Solomon Nortap - Wikipedia
Solomon Nortap — (doğum; 10 İyul, 1807 və ya 1808 — ölümü: bilinmir)[4][5] Amerikalı abolisionist və "On iki illik əsarət" kitabının müəllifi.
Solomon Nortap | |
---|---|
Solomon Nortap [Qeyd 1] | |
| |
Doğum tarixi | 10 iyul 1808[1] |
Vəfat tarixi | təq. 1864[2][3][…] |
Milliyyəti | Amerikalı |
Fəaliyyəti | fermer, skripkaçı, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Nyu Yorkda azad afroamerikalı kimi dünyaya gələn Solomon azad edilmiş qara dərili kölə ata və ananın oğlu idi. Fermer və peşəkar skripkaçı Nortap Hebron, Nyu Yorkda bir torpaq sahibi idi. 1841-ci ildə ona səyahət edən musiqiçi işi təklif edildi və o, Vaşinqtona şəhərinə (köləliyin qanuni olduğu) getdi; orada içkisinə dərman atılaraq huşsuz hala salınır,qaçırılır və kölə kimi satılır. Yeni Orleana göndərilir, plantasiya sahibi tərəfindən satın alınır və Luiziananın Qırmızı Çay bölgəsində,Avoyls xristian icmasında 12 il qul olaraq saxlanılır. Dövlət qanunları qaçırılmış və kölə olaraq satılan Nyu York vətəndaşlarına yardım göstərən, Nyu-Yorka öz haqqını müdafiə etməkdə ona kömək edən Kanadalı bir şəxslə görüşənə qədər plantasiyalarda kölə olaraq çalışdı. Ailəsi və dostları Nyu-York qubernatoru Vaşinqton Hantundan kömək istədi və Nortap 3 yanvar 1853-cü ildə yenidən azadlığına qovuşdu.[6]
Vaşinqtondakı məşhur qul alverçisi,Ceyms Börç tutuldu və mühakimə olundu, lakin Kolumbiya Qanunu vilayətin qara rəngli bir adam olaraq ağlara qarşı ifadə verməsini qadağan etdiyi üçün bəraət qazandı. Daha sonra Nyu-York ştatında, onu şimala qaçıranlar tutularaq, ittiham edildi, lakin iş, yurisdiksiyalı çətinliklər üzündən iki il məhkəmədə bağlı qaldı və nəhayət Vaşinqton şəhərində məhkəmə prosesi sonlandı. Kolumbiya hökuməti davanı davam etdirmədi. Nortapı aldadaraq,qul kimi satanlarda heç bir cəza almadılar.
Azadlığının ilk ilində Nortap "On iki illik əsarət" adlı (1853) xatirə əsərini yazdı və nəşr etdirdi. O, abolisionist hərəkatçı olaraq mühazirələr dedi,Şimal-şərqdə yaşadıqları haqqında iyirmidən çox nitq söyləyərək,köləliyə qarşı mübarizə apardı. 1857-ci ildən sonrakı tarixi qeydlərdə yoxa çıxdığı göstərilir, lakin əldə olunan bir məktub sonradan 1863-cü ilin əvvəllərində sağ qaldığını bildirirdi;[7] bəzi şərhçilər onun yenidən qaçırıldığını düşünürdülər, lakin tarixçilər bunun mümkünsüz olduğuna inanırlar, çünki onun yenidən yaxşı qiymətə satılması üçün çox yaşlı olduğu hesab olunurdu.[8] Onun ölümünün təfərrüatları heç vaxt sənədləşdirilməyib.[9]
Solomon Nortapın "On iki illik əsarət" kitabı əsasında 1984-cü ildə Solomon Northup's Odyssey televiziya filmində,2013-cü ildə isə eyni adlı film yenidən ekranlaşdırır. 86-cı Oskar mükafatı mərasimində 3 nominasiyada Oskar mükafatı almışdı.
