Snoop Dogg - Wikipedia
Snoop Dogg (ing. Calvin Cordozar Broadus Jr.; 1971[1][2][…], Lonq-Biç, Kaliforniya[3]) — amerikalı repçi, aktyor. 1992-ci ildə Dr. Dre ilə çoxsaylı əsərlərə imza ataraq məşhurlaşıb. Snoop Dogg ABŞ-də 23 milyondan çox, dünya üzrə isə 35 milyondan çox albom satmağa müvəffəq olmuşdur. O, "Amerika Musiqi" mükafatı və "Praymtaym Emmi" mükafatı laureatıdır. 17 dəfə "Qremmi" mükafatına namizəd olmuşdur.
Snoop Dogg | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Calvin Cordozar Broadus Jr. |
Ləqəbləri | Snoop Dogg, Snoop Doggy Dogg, Snoop Lion, Bigg Snoop Dogg, Snoopzilla |
Doğum tarixi | 1971[1][2][…] |
Doğum yeri | |
Uşağı | 4 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, mahnı yazarı[d], musiqi prodüseri, media şəxsiyyəti[d], aktyor, musiqi şirkəti idarəçisi[d], sahibkar, iş adamı, aktivist, kino aktyoru, səsləndirmə aktyoru[d], icraçı prodüser[d], film prodüseri, televiziya aktyoru, bəstəkar, kinorejissor, müğənni |
Fəaliyyət illəri | 1991-ci ildən |
Janrlar | Qərb Sahili hip-hopu[d], g-funk[d], qenqsta-rep[d], reqqi, müasir R&B[d], hardkor hip-hop[d], horrorkor[d], fank[d] |
Albom şirkətləri | Doggy Style Records[d], RCA Inspiration[d], Interscope Records, No Limit Records[d], Priority Records[d], Geffen Records[d], RCA Records |
Üzvlüyü | |
snoopdogg.com | |
Vikianbarda əlaqəli mediafayllar |
"Doggystyle" Snoop Dogg-un 1993-cü ildə buraxdığı ilk solo albomu olmuşdur. Albomun prodüserliyini tanınmış prodüser Dr. Dre etmişdir. Death Row Records tərəfindən buraxılan bu albom Snoop Dogg-a böyük uğur qazandırmışdır. Albom ilk həftəsində 800.000 nüsxə satmağa müyəssər olmuşdur. Sonrakı illər RIAA tərəfindən dörd dəfə platin sertifikatı almışdır. Albomdan iki mahnı Billboard Hot 100-də ilk onluğa daxil olmuşdur. "What's My Name?" və "Gin and Juice" trekləri o vaxtlar musiqi dinləyiciləri arasında çox məşhur idi. 1994-cü ildə Snoop Dogg, "Murder Was the Case" adlı qısametrajlı filmdə baş rola çəkilmişdir. O, bu film üçün saundtrek də təqdim etmişdir. Onun ikinci albomu "Tha Doggfather" 1996-cı ildə buraxılmışdır. Bu albom çartlarda bir nömrə idi.
