Skapenin Kelekleri - Wikipedia
Skapenin kələkləri (fr. Les Fourberies de Scapin) — Fransa dramaturqu Molyerin 24 may 1671-ci ildə ilk dəfə Pale-Royalda səhnəyə qoyduğu 3 pərdədən ibarət (hər biri müvafiq olaraq 5, 8 və 13 pərdədən ibarətdir) komediya tamaşası.[1][2] Qəbul edilir ki, bu əsər qədim Roma dramaturqu Terensinin yazdığı "Phormio" komediyasından götürülüb.
Skapenin Kələkləri | |
---|---|
Les Fourberies de Scapin | |
| |
Ölkə | Fransa |
Yazıçı | Molière |
Nümayiş tarixi | 24 May 1671 |
Orijinal dili | Fransız dili |
Janr | Komediya |
Mövzudakı hadisənin tarixi | XVII əsr |
Vikianbarda əlaqəli mediafayllar |
Oyunun baş qəhrəmanı fırıldaqçı və hiyləgər Skapen yalan və hiylə ilə həyatında daim hamını qabaqlamağa çalışan bir insandır. Çox lovğa, təkəbbürlü, özünü bəyənən biridir və bacara bilməyəcəyi heç bir işin olmadığını düşünür. Amma eyni zamanda çox hiyləgər və diplomasiya üzərində çox istedadlıdır. Tez oyundakı digər insanları kukla kimi bir-birinə qarşı oynatmağa başlayır. Bununla belə, o, iki gənc cütlüyə kömək etmək kimi əsas məqsədindən heç vaxt ayrılmamağı bacarır.
Obrazlar
redaktə- Skapen : Leandrın nökəri, kələkbaz
- Leandr : Jerontun oğlu və Zerbinetta'nın sevgilisi
- Oktav : Arqantın oğlu və Qiasintanın sevgilisi
- Jeront : Leandr və Qiasintanın atası
- Arqant : Oktav və Zerbinettanın atası
- Qiasinta : Jerontun qızı və Oktavın sevgilisi
- Zerbinette : Arqantın qızı və Leandrın sevgilisi
- Silvestr : Oktavın xidmətçisi
- Karl : Kələkbaz
- Nerina : Qiasintanın dayəsi və süd anası
- iki qapıçı
Televiziya adaptasiyaları
redaktə- Les Fourberies de Scapin, Fransız televiziyası üçün Jan Kerçbronun istehsalıdır. Televiziyada ilk dəfə 1965-ci ildə yayımlanıb.
- Les Fourberies de Scapin, Roger Coggio tərəfindən istehsal olunan sinema filmidir. İlk dəfə 1980-ci ildə Fransada buraxılmışdır.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Comédie Française tarixi (Daxilolma tarixi: 15.2.2010)
- Les Fourberies de Scapin 16 Ağustos 2000 tarihinde arxivləşdirilib - (Daxil edilib: 15.2.2010)