Simon Sequan - Wikipedia
Simon Sequan həmçinin Nikol Mine kimi tanınan (3 oktyabr 1925[1][2], Thivars[d], Fransa[4][1][…] – 21 fevral 2023[3][2], Kurvil-sur-Er[d], Fransa[3][2]) — Fransız atıcılar və dəstəkçilər partizan qrupunun tərkibində Fransa Müqavimət Hərəkatının sabiq döyüşçüsü. Müharibə başlamazdan öncə o, üç qardaşı və atası ilə birgə fermada işləyirdi. Onun atası Birinci Dünya Müharibəsinin iştirakçısı idi və Tivar şəhərinin əsas məsləhətçisi idi. Partizan dəstəsinə qoşulduqdan sonra o, Nikol Mine adı ilə fəaliyyət göstərmişdir. Başlanğıcda Simon silah istifadə etmədən sadə tapşırıqları yerinə yetirdi. Onun müqavimət xarakterli ilk hərəkətlərindən birincisi Alman ordusuna məxsus velosipedi oğurlamaq idi ki, sonradan o, bununla məktubların daşınmasına yardım edirdi.[5][6] Sonralar o, Alman əsgərlərinin yaxalanması, vaqonların relsdən çıxarılması və körpülərin partladılması kimi çox təhlükəli vəzifələri icra etmişdir.[5]
Simon Sequan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Simone Denise Segouin[2] |
Doğum tarixi | 3 oktyabr 1925[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 21 fevral 2023[3][2] (97 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | fransız |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1944–1945 |
Rütbəsi | kiçik leytenant[d][4] |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
O, 1944-cü ilin 23 avqustunda Şartr şəhərinin və 2 gün sonra Parisin azad edilməsində iştirak etmişdir.[7] Nəticədə o, leytenant rütbəsinə layiq görülmüş və Hərbi xaç medalı ilə təltif olunmuşdur. Müharibədən sonra Sequan pediatr tibb bacısı kimi işləməyə başladı. Kurvil Su Er-də yerləşən bir küçəyə onun adı verilmişdir.[8][5]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Departmental archives of Eure-et-Loir.
- ↑ 1 2 3 4 5 6 7 Fichier des personnes décédées.
- ↑ 1 2 3 4 Simone Segouin, la dernière résistante d'Eure-et-Loir, s'est éteinte ce mardi matin (fr.). 2023.
- ↑ 1 2 3 4 L'Écho républicain (fr.). 1922.
- ↑ 1 2 3 Allen, Peter; Luck, Adam. "The hotpants hotshot: Formidable derring-do of the Nazi-hunting, gun-toting teen pin-up of the French Resistance". Mail Online. April 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 15, 2017.
- ↑ Murray, James. "'I was proud to march into Paris as Resistance fighter' says Simone Segouin". Express.co.uk (ingilis). April 17, 2016. February 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 15, 2017.
- ↑ Belden, Jack. "The Girl Partisan of Chartres". Life. September 4, 1944. səh. 20. April 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 16, 2018. (#apostrophe_markup) Photographs by Robert Capa.
- ↑ "Proces Verbal de la Seance du Conseil Municipal du 12 Julliet 2011" (PDF). Commune de Courville sur Eure. December 7, 2011. October 26, 2020 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: September 16, 2018.