Həyatı
redaktəƏsl adı Calvin Cordozar Broadus Jr. olan Snoop Dogg 20 oktyabr 1971-ci ildə Kaliforniya ştatının Lonq-Biç şəhərində anadan olub. Doğma atası Vernell Varnando, anası isə Beverli Teytdir.[4][5] Atası Vyetnam müharibəsində iştirak etmiş, müğənni və poçtalyon kimi də çalışmış bir adam idi. Atası ailəsini tərk edəndə Snoop hələ üç aylıq idi. Snoop Dogg-a ögey atası Calvin Cordozar Broadus Sr.-nın adı verilmişdir.[6] Bioloji atası onun həyatında ümumiyyətlə yox idi. Snoop Dogg balaca olanda "Peanuts" cizgi serialındakı "Snoopy" adlı personajı çox sevərdi. Anası buna görə ona "Snoopy" deyə xitab edərdi.[7] O, üç uşaqdan ortancılıdır. Onun anası və ögey atası 1975-ci ildə boşanmışdır. Snoop Dogg kiçik yaşlarında kilsədə oxumağa və piano çalmağa başlamışdır. O, hələ altıncı sinifdə rep ifa edirdi.[8][9] Uşaq ikən evə pul qazanmaq üçün, konfet satır, qəzetlər çatdırır və mağaza poketlərini daşımaqla məşğul olurdu. O, kilsəyə getməyi xoşlayan və həm xorda, həm də futbol komandasında fəal iştirak edən həvəsli bir uşaq idi. 1993-cü ildə Snoop Dogg etiraf etmişdir ki, anası onu bəlalardan qorumağa çalışsa da, o, yeniyetməlik illərində dəstələrə qoşulub və qanunsuz işlər görüb.[10]
Snoop Dogg məktəbdə müntəzəm olaraq rep oxuyurdu. O, bu barədə danışıb: "Mən məktəbin dəhlizlərində rep oxuyanda bütün şagirdlər maraqla başıma toplaşırdı, hay-küyü eşidən direktor elə bildirdi ki, dava zad baş verib. Mən elə o vaxt başa düşdüm ki, xüsusi istedadım var. İnsanlar mənimlə maraqlanmağa başlayanda, mən də özümlə maraqlanmağa başladım."
Snoop Dogg yeniyetmə yaşlarında tez-tez qanunsuz əməllərlə məşğul olurdu. O, Lonq-Biç şəhərində fəaliyyət göstərən "Rollin' 20s Crips" adlı dəstəyə üzv olduğunu bildirmişdir.[11] 1993-cü ildə isə bunun doğru olmadığını, polisin və medianın əvvəlki məlumatlarına zidd olaraq heç vaxt dəstəyə qoşulmadığını demişdir. Snoop Dogg 1989-cu ildə "Long Beach Polytechnic High School" məktəbini yeni bitirmiş ikən, kokain daşıdığına görə saxlanılmış və həbs edilmişdir. O, "Wayside" həbsxanası da daxil olmaqla, üç ildən çox vaxtını həbsdə keçirmişdir. Snoop Dogg azadlığa buraxıldıqdan sonra, iki əmisi oğlu, Nate Dogg və Lil' ½ Dead və onların dostu Warren G ilə qrup yaratmış və onlarla birlikdə evdə mahnılar yazmışdır. Onlar öz qruplarına ad kimi məmləkətləri Lonq-Biçin ərazi kodu olan 213-ü seçmişdilər. Snoop Dogg 1991-ci ildə freestyle ifası sayəsində Dr. Dre-nin diqqətini cəlb etmişdir. Dr. Dre, o qədər heyran oldu ki, ondan Death Row Records (keçmiş adı Future Shock) leyblı üçün dinləmələrə qatılmasını rica etdi. N.W.A qrupu ilə sıx əməkdaşlıq edən repçi The D.O.C. Snoop Dogg-a rep yazmağın əsaslarını öyrətmişdir.
Şəxsi həyatı
redaktəSnoop 14 iyun 1997-ci ildə məktəbdə tanış olduğu sevgilisi Şante Taylor ilə kəbin kəsib.[12] 21 may 2004-cü ildə o, "alınmadığını" əsas gətirərək Teylordan boşanmaq üçün ərizə verib. Baxmayaraq ki, cütlük 12 yanvar 2008-ci ildə evliliyini bərpa etmişdir.[13] Cütlüyün üç övladı dünyaya gəlib.[14] Onların ikisi oğlan, biri isə qızdır. Snoop-un bununla yanaşı, Lori Holmond adlı xanım ilə olan münasibətindən 1998-ci il təvəllüdlü Julian Corrie Broadus adlı oğlu da var. Snoop Dogg-un əmisi qızı peşəkar "NJPW" güləşçisi olan Mercedes Moné-dir.[15] Snoop, R&B müğənniləri Brandy və Ray J-nin öz əmisi uşaqları olduğunu deyir. Ancaq Brandy onların həqiqətən qohum olub-olmadığına əmin deyil.[16][17] Snoop Dogg 2015-ci ildə baba olub. Onun oğlu Cordé Broadus, sevgilisi Jessica Kyzer ilə olan münasibətindən uşaq dünyaya gətirib.[18] Cordé-nin 25 sentyabr 2019-cu ildə doğulduqdan cəmi on gün sonra vəfat edən daha bir oğlu da var idi.[19]
Snoop Dogg-un anası Beverli Teyt (ing. Beverly Tate) 24 oktyabr 2019-cu ildə vəfat edib.[20]
2006-cı ildə "Rolling Stone" jurnalına verdiyi müsahibəsində Snoop Dogg iddia etdi ki, o, özünü "mama roza" kimi göstərən digər hip-hop sənətçilərindən fərqli olaraq 2003–2004-cü illərdə həqiqətən də peşəkarcasına "mama rozalıq" ilə məşğul olurmuş. O, bu barədə deyib: "Oğraşlıq mənim canımda olan bir şey idi, mən mama rozalıqla məşğul olmağa başlayanda bundan doğrudan da həzz alırdım. Bu mənim üçün basketbolda səbətə top atmaq kimi bir şey idi, bunu çox yaxşı bacarırdım."