Erkən həyatı
redaktəAiləsinin tarixi
redaktəSolomonun atası Mintas, Nortap ailəsinə xidmət edən erkən həyatında qul olmuş azad bir adam idi. Rod-Aylendda anadan olmuş,o, New Yorkun Husik şəhərinə, Renseler dairəsinə köçdüyü zaman Nortaplar ailəsinə qəbul olundu. Onun ağası, Stefen Nortapın böyük nəvəsi, kapitan Henri Nortap,Mintasa şəxsi azadlığı haqqında manumissiya aktı verdi.[10][11] Henri Nortap tərəfindən azad edildikdən sonra, Mintas Nortap soyadını özününkü kimi qəbul etdi.Bu soyad həm "Nortap", həm də "Noetup" olaraq yazılarda bir birini əvəz edir.
Mintas Nortap özü kimi azad bir qadınla evləndi və Nyu Yorkun Esseks dairəsinə,Minerva şəhərinə köçdü. Onların hər iki oğlu Jozef və Solomon,analarıda şəxsən azad olduqları üçün partus sequitur ventrem prinsiplərinə əsasən azad doğuldular.[Qeyd 2][12] Solomon anasını kvarteron (lat. quarta — "dörddə bir", babası və ya nənəsi zənci olan insan) kimi təsvir edirdi,o deməkdir ki,onun əcdadlarının dörddə biri Afrikalı,dörddə üçü isə Avropalı idi.[13] Mintas Nortap dövlətdən öz əmlakını tələb edərək, şəxsi torpaq mülkiyyətçisi fermer oldu. 1821-ci ildən etibarən, dövlət öz konstitusiyasına yenidən baxaraq, qara dərili insanlar üçün mülkiyyət tələbini saxladı, ancaq ağ dərili insanlar üçün güzəştlər edildi və bununla da səsvermə hüququnu genişləndirdi. Mintas Nortapın bu tələbi ödəyən torpaq almaq üçün azad adam olaraq kifayət qədər pul qazana bilməsi və səs verməyə qeydiyyatdan keçməsi diqqət çəkir.[11][14] He provided an education for his two sons at a level considered high for free black people at that time.[15] Oğlanları və Nortap və qardaşı ailə təsərrüfatında çalışırdılar.[4][11] Mintas və həyat yoldaşının axırıncı yaşadığı yer dəfə Fort Edvard kəndində idi. 22 noyabr 1829-cu ildə vəfat etdi və məzarı Hudzon Falls şəhərindəki Beyker qəbiristanlığındadır.
Evliliyi və ailəsi
redaktə1828 və ya 1829-cu ildə[Qeyd 3][4][11] Solomon Nortap Anne Hampton ilə evləndi.O, Afrika,Avropalı və yerli Amerika mənşəli qara dərili idi.[16] 1830–1834-cü illər arasında cütlük Fort Edvard və Kingsböri, New Yorkun Vaşinqton dairəsində kiçik icmalarda yaşadılar.[17]
Onların Elizabet,Marqaret,Alonzo adlı 3 övladı oldu. Hebronda bir fermaya sahib idilər və gəlirlərini müxtəlif işlərlə artırırdılar. Sonrakı xatirələrində Nortap, evləndikləri vaxtdan bəri həyat yoldaşına olan sevgisini "səmimi və dayanıqlı", övladlarını "sevimli" kimi olaraq təsvir edirdi.[18]
İş
redaktəNortap bir sənətkar kimi çalışmaqla yanaşı,müxtəlif işlərlə də məşğul olurdu. Bir musiqiçi kimi böyük nüfuza sahib oldu. Anne bir aşpaz kimi tanındı,yemək və içki xidməti verən yerli meyxanalarda işlədi.[11]
1834-cü ildə,təsərrüfatlarını satdıqdan sonra,iş imkanlarının daha geniş olduğu, Saratoqa Sprinqsə köçdülər.[19] Nortap mövsümü olaraq Saratoqa Sprinqin bir neçə otelində skripka çalırdı. Yaz aylarında iş çox olurdu,amma digər vaxtlarda işsizlik kimi çətinliklər olurdu.O,müxtəlif işlərdə,çalışmış,həmçinin Cəmpleyn kanalının tikintisində çalışmış,bacarıqlı dülgər kimi də fəaliyyət göstərmişdi. Anne vaxtaşırı Amerika Birləşmiş Ştatlarının otelində və digər ictimai evlərdə aşpaz kimi çalışırdı və kulinariya bacarıqlarına görə yüksək qiymətləndirilirdi. Ford Edvardın mahallarından birində yaşayarkən,əlavə pul qazanmaq üçün Səndi-Hilldə Şerli kafesində də çalışırdı.[20][21]
Tutularaq kölə kimi satılması
redaktə1841-ci ildə 32 yaşında olan Nortap özünü Meril Broun və Abram Hamilton kimi təqdim edən iki kişi ilə tanış oldu. Əyləncəli bir sirk şirkətinin üzvləri olduqlarını söyləyərək ona Nyu-Yorkdakı bir neçə tamaşada ifa etmək üçün iş təklif etdilər.[4][11] Səfərin qısa olacağını gözləyən Nortap, Səndi Hilldə işləyən Anneni xəbərdar etmədi.[22] Nyu Yorka çatdıqda onlar Nortona yüksək maaş və evə qayıdış xərcini ödəməyi vədverərək,sirkdə konsertlər verəcəyinə inandırdılar. Onlar onun "şəxsi azadlığı" haqqında sənədinin surətini ala bilmək üçün dayandılar.[11] Onun vəziyyəti köləliyin qanuni olduğu Vaşinqtona gedərkən yaxşı deyildi.
