Sikorski Mayski Muqavilesi - Wikipedia
Sikorski-Mayski müqaviləsi — SSRİ ilə Polşa arasında 30 iyul 1941-ci ildə Londonda imzalanmış müqavilə.[1][2][3] Müqavilə öz adını onu imzalayan iki məşhur şəxsdən götürür: Polşanın Baş naziri Vladislav Sikorski və SSRİ-nin Londondakı səfiri İvan Mayski.
Tarixi
redaktə1939-cu ildə Nasist Almaniyası və SSRİ arasında Molotov-Ribbentrop paktı bağlandıqdan sonra,[4] SSRİ Polşanın işğalına və sonrakı bölüşdürməyə qoşuldu.[5][6] SSRİ Polşanın mövcud olmadığını elan etdi və ələ keçirdiyi bölgədəki polşalıları öz vətəndaşları olaraq dəyərləndirməyə başladı. Nəticədə 2 milyon polyak NKVD tərəfindən həbs olundu və sürgünlərə məruz qaldı.[1]
1941-ci ildə Nasist Almaniyası ilə SSRİ müharibəyə başladığı zaman SSRİ-nin beynəlxalq vəziyyəti dəyişdi. Bu zaman, Stalin Almaniyaya qarşı olan dövlətlərlə əlaqələr qurmağa başladı. Böyük Britaniyanın Xarici işlər Naziri Entoni İdenin vasitəçiliyi ilə Londonda yerləşən mühacir Polşa hökuməti ilə SSRİ-nin səfiri İvan Mayski arasında diplomatik münasibətlər başladı.[2][3] Nəticədə 30 iyul 1941-ci ildə Londonda müqavilə imzalandı. Daha sonra Moskvada 14 avqust 1941-ci ildə daha bir hərbi ittifaq müqaviləsi bağlanıldı.[7][8] 1941-ci ilin sonlarına doğru Sikorski daha bir diplomatik təmas üçün Moskvaya getdi.[9]
Stalin Nasist Almaniyası ilə bağlanmış bütün müqavilələri keçərsiz elan etdi və Polşanın 1939-cu ildə SSRİ ilə Almaniya arasında baş verən bölünməsini əsassız saydı. Daha sonra SSRİ düşərgələrində həbs olunmuş on minlərlə polyak əsirləri azad olundu. Mühacir Polşa hökuməti və SSRİ arasında əldə edilən razılığa əsasən bir çox polyak əhv əldə etdi[10][11] və onlardan təşkil olunmuş 40 min nəfərlik ordu General Vladislav Anderin komandanlığına verildi. Buna baxmayaraq, minlərlə polyak zabitin SSRİ tərəfindən öldürüldüyü Katın qırğını hələ daha iki il gizli qala bilmişdi.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Text of the treaty (polyakca)
- Polish-Soviet Union Agreements : July 30, 1941 (ingiliscə)
İstinadlar
redaktə- ↑ 1 2 Stanislaw Mikolajczyk The Pattern of Soviet Domination, Sampson Low, Marston & Co 1948, Page 17
- ↑ 1 2 Jozef Garlinski Poland in the Second World War, ISBN 0-333-39258-2 Page 109
- ↑ 1 2 The Fate of Poles in the USSR 1939~1989 by Tomasz Piesakowski ISBN 0-901342-24-6 Page 73
- ↑ Stanislaw Mikolajczyk The Pattern of Soviet Domination, Sampson Low, Marston & Co 1948, Page 4
- ↑ Steven J Zaloga Poland 1939, Osprey 2003 Page 79 ISBN 1-84176-408-6
- ↑ Norman Davies God's Playground Volume II, Oxford University Press 1986 Page 437 ISBN 0–19-821944-X
- ↑ Jozef Garlinski Poland in the Second World War, ISBN 0-333-39258-2 Page 117
- ↑ Stanislaw Mikolajczyk The Pattern of Soviet Domination, Sampson Low, Marston & Co 1948, Page 18
- ↑ Stanislaw Mikolajczyk The Pattern of Soviet Domination, Sampson Low, Marston & Co 1948, Page 23
- ↑ The Fate of Poles in the USSR 1939~1989 by Tomasz Piesakowski ISBN 0-901342-24-6 Page 77
- ↑ Stanislaw Mikolajczyk The Pattern of Soviet Domination, Sampson Low, Marston & Co 1948, Page 19