Skif Suitasi Prokofiyev - Wikipedia
Skif süitası (ing. The Scythian Suite) - Sergey Prokofiyev tərəfindən 1915 - ci ildə bəstələnmiş orkestr üçün süita.
Skif süitası | |
---|---|
ing. Scythian Suite | |
| |
Bəstəkar | Sergey pProkofiyev |
Forma | süita |
Opus | 20 |
Premyera | |
Hissələr |
Veles və Alanın duası İblis tanrı və paqan divlərinin rəqsi Gecə - İblis tanrı Alaya zərər yetirir Lollinin məşhur qalxışı və Günəşin karteci |
Tarixi
redaktəProkofiyev süitanı əslində skiflər haqqında olan Ala və Lolli baletində istifadə üçün yazmışdır. Əsərin librettosu rus şairi Sergey Qorodetskinin şeirləri əsasında yazılmışdır.[1] Lakin Sergey Diagilevin əsərə maraq göstərməsindən sonra, bəstəkar süitanın musiqisi üzərində yenidən işləyərək onu konsertlərdə ayrıca ifa üçün yararlı vəziyyətə gətirmişdir.
Əsərin planlanan premyerası, tamaşaya bir neçə dəqiqə qalmış, musiqiçilərin olmaması üzündən təxirə salınmışdır. Birinci dünya müharibəsi səbəbiylə əksər musiqiçilər səfərbərliyə alındığından əsəri ifa edəcək orkestri təşkil etmək mümkün olmamışdır. Bununla belə, Moskva tənqidçisi Leonid Sabaneyev musiqinin qırıcı olduğunu qeyd etmişdir. Bu tənqidə cavabında Prokofiyev qeyd edirdi ki, göstəriləcək tamaşa Sabaneyevin təxəyyülünün məhsulu olmalı idi, lakin əsərin librettosunun yeganə nüsxəsi bəstəkarın əlində idi və beləcə o heç vaxt bu librettonu görməmişdi.
Hissələr
redaktəİyirmi dəqiqə davam edən süita dörd hissəlidir.
- Veles və Alanın duası - Parçanın barbar və rəngli musiqi skiflərin günəşə duasını təsvir edir.
- İblis tanrı və paqan divlərinin rəqsi (həmçinin "Yad tanrı və İblis ruhların rəqsi"[2]) – Skiflər Valesin qızı Alaya qurban verirlər və İblis tanrı sərt rəqs göstərərək yeddi divə çevirilir.
- Gecə - İblis tanrı Alaya zərər yetirir; Ay qızlar ona təsəli vermək üçün enirlər
- Lollinin məşhur qalxışı və Günəşin karteci – Qəhrəman Lolli Alanı qorumaq üçün gəlir; Günəş tanrı onlara İblis tanrı ilə mübarizə aparmaqda kömək edir. Onlar qalib gəlir və süita günəşin qalxışını təsvir edən musiqi ilə başa çatır.
İnstrumentasiya
redaktəƏsər çox geniş bir orkestrın – pikkolo, 3 fleyta (üçüncü bəzən alto fleyta ilə əvəzlənir), 3 qoboy, ingilis rojoku, 3 klarnet (üçüncü bəzən E-flat klarnetlə əvəzlənir), bass klarnet, 3 faqot, kontrafaqot, 8 valtorna, 4 truba (beş də ola bilər), 4 trombon, tuba, litavra, zənglər, ksilofon, 2 tava, qonq, üçbucaq, böyük baraban, kiçik baraban, dəf, 2 arfa, çelesta, pianino və skripkaların köməkliyi ilə ifa edilir.
Premyera
redaktəƏsərin premyerası 29 yanvar, 1916 – cı ildə Prokofiyevin özünün rəhbərliyi ilə həyata keçirilmişdir.
İstinadlar
redaktə- ↑ "Sleeve note of the CD (RADIOSERVIS CR0360-2)". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-21.
- ↑ "Symphony No. 5, Ala Et Lolly (City of Birmingham So)". 2008-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-21.
Ədəbiyyat
redaktə- David Ewen, Encyclopedia of Concert Music. New York; Hill and Wang, 1959.
- Nicolas Slonimsky, Slonimsky's Book of Musical Anecdotes. New York; Schirmer Books, 1998.