Şəhərdə ölkənin ən böyük qul bazarlarından biri var idi, qul oöruları pulsuz qara insanları oğurlamaqda bir oqədər üstün deyildilər.[23] Bu zaman, Vətəndaş Müharibəsindən 20 il əvvəl, Cənubda pambıq plantasiyalarının genişləndirilməsi sağlam qullara davamlı tələbatın artmasına səbəb olmuşdu. Qul oğruları, zorla qaçırılmaqdan tutmuş aldatmaya qədər və tez-tez qaçırılan uşaqları idarə etmək daha asan olan müxtəlif vasitələrdən istifadə etdilər.[24]
Mümkündür ki, "Braun" və "Hamilton" Nortapa belladonna (adi xanımotu) və ya laudanum əlavəli içki təklif edərək,içkinin təsirində olan Solomonu Vaşinqtonun ən böyük qul taciri Ceyms H. Börçə,onun qaçan qul olduğunu iddia edərək,[25][Qeyd 4] 650 dollara satırlar.[11][26] Nortap "12 illik əsarət"də kitabının II fəslində — "mənim müsibətlərimə səbəb olan iki insan- kişilər şəklində olan incə və qeyri-insani canavarlar — Məni evdən, ailədən və azadlıqdan, qızıl naminə uzaqlaşdırdılar — bu səhifələri oxuyanlar mənim fikirlərimlə razılaşacaqlar." Həbsxanada olan Börç və Ebenezer Radburn, onun azad adam olduğunu söyləməkdən çəkindirmək üçün Nortapı şiddətlə döydülər. Börç sonra səhvən Nortapı Gürcüstandan olan bir qul olaraq təqdim etdi.[27] Nortap, Amerika Birləşmiş Ştatlarının Kapitolisinə yaxın yerdə ticarətçi Viliam Viliamsın qul qələmində tutuldu.[26] Börç Nortapı və digər qulları dəniz yolu ilə Yeni Orleana,sahil qul ticarəti adlanan yerə,ortağı Seofilus Frimənin onları satacağı yerə göndərdi.[4][11] Səyahət zamanı Nortap və digər qullar təbii çiçək xəstəliyinə tutuldular.[26] Robert adlı bir qul yolda gedərkən elə bu xəstəlikdən öldü.
Nortap, İngilis dənizçisi Con Manninqi, Nyu-Orleana çatdıqdan sonra Henri B. Nortapa onun qaçırılması və qanunsuz əsarətindən xəbər verən məktubu göndərməyə inandırdı.[28] Henri vəkil idi, bir vaxtlar Solomonun atasının işlədiyi evdə, onu azad edən adamın oğlu və Solomonun uşaqlıq dostu idi. Nyu-York ştatının qanunverici orqanı oğurlanmış və dövlətdən qaçırılan və qanunsuz əsarət altına düşən hər kəsin yaxşılaşmasına yardım etmək üçün hüquqi və maliyyə yardımı göstərməklə Afroamerikalıları qorumaq üçün bir qanun qəbul etdi.[24] Henri Nortapa kömək etmək istədi, lakin Solomonun harada saxlandığını bilmədən hərəkət edə bilmədi.