Snoop Dogg-un qardaşı Bing Worthington 16 fevral 2024-cü ildə 44 yaşında dünyasını dəyişib.[21]
Marixuana istifadəsi
redaktəSnoop Dogg karyerasının başlanğıcından bəri "nəşə" çəkir. Bu, onun imicinin böyük bir hissəsinə çevrilib. 2002-ci ildə o, marixuana istifadəsini birdəfəlik dayandıracağını bəyan edib.[22] Lakin bu qərar uzun sürməmiş və o, bu alışqanlığına təkrar qayıtmışdır. Snoop 2013-cü ildə bildirib ki, hər gün ortalama 80 ədəd marixuana siqareti (ing. blunt) çəkir.[23] 2007-ci ildən o, Kaliforniyada miqrenlərini azaltmaq məqsədilə tibbi marixuana istifadə etmək icazəsi alıb.[24][25][26] 2023-cü ildə Snoop Dogg sosial şəbəkələrdə "çox düşündükdən sonra marixuananı buraxdığını" elan edib. Lakin sonra məlum oldu ki, bu əslində "SoloStove" adlı tüstüsüz ocaq (ing. smokeless fire pit) məhsulunu tanıtmaq üçün hazırlanmış reklam və marketinq strategiyasıdır.[27][28][29]
Dini inancı
redaktə2009-cu ildə Snoop Dogg-un İslam milləti təşkilatına qoşulduğuna dair məlumatlar yayılıb. Həmin il martın 1-də o, İslam millətinin "İllik Xilaskarlar Günü" bayramında çıxış edib və təşkilatın lideri Lui Farrakaya tərif yağdırıb. Snoop İslam millətinə qoşulduğunu təsdiqləmiş, lakin nə vaxtdan bəri üzv olduğuna dair açıqlama verməmişdir. O, üstəlik təşkilata 1000 dollar ianə etmişdir.[30][31][32]
2012-ci ildə Snoop "yenidən doğulduğunu" açıqlayıb. O, dinini dəyişdirərək Rastafari hərəkatına keçib.[33][34][35][36] Snoop, reqqi musiqisi yaratmağa başlamış və Yamaykaya səfər etdikdən sonra adını Snoop Lion olaraq dəyişidirib.[37] O, "Reincarnated" adlı reqqi janrında olan albomunu təqdim edərkən deyib: "Mən həmişə Bob Marlinin reinkarnasiyası olduğumu demişəm".[38]
2013-cü ilin yanvarında Yamaykadakı Rastafari icmasından bəzi insanlar, xüsusən də reqqi artisti Bunny Wailer, onu mədəniyyətə verdiyi vədlərə əməl etmədiyinə görə tənqid etdi.[39] Daha sonra Snoop, tənqidlərin əsaslı olmadığını ifadə etmiş və şəxsi inanclarının başqaları tərəfindən mühakimə edilməməli olan şəxsi məsələlər olduğunu bildirmişdir.[40]
Snoop Dogg 2018-ci ildə iman və mənəviyyat mövzularını özündə cəmləşdirən "Bible of Love" adlı albom çıxardı. O, verdiyi müsahibədə "yenidən doğulmuş xristian" olduğunu, gospel musiqisindən və xilaskar İsa Məsihə olan imanından ilham aldığını bildirib.[41]
Siyasi baxışları
