Siluriformes - Wikipedia
Naxakimilər (lat. Siluriformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Çəkikimilərə qohum olan sümüklü balıqlardır. Uzunluğu 5 m-ə, kütləsi 300 kq-a qədər olur. Çənələrində dişləri, burnunda adətən bir neçə cüt bığcığı var. Döş və bel üzgəclərində əksərən tikan şüa olur. Bəzi naxalarda dəri dişlərində təsadüf edilir. Çox geniş yayılmış naxayabənzərlər, əsasən şirin su balıqlarıdır. Naxaların boyu müxtəlifdir. Adi naxanın uzunluğu 5 m, kütləsi 300 kq-a çatdığı halda, xallı naxanın uzunluğu 6 sm-dən çox deyil. Naxalar zəif üzür. Ona görə də qidanın tutulmasında lamisə orqanı olan bığcıqların rolu böyükdür. Boylarına nisbətə məhsuldarlıq azdır ki, bu həm də kürü dənələrinin iriliyi ilə əlaqədardır. Bunların arasında nəsil qayğısına qalanlar da var. Bu balıqlar əksəriyyəti yırtıcı və ya bentos yeyəndir. Naxalar mühüm vətəgə balıqlarıdır. 300 fəsiləni və 1200 növü birləşdirən böyük dəstədir. Xəzər Hövzəsində naxakimilər fəsiləsi ilə təmsil olunmuşdur.[3]
Naxakimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Dəstə: Naxakimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
- ↑ Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 259