Yeni Orlean qul bazarında Börçün ortağı Seofilus Friman, Luiziananın şimalındakı Qırmızı çay boyunca Bayou Bouf plantasiyasında kiçik əkinçiliklə məşğul olan vəkil Viliam Prins Forda Nortapı (Platt adını vermişdi) satdı.[4][11] Ford o zaman bir baptizm təbliğçisi idi. (1843-cü ildə, o, Aleksandr Kəmpbellin yazılarından təsirləndikdən sonra yaxın qohumlarını Xristian kilsələrinə cəlb etmə prosesinə rəhbərlik etmişdir.). Nortap xatirəsində Fordu qullarına qarşı diqqətli, yaxşı bir insan kimi xarakterizə edirdi. Nortap öz vəziyyəti ilə bağlı yazırdı:
Məncə, heç vaxt Viliam Forddan daha xeyirxah, nəcib, səmimi, xristian bir adam olmamışdır. Həmişə onu əhatə edən təsir və dərnəklər, onu köləlik sisteminin altında yatan səhvlərlə kor etmişdi.[11]
Fordun Payn Vudsdakı yerində Nortap, Fordun fermasından bazarda satış üçün ağac almaq problemini çözdü. Tirləri,şalbanları, quru yerlərdən daha asan və daha ucuz başa gələcək yolla bazara çatdırmaq üçün, dar Hindistanın körfəzindən aşağıya doğru hərəkət etmək üçün taxta sallar,bərələr düzəltməyi təklif etdi. Nyu-Yorkdakı əvvəlki işləri ilə bağlı olaraq bu proseslə tanış idi və Ford onun layihəsinin uğur qazandığından məmnun qaldı. Nortap dülgərlik bacarıqlarından istifadə edərək Fordun körfəzdə dəyirmanlar qurması üçün dəzgahlar düzəltməyə başladı. Ford ilə Nortapın, səylərini təqdir edirdi. Lakin fermer maddi sıxıntıya düşdüyü və borclarını ödəmək üçün 18 qul satmalı oldu. 17 nəfəri Kompton adlı qonşu plantasiya sahibinə satmalı oldu. Solomon pambıq toplaya bilmədiyi üçün, Ford onun üçün yerli biznesmen bir alıcı tapdı.
1842-ci ilin qışında Ford Nortapı dəyirmanlarda Ford üçün işləyən dülgərə Con M. Tibauta[11][Qeyd 5] satdı. O,ayrıca, Fordun Bayou Bouf plantasiyasında bir toxuculuq evi və un dəyirmanının inşasına kömək etmişdi. Fordun Tibauta borclu olduğu məbləğ Solomon üçün razılaşdırılmış alış qiymətindən az olduğundan, Ford, iki məbləğ arasındakı fərqi 400 dolları Nortapa bağışladı.[29]
Tibautun himayəsində Nortap qəddar və vəhşi rəftara məruz qaldı. Tibaut ondan Fordun plantasiyasında inşaatın tamamlanmasına kömək etmək üçün istifadə etdi. Tibaut digər tərəfdən Nortapı çırpır, çünki Nortapın istifadə etdiyi dırnaqları xoşlamırdı. Lakin Solomon bir neçə dəfə bu şiddətə qarşılıq vermişdi. Bundan qəzəblənən Tibaut,Solomonu asmaq üçün iki nəfəridə işə götürdü,hansı ki,buna onun hüquqi haqqı çatırdı. Fordun köməkçisi Çapin,onların sözünü kəsərək,Tibautun Forda olan borcunu xatırladaraq, güllələnmə yerində onları qovaraq,Nortapı öldürmələrinin qarşısını aldı. Ford, onun bağlı qalan qollarını açmaq üçün geri qayıdanadək,o, bir neçə saat bağlı qaldı.[30] Nortap Tibautun Forda olan borcunun onun həyatını xilas etdiyinə inanırdı. Tarixçi Valter Conson, Nortapın,Tibautun satın aldığı bəlkə də, güzəştli işçidən əmlak sahibi ustaya keçən ilk qulu olduğunu irəli sürürdü.[31]
Yerlilər arasında çox aşağı nüfuza malik Tibaut,Nortapı başqa yolla öldürmək qərarına gəldi. Onlar ikisