktəSpesifik limfangit - bərk şankr yaxınlığında regionar limfatik düyünlər boyunca olan limfa damarlarının iltihabıdır. Bəzən ətraf toxumalarla birləşməyən, dəqiq sərhədli, sərt, ağrısız qayış kimi müşahidə olunur.
Sifilisin ilkin dövrü
redaktəGizli dövr xəstəliyin törədicisi solğun treponemanın bədənə daxil olduğu yerdə (bu öpüşməklə olduqda dodaqlarda, cinsi əlaqə ilə olduqda cinsiyyət üzvlərində) tədricən bərkiyən və tezliklə eroziya və yaxud yaraya çevrilən qırmızının əmələ gəlməsilə qurtarır. Əmələ gəlmiş eroziya və yaxud yara hamar kənarları olan dairə və ya oval şəkildə, təzə ət rəngində olur və lak sürtülmüş kimi parıldayır, daxilində az miqdarda seroz maye olur. Bu mayedə laboratoriyada müayinə etməklə xəstəliyin törədicisi solğun treponemaları aşkar etmək olar. Yaranın əsası qığırdağı xatırladan toxumadan ibarət olur. Belə möhkəm toxumaya görə sifilis yarası bu dövrdə "bərk şankr" adlanır. Bərk şankrın meydana çıxması sifilisin 6–7 həftə davam edən birinci dövrünün əsas simptomlarından biridir. Şankr bədənin müxtəlif yerlərində — cinsiyyət üzvlərində (90%), ağız boşluğunda, qasıqda və budların daxili səthində, düz bağırsağın girəcəyində, döş vəzilərində ola bilər. Şankrın böyüklüyü 10 qəpiklik və ya bir qədər böyük, sayca birdən beşəcən ola bilər. Bərk şankr adətən ağrısız, yara ətrafında kəskin iltihab əlamətləri olmadan inkişaf etdiyindən ilk dövrlərdə xəstələrin çoxu buna əhəmiyyət vermir, müxtəlif məlhəmlər, dərmanlar tətbiq etməklə "özünü müalicə" üsulundan istifadə etməyə çalışırlar. Sifilisin birinci dövrünün əlavə simptomlarından biri də şankra yaxın nahiyələrdə limfa düyünlərinin böyüməsi və ya spesifik bubonların əmələ gəlməsidir. Məsələn, əgər bərk şankr kişinin cinsiyyət üzvündə olarsa, əvvəlcə bir tərəfin, sonra o biri tərəfin qasıq vəziləri böyüyəcəkdir. Bu vəzilərin böyüməsi, adətən, şankrın meydana çıxmasından 5–8 gün sonra müşahidə olunur. Onlar lobya, paxla, gavalı boyda, bəzən daha böyük ola bilər. Onlar ağrısız olub, ətraf toxumalarla birləşmədiklərindən hərəkətli olurlar. Onların üstünü örtən dəri sahəsində heç bir dəyişikliklər olmur, hazırda elə sifilisli xəstələrə təsadüf olunur ki, onlarda regional limfa vəzilərinin böyüməsi müşahidə olunmur. Qanın seroloji müayinəsinin nəticəsindən asılı olaraq, sifilis birincili seroneqativ (seromənfi) və birin-çili seropozitiv (seromüsbət) sifilis adlanır. Qanın seroloji müayinəsi yalnız sifilisin birinci nişanları meydana çıxdıqdan 2–4 həftə sonra müsbət olur. Seroneqativ sifilisə nisbətən birincili seropozitiv sifilisin müalicəsi daha böyük zəhmət və uzun müddət tələb edir. Deməli, müalicənin dərhal başlanmasının böyük əhəmiyyəti var. Bərk şankr meydana çıxdıqdan 1–2 ay sonra, hətta heç bir müalicə keçirilmədən örtülüb sağalır, yerində yalnız kiçik çapıq əmələ gəlir. Lakin bu heç də sifilisin öz-özünə keçməsi və xəstənin sağalması demək deyil. Bu zaman o, sadəcə olaraq qısamüddətli gizli dövrə keçir və daxildə xəstəlik törədən mikroblar çox sürətlə inkişaf edib artırlar. Gizli dövrdən sonra bütün limfa düyünləri böyüyür, əzginlik, zəiflik, baş ağrıları, subfevril hərarət, oynaqlar və əzələlərdə ağrı hissləri olur. Sifilisin səpkilərin meydana çıxması ilə başlayan ikinci dövrü 2 ildən 5 ilə qədər davam edə bilər. Müalicə aparılmadıqda xəstəliyin simptomları bir şəkildən başqa şəklə keçir və