Sinqapur Bayragi - Wikipedia
Sinqapur bayrağı — Sinqapurun rəsmi dövlət simvollarından biri. İlk dəfə 1959-cu ildə Sinqapur Britaniya İmperiyasına daxil olduğu dövrdə təsdiq edilib. İkinci dəfə 8 avqust 1965-ci ildə həmin bayraq müstəqil dövlətin rəmzi kimi qəbul edilib.
Sinqapur bayrağı | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 2:3 |
Vikianbarda əlaqəli mediafayllar |
Sinqapurun dövlət bayrağı 2 bərabər üfüqi zolaqdan ibarətdir: qırmızı və ağ. Qırmızı zolağın solunda aypara və 5 ulduz şəkli təsvir olunub. Sinqapurun bayrağını hazırlayan şəxs To Çin Çaedir. 1965-ci ildə rəsmi olaraq ölkənin milli bayrağı kimi qəbul edilib. Qırmızı rəng insanların ümumi qardaşlığını və bərabərliyini təmsil edir. Ağ rəng paklıq və yaxşılıq rəmzidir. Aypara şəkli gənc və inkişaf edən milləti tərənnüm edir. 5 ulduz isə Sinqapurun ideallarıdır: demokratiya, sülh, inkişaf, ədalət və bərabərlik. Ölçüsü 2:3 nisbətindədir.