redaktə2012-ci ildə Snoop Dogg Respublikaçılar Partiyasının ilkin seçkilərində əvvəlcə Ron Polu dəstəkləmişdir.[42] Lakin o, sonradan fikrini dəyişmək qərarına gəlmiş və ümumi seçkilərdə Barak Obamaya səs verəcəyini demişdir. O, İnstaqramda Obamaya səs vermə səbəblərini paylaşmışdır: "O, qaradır nigga", "O, Jay-Z ilə ən yaxın dostdur" və "Mişelin babat dalı var" dedi. O, həmçinin Mit Romniyə səs verməmək üçün səbəbləri sadalayıb. Onun haqqında alçaldıcı şərhlər verib – "O, ağdır nigga", "Bu şərəfsizin adı Mitdir", "O, alçaqdır".[43]
2013-cü ildə "The Huffington Post"-a verdiyi müsahibədə Snoop Dogg eynicinsli evlilikləri dəstəkləyərək insanların istədiklərini etməkdə və xoşbəxt olmaqda azad olması lazım olduğunu deyib.[44]
2015-ci ildə "South by Southwest" musiqi festivalında çıxış edən Snoop Dogg 1980-ci illərdə Los-Ancelesdə baş verən dəstə zorakılığının artmasının səbəbini Ronald Reyqanın iqtisadi siyasəti ilə əlaqələndirdi.[45] O, ehtimal etdi ki, Reyqan administrasiyası əraziyə silah və narkotiklərin gətirilməsində iştirak etmiş ola bilər.
2015-ci ilin mayında o, Bravo telekanalında yayımlanan "Watch What Happens Live" verilişinin qonağı olub. Danışığı zamanı prezidentliyə namizəd kimi Hillari Klintonu açıq şəkildə dəstəkləyib: "Düşünürəm ki, bu qadının prezident olmasının artıq vaxtı çatıb, ona görə ki, bizə kişilərin düşüncə tərzindən fərqli bir baxış lazımdır",[46] "Amerikanı qlobal səhnədə təmsil edən və qlobal məsələlərdə söz sahibi olan bir qadını görmək çox faydalı olardı. Bax buna görə də seçkilərdə Klinton xanıma səs verəcəyəm."[47]
Diskoqrafiya
redaktəStudiya albomları
- Doggystyle (1993)
- Tha Doggfather (1996)
- Da Game Is to Be Sold, Not to Be Told (1998)
- No Limit Top Dogg (1999)
- Tha Last Meal (2000)
- Paid tha Cost to Be da Boss (2002)
- R&G (Rhythm & Gangsta): The Masterpiece (2004)
- Tha Blue Carpet Treatment (2006)
- Ego Trippin' (2008)
- Malice n Wonderland (2009)
- Doggumentary (2011)
- Reincarnated (2013)
- Bush (2015)
- Coolaid (2016)
- Neva Left (2017)
- [Bible of Love (2018)
- I Wanna Thank Me (2019)
- From tha Streets 2 tha Suites (2021)
- BODR (2022)
- Missionary (TBA)
Birgə yaratdığı albomlar
- Tha Eastsidaz (album)|Tha Eastsidaz with Tha Eastsidaz (2000)
- Duces 'n Trayz: The Old Fashioned Way with Tha Eastsidaz (2001)
- The Hard Way with 213 (2004)
- Mac & Devin Go to High School with Wiz Khalifa (2011)
- 7 Days of Funk with 7 Days of Funk (2013)
- Royal Fam with Tha Broadus Boyz (2013)
- Cuzznz with Daz Dillinger (2016)
- Snoop Cube 40 $hort with Mount Westmore (2022)
İstinadlar
redaktə- ↑ 1 2 https://books.google.fr/books?id=10rEGSIItjgC&lpg=PA1313&ots=AT5SelSYSU&dq=Snoop%20Dogg%201971&hl=fr&pg=PA1313#v=onepage&q=Snoop%20Dogg%201971&f=false.
- ↑ 1 2 Snoop Dogg // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #122163931 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Ancestry of Snoop Dogg". www.wargs.com. December 2, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 11, 2019.
- ↑ "Snoop Dogg Charged with Gun Possession" (PDF). Los Angeles County District Attorney's Office. April 10, 2007. səh. 277. June 1, 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: May 31, 2016.
The 35-year-old musician, whose real name is Calvin Cordozar Broadus, (dob 10-20-71)....
- ↑ Erlewine, Stephen Thomas. "Snoop Dogg Biography". AllMusic.com. November 26, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 4, 2008.
Born October 20, 1972
- ↑ "Snoop Dogg: I Was Named After Snoopy". NBC Chicago. November 17, 2009. December 24, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 13, 2019.
- ↑ Toure. "Snoop Dogg's Gentle Hip-Hop Growl". The New York Times. November 21, 1993. February 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 24, 2008.
- ↑ "Snoop unveils church going past". November 3, 2004. August 3, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 4, 2008.
- ↑ "The saga of Snoop Doggy Dogg". Los Angeles Times (ingilis). November 7, 1993. August 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 30, 2019.
- ↑ Toure. "America's Most Lovable Pimp". Rolling Stone. December 14, 2006. June 21, 2008 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Snoop Dogg & His Wife Celebrate 25th Wedding Anniversary". HipHopDX (ingilis). June 15, 2022. November 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 7, 2022.
- ↑ "Snoop Dogg Renews Wedding Vows With Wife Shante". Hhworlds.com. January 21, 2008. April 27, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 9, 2011.
- ↑ Burrows, Ben. "Snoop Dogg's son signs with UCLA, becomes teammates with Diddy's son". Penn Live. February 5, 2015. September 18, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 17, 2020.
- ↑ Mooneyham, Mike. "Did you know? Sasha Banks is Snoop Dogg's cousin". Post and Courier (ingilis). June 24, 2018. November 22, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2020.
- ↑ Moss, Corey. "Snoop Reunites With Dre, Improves Macking Mojo On Blue Carpet". MTV. September 26, 2006. August 3, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 13, 2009.
- ↑ Brandy Says She Wouldn't Date Ray J's Homie Joe Budden + Shares Impact Kobe Bryant Had On Her Life (ingilis), 2024-03-18 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-02-11. Event occurs at 19:26.
- ↑ "Snoop Dogg Is a Grandfather". People (ingilis). August 1, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 1, 2018.
- ↑ "Snoop Dogg's grandson dies at 10 days old". CBS News. September 27, 2019. March 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 3, 2020.
- ↑ "Snoop Dogg's Mother, Beverly Tate, Dies". TMZ (ingilis). October 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 24, 2021.
- ↑ "SNOOP DOGG Brother Bing Worthington... DEAD AT 44". TMZ. 16 February 2024. 21 February 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2024.
- ↑ "For Snoop Dogg Quits Smoking Marijuana". October 9, 2002. March 15, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 12, 2009.
- ↑ Mike Winslow (@AllHipHopcom). "Snoop Lion Discusses Smoking Weed With His Kids, Spiritual "Rebirth" and More". AllHipHop.com. January 3, 2013. April 4, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 16, 2013.
- ↑ Snoop Dogg pleads no contest to felony drug charge, gun possession – Los Angeles Times Arxiv surəti 21 mart 2019 tarixindən Wayback Machine saytında Arxivləşdirilib mart 21, 2019, at the Wayback Machine. Los Angeles Times (April 12, 2007). Retrieved on August 25, 2013.
- ↑ No Migraine for Snoop with Plea|E! Online UK Arxiv surəti 4 noyabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib noyabr 4, 2013, at the Wayback Machine. Eonline.com (April 11, 2007). Retrieved on August 25, 2013.
