Silva Kaputikyan - Wikipedia
Silva Kaputikyan (erm. Սիլվա Կապուտիկյան; 20 yanvar 1919[1][2], İrəvan[3][1][…] – 25 avqust 2006[4], İrəvan) - erməni şairəsi, erməni millətçilərinin Qarabağın Azərbaycandan qoparılması üçün başladığı "Qarabağ hərəkatının" aktiv nümayəndəsi.
Silva Kaputikyan | |
---|---|
Սիլվա Կապուտիկյան | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, Ermənistan |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Ermənistan, İrəvan |
Vəfat səbəbi | insult |
Dəfn yeri |
|
Milliyyəti | erməni |
Təhsili |
|
Fəaliyyəti | şair, ictimai xadim, yazıçı, publisist |
Fəaliyyət illəri | 1933-cü ildən |
Partiyası | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə5 yanvar 1919 cu ildə İrəvanda anadan olub. 1933 – cü ildən mətbuatda şeirləri nəşr olunub 1941 – ci ildən Ermənistan SSR – nın Yazıçılar ittifaqının üzvü olub.
80 – ci illərin sonundan etibarən Miatsum ideyasının ardınca düşərək, nümayişlərdə və mətbuatda Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi tələbi ilə aktiv çıxışlara başlayır. Onun çıxışları bir qayda olaraq Azərbaycana və azərbaycanlılara qarşı nifrət və düşmənçilik ilə dolu idi. Mətbuatda və əhali qarşısında irqçi çıxışlarına baxmayaraq, rus hüquq müdafiəçiləri və inteleqensiyası arasında özünə geniş dəstək əldə edə bilir. 26 fevral 1988 – ci ildə Zori Balayanla birlikdə Moskvada Mixail Qorbaçovun şəxsi müşaviri Georgi Şahnazarovun "Qarabağ nümayəndə heyəti" ilə təşkil etdiyi görüşdə iştrak edir, bu görüşdə Silva Kaputikyan Qorbaçovu Qarabağ məsələsini Ermənistanın xeyrinə həll etməyə çağırır. Yuri Pompeyev öz kitabında (Krovaviy omut karabaxa) Silva Kaputikyanın "türklərə və azərbaycanlılara qarşı zooloji nifrət bəslədiyini" yazır. Bütün münaqişə dövrü ərzində Kaputikyan azərbaycanlılara qarşı törədilən cinayətlərə bəraət qazandıran çıxışlar edərək erməniləri müharibəyə səsləyirdi. 90 – cı illərin ortalarından Silva Kaputikyan Ermənistan hakimiyyətinə qarşı müxalif mövqe tutur. 2004 – cü ildə İrəvanda müxalifətin nümayişlərinin güc yolu ilə dağıdılmasından sonra ona 80 illik yubileyi ilə əlaqədar verilmiş "Mesrop Maştots" ordenini prezident Robert Koçaryana qaytarır. 26 avqust 2006 – cı ildə İrəvanda vəfat edir. Silva Kaputikyan hələ sovet hakimiyyəti illərində öz əsərlərində erməni terrorçularının fəaliyyətinə toxunur, onlara bəraət qazandırırdı. 1983 cü ildə o, ASALA üzvü olan erməni terrorçusu Levon Ekmekçyana həsr olunmuş şeir yazır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ 1 2 3 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 2.
- ↑ Капутикян Сильва Барунаковна // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Library of Congress Authorities (ing.). Library of Congress.
Xarici keçidlər
redaktə- Принося беду в чужой дом, подумай о своем! Arxivləşdirilib 2007-08-20 at the Wayback Machine
- АРМЕНИЯ, АРМЯНЕ, АРМЯНСТВО Arxivləşdirilib 2010-03-30 at the Wayback Machine