bir-birini əvəz edən çevrələrlə davam edir. Səpkilərin meydana çıxması gövdənin, ətrafların dərisində və selikli qişada ləkələr, nadir hallarda düyünlər (papula) şəklində olur. Bu xəstələrdə bərk şankr və ya onun yerində əmələ gəlmiş çapıq, yaxın ətrafın böyümüş limfa düyünləri xəstəliyin diaqnozunu müəyyən etməkdə mühüm rol oynayır. Rozeola adlanan ləkəşəkilli səpkilər 3 -dən 10–12 mm-dək diametrli olub dərinin səthindən hündürə qalxmır, qaşınmır, barmaqla basdıqda rəngi solur, buraxdıqda bir neçə saniyədən sonra əvvəlki rəngini alır. Müalicə olunmayan xəstələrdə rozeola səpkiləri bir neçə gündən 2–3 həftəyə qədər, bəzən 5–6 həftə qalıb sonra iz buraxmadan çəkilir. Ləkəli və düyünlü səpkilərin itdiyi vaxtdan başlayaraq sifilisin ayrı-ayrı xəstələrdə müxtəlif müddət davam edən gizli dövrü başlanır. Müalicə aparıldıqda səpkilər daha az miqdarda əmələ gəlir. Xəstələrin 80–92%-də sifilisin ikincili residivi üçün düyünşəkilli səpkilər (papula) əsas göstəricilərdəndir. Dərinin çox tərləyən və sürtülən sahələrində papulalar tədricən məhtəviyyat verən eroziyalara çevrilirlər. Bu ifrazat içərisində saysız-hesabsız solğun treponemalar olur. Belə xəstələr sağlam şəxslərlə təmasın bütün formalarında (öpüşmək, bir yataqdan istifadə etmək, cinsi əlaqə, eyni ev əşyalarından istifadə etmək və s.) yüksək dərəcədə yoluxucudurlar. Qadınlarda, bəzən yoluxmanın 4–6-cı aylarında boyunun arxa və yan tərəflərinin dərisində "Zöhrə boyunbağısı" adlanan ləkələr— leykodenniya əmələ gəlir. Solğunlaşmış və tünd piqmentli sahələrlə əhatə olunmuş dəridə 3–10mm diametrində olar bu alabəzəklik hətta müalicə olunmuşlarda da adətən bir neçə ay, bəzən, bir ildən də çox müddətdə qalır. İkincili sifilisli xəstələrin 15–20%-də tüklər dağınıq və ya kiçik talalar şəklində tökülür. Bu zaman başın tüklü hissəsi güvə yemiş xəzi xatırladır. Belə hallarda dəridə dəyişiklik baş vermir. Bu simptom, adətən, yoluxmanın 3–6-cı aylarında müşahidə olunur. Bəzən eyni vaxtda kirpiklər, bığ, saqqal tükləri də tökülür. Tam müalicədən sonra tüklər yenidən çıxaraq əvvəlki vəziyyətə çatırlar, çünki sifilisdə tük vəzilərində pozğunluq baş verir. Sifilisin ikincili dövründə çox vaxt xəstələrin ağız boşluğunun selikli qişasında pozğunluq baş verir (eritematoz, yaxud panulyoz səpkilər, sifilis ankinası, dildə, yanaqda, damaqda papulalar). Belə vəziyyət ən çox papiros çəkənlərdə və sərxoşluğun ən son pilləsinə çatmış aludəçilərdə olur. Səs tellərində pozğunluq baş verdikdə səs batıq və xırıltılı olur. Ağız boşluğunda qeyd olunan belə vəziyyət ətraf üçün həddən artıq yoluxma təhlükəsi törədir. Bu zaman danışmaq, asqırıb-öskürmək zamanı sıçrayıb ətrafa yayılan kiçik tüpürcək damlaları ilə, öpüşdükdə, ümumi qab-qaçaqdan, dodaq pomadasından, siqar və papirosdan bir neçə şəxs istifadə etdikdə yoluxma baş verə bilər. Bu mərhələdə sifilis bədənin bütün orqanlarını zədələyir. Xəstələrin, demək olar ki, üçdə birində qaraciyərdə, böyrəklərdə, mədədə, əzələlərdə pozğunluqlar, bəzi xəstələrdə iri qan damarlarında, sümüklərdə (gecələr sümüklərdə ağrılar), sinir sistemində pozğunluqlar baş verir. Birincili, ikincili sifilisdə və onun gizli dövründə müalicə aparılmadıqda və ya lazımi şəkildə aparılmadıqda yoluxmadan 35 il sonra xəstəlik üçüncü dövrə keçə bilər. Sifilisin üçüncü aktiv dövründə olsa müddətdə çətin sağalan yaralara çevrilən