- ↑ Snoop Pleads No Contest in Gun, Pot Case Arxiv surəti 8 iyul 2017 tarixindən Wayback Machine saytında Arxivləşdirilib iyul 8, 2017, at the Wayback Machine. Washingtonpost.com (April 11, 2007). Retrieved on August 25, 2013.
- ↑ "Snoop Dogg says he's giving up smoking after years of marijuana use". NBC News (ingilis). 2023-11-16. 2023-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-16.
- ↑ "Snoop Dogg Has a Message for Fans: 'I'm Giving Up Smoke'". People. 2023-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-16.
- ↑ France, Lisa. "Snoop explains going smokeless - and it's not what you thought". CNN. 2023-11-20. 2023-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-20.
- ↑ Swash, Rosie. "Snoop Dogg joins the Nation of Islam". The Guardian. March 2, 2009. September 6, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 3, 2009.
- ↑ Snoop Dogg joins Nation of Islam Arxiv surəti 6 mart 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib mart 6, 2009, at the Wayback Machine BBC News. March 2, 2009. Retrieved on April 11, 2009.
- ↑ Press, Sophia Tareen. "Snoop Dogg appears at Nation of Islam convention". Arizona Daily Star (ingilis). March 2, 2009. February 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2020.
- ↑ "Ruff. Roar. Snoop Dogg Rebrands. August 1, 2012". Newswatch.nationalgeographic.com. August 1, 2012. November 4, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 7, 2013.
- ↑ "Snoop Dogg is 'born again' as Snoop Lion. July 31, 2012". Content.usatoday.com. July 31, 2012. October 18, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 7, 2013.
- ↑ "Snoop Dogg Becomes Rastafarian: New Name is Snoop Lion. August 1, 2012". Eurweb.com. August 1, 2012. April 23, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 7, 2013.
- ↑ Brown, August. "Snoop Dogg becomes Snoop Lion, announces reggae album and film". Los Angeles Times. July 31, 2012. November 3, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 7, 2013.
- ↑ "Rapper Snoop Dogg now reggae's top cat Snoop Lion". Reuters. July 31, 2012. April 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 10, 2018.
- ↑ Johnson, Zach. "Snoop Dogg Changes Name to Snoop Lion, Believes He's "Bob Marley Reincarnated"". UsMagazine.com. July 31, 2012. August 3, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 1, 2012.
- ↑ "Snoop Lion Under Fire from Rastafarian Community". Zipfm.net. January 23, 2013. November 3, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 24, 2013.
- ↑ Pearson, Ryan. "Q&A: Snoop Dogg on criticism, religion, reggae CD". Associated Press. AP.org. March 14, 2013. June 25, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 18, 2013.
- ↑ "Snoop Dogg responds to critics slating his move into gospel music". NME (ingilis). March 31, 2018. November 28, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2020.
- ↑ "Snoop Dogg endorses Ron Paul, for Shizzle?". Reuters. January 31, 2012. April 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 6, 2021.
- ↑ E. Parker. "Snoop Dogg Promotes Ten Reasons to Not Vote for Mitt Romney". WVEE. October 5, 2012. July 5, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 23, 2013.
Makarechi, Kia. "Snoop Dogg On Obama & Romney: Rapper Explains His Vote In List Posted On Instagram". Huffington Post. October 5, 2012. September 15, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 23, 2013.
Hayden, Erik. "Snoop Dogg Endorses 'Why I'm Not Voting for Romney' List". Hollywood Reporter. October 5, 2012. March 7, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 23, 2013. - ↑ McCormick, Joseph. "Snoop Lion on equal marriage: 'People can do as they please'". pink News. April 1, 2013. June 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 5, 2017.
- ↑ Bort, Ryan. "Snoop Dogg: Ronald Reagan to Blame For L.A. Gang Violence". The Daily Beast. Thedailybeast.com. March 21, 2015. May 11, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2015.
- ↑ Schwarz, Hunter. "Why people say 'I want a woman president' more than they said 'I want a black president'". The Fix. The Washington Post. July 6, 2015. July 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2019.
- ↑ Blistein, Jon. "Snoop Dogg to Headline 'Unity' Concert After Democratic Convention". Rollingstone.com. July 6, 2016. July 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2019.