Sofiya Hellkvist - Wikipedia
Sofiya Hellkvist (ing. Sofia Kristina Hellqvist və ya rəsmi adı: ing. Princess Sofia, Duchess of Värmland; d. 6 dekabr 1984, Elvdalen, İsveç) — Varmland Düşesi. İsveç şahzadəsi Karl Filip Edmund Bertilin həyat yoldaşı; keçmiş erotik qlamur model və realiti-şou iştirakçısı.
Sofiya Hellkvist | |
---|---|
ing. Sofia Kristina Hellqvist | |
| |
Digər adları | ing. Princess Sofia, Duchess of Värmland |
Doğum tarixi | |
Doğum yeri | İsveç, Elvdalen |
Həyat yoldaşı | Karl Filip Edmund Bertil |
Fəaliyyəti | model[d], əsilzadə, yoga instructor |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSofiya Hellkvist 1984-cü ilin dekabrın 6-da İsveçin mərkəzindəki Elvdalendə, orta sinif mənsubu olan ailədə anadan olub və "adi vətəndaş" sayılır.[1]
Məktəbi Stokholmda başa vurandan sonra, Nyu-Yorkdakı biznes və ingilis dili məktəbində oxuyub.[1] Daha sonra yoqa kurslarında təhsil alıb, Stokholm Universitetində qlobal etika, uşaqlar və gənclərin hüquqlarını öyrənib.[1][2]
Model karyerası da olan Sofiya 20 yaşında ikən "Paradise Hotel" realiti-şousuna qatılmışdır.[1][3]
Kral ailəsinin üzvü
redaktə13 iyun 2015-ci ildə İsveçin paytaxtı Stokholmdakı kral sarayında, XVIII əsrə aid Slottsçyurk kilsəsində ölkə kralı 16-cı Karlın oğlu, 36 yaşlı şahzadə Karl Filipp Edmund Bertil ilə toyu olmuşdur.[1] Beləliklə ölkədəki krallıq tarixində ilk dəfə Sofiya Hellkvistin timsalında sadə xalq nümayəndəsi krallıq ailəsinə qəbul edilmiş və şahzadə titulu almışdır.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Bu gün gözəl toy var: şahzadə modellə evlənir Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine. milli.az, 13.06.2015 (az.)
- ↑ "Sofia Hellqvist Info" (PDF). 2015-02-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-06-13.
- ↑ Klarström, Karin. "Greg fick lämna Paradise Hotel". Aftonbladet (Swedish). 6 April 2005. 3 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2011.
- ↑ Rüya gerçek oldu Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine. milliyet.com.tr, 14.06.2015 (az.)