şişlər, düyünlər (qummalar) meydana çıxır. Belə yaralar, xoralar çox vaxt burun arakəsmələrini çürüdərək "batıq burun" kimi eybəcərlik əmələ gətirir, ağız boşluğunda damağın deşilməsinə, dilçəyin tamamilə çürüyüb itməsinə səbəb olur. Baş və onurğa beyinlərində gedən sifilitik proses proqressiv iflic əmələ gətirir. Düyünşəkilli səpkilər dəridə ömür boyu qalan və mozaikanı xatırladan çapıqlar verir. Daxili orqanlarda, xüsusilə ürəkdə, aortada, beyində, beyincikdə, mədədə qummaların çürüyüb dağılması çox ağır nəticələrə səbəb olur. Müalicə olunmadıqda sifilisin üçüncü dövrünün müddəti məhdud deyil. Bu dövrdə xəstəlik ilk dövrlərə nisbətən daha az yoluxucudur. Hələ 15-ci əsrdə sifilisin irsi olması müəyyən edilmişdi. Dölün inkişafının ilk mərhələsində yoluxma baş verdikdə hamiləlik vaxtından əvvəl pozulur, ölü uşaq doğulması ilə qurtarır. Bəzən hamiləlik pozulmur, diri uşaq doğulur, lakin belə uşaqlar həmişə həm fiziki və həm də əqli cəhətdən inkişaf etmirlər. Onların çəkisi və boylan normadan az olur, dərialtı piy təbəqəsi inkişaf etmədiyindən dəri qırış-qırış olur, onların sifəti "balaca qocanı" xatırladır. Anadangəlmə sifilis bir yaşından iki yaşa qədər uşaqlarda papulyoz səpkilər şəklində meydana çıxır. Anusun ətrafında, cinsiyyət üzvləri nahiyəsində, yançaqlarda, bəzən ağızda, udlaqda, burunda, selikli qişalarda iri papulalar olur. Bəzən sümüklər, qaraciyər və dalaq bu prosesə tutulur. Anadangəlmə gecikmiş sifilis 10–15 yaşlarında və bəzən daha gec aşkar olunur. O, gözlərdə korluğa qədər çatan pozğunluqlar, karlıq, dişlərin formasının dəyişməsi, daxili üzvlərdə, dəridə qummaların əmələ gəlməsinə səbəb olur. Anadangəlmə sifilisin diaqnozu göstərilən inandırıcı əlamətlərdən birisi olduqda onun əsasında, eləcə də bir neçə ehtimal olunan əlamətlərin — ağız ətrafında çapıqlar, başın qeyri-adi forması, "qılıncvarı baldırlar " və s. yə görə qoyulur. Anadangəlmə sifilisin mümkün qədər tez meydana çıxarılmasının əhəmiyyəti çox böyükdür. Diaqnoz tez qoyulmadıqda müalicə yubanır və bunun nəticəsində uşaq kor ola bilir. Sifilisin müalicəsi yalnız xüsusi müalicə idarələrində — zöhrəvi dispanserlərdə aparılır və xəstəliyin dövrün-dən, formasından asılı olaraq bir neçə həftədən (ilk dövrdə) bir-iki ilə qədər (son dövrlərdən) davam edə bilər. Xəstələnən bəzi şəxslərin həkimə müraciət etməyərək özlərini müalicə etmə cəhdləri adətən çox pis nəticələr verir, xəstəliyin klinik gedişi dəyişir, xroniki şəklə keçən sifilis yaranır, bu isə daha uzun sürən müalicə tələb edir. Xəstəlik dövründə cinsi əlaqədə olanlar başqalarını da yoluxdururlar.
Sifilisin profilaktikası
redaktəBunun üçün bütün xəstələr xüsusi siyahıya götürülərək həkim nəzarəti altında saxlanılırlar. Onların ailə üzvləri və təmasda olduqları bütün şəxslər xüsusi laboratoriya üsulları ilə yoxlanırlar. Bundan əlavə, bütün hamilə qadınlar hamiləlik dövründə iki cinsi seroloji müayinədən keçirlər. Sifilisdən qorunmanın əsas profilaktikası başqa zöhrəvi xəstəliklərdə olduğu kimi, təsadüfi cinsi əlaqələrdə olmamaqdır.
Mənbə
redaktə
İstinadlar
redaktə- ↑ Wilhelm Gemoll, Karl Vretska: Griechisch-Deutsches Schul- und Handwörterbuch. 9. Auflage. Hölder-Pichler-Tempsky, ISBN 3-209-00108-1.
- ↑ J. M. Stowasser u. a.: Der Kleine Stowasser: Lateinisch-deutsches Schulwörterbuch. 2. Auflage. Hölder-Pichler-Tempsky, Wien 1987, ISBN 3-209-00225-8.