Sistem Proqramlari - Wikipedia
Sistem proqramları — kompüterin resurslarını – mərkəzi prosessoru, yaddaşı, giriş-çıxış qurğularını idarə etmək üçündür. Onlar bütün istifadəçilər üçün nəzərdə tutulmuş proqramlardır. Kompüteryin sistem proqramları elə hazırlanır ki, tətbiqi proqramlar səmərəli işləyə bilsin.
Sistem proqram təminatlarına aid olan proqramlar
redaktəSistem proqramları arasında əməliyyat sistemləri xüsusi yer tutur, sistem proqram təminatının əsasını əməliyyat sistemi təşkil edir. O, fərdi kompüterlərin vacib elementlərindən biridir. Əməliyyat sistemi kompüter yandırıldıqda işə düşən, kompüterin bütün hissələrinin tam bir vəhdət halında işləməsini təmin edən və informasiyanı idarə edə bilən proqramlar sistemidir.
Əməliyyat sisteminin köməyilə:
- kompüterlə istifadəçi arasında dialoq yaranır;
- operativ və daimi yaddaş qurğuları işə salınır;
- kompüter idarə olunur;
- istənilən proqram yerinə yetirilməyə başlayır və s.
Vaxtilə IBM PC tipli kompüterlərdə əsasən Microsoft firmasının hazırladığı MS-DOS əməliyyat sistemindən istifadə olunurdu. Bu əməliyyat sistemində işləyən istifadəçi yalnız konkret bir məsələni həll edə bilərdi. Hazırda fərdi kompüterlərdə çoxtapşırıqlı əməliyyat sistemlərindən istifadə olunur – fərdi kompüterlərin yaddaşında eyni zamanda bir neçə proqram və məsələlər olur ki, mikroprosessor kompüterin resurslarını onların arasında bölüşdürür. Belə əməliyyat sistemlərinə misal olaraq OS/2, MacOS, UNIX, Linux, Windows XP, Windows Vista və digər əməliyyat sistemlərini misal göstərmək olar.[1]
Sistem proqramlarının digər vacib hissəsini xidməti proqramlar – utilitlər (lat. "utilitas" – xeyir, fayda) təşkil edir. Onlar əməliyyat sistemini tamamlayır və onun imkanlarını artırır, həmçinin, müstəqil olaraq bir çox vacib məsələləri də həll edir. Utilitlərin bəzi növləri bunlardır:
- interfeys proqramları;
- antivirus proqramları;
- arxivləşdirmə proqramları;
- proqram örtükləri;
- kompüter qurğularının iş qabiliyyətini yoxlayan proqramlar;
- qurğuların işini idarə edən proqramlar (drayverlər) və s.
İstinadlar
redaktə- ↑ İnformatika (ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün dərslik). İ.S.Sadıqov, R.Ə.Mahmudzadə, N.R.İsayeva. Bakı, "Bakınəşr", 2008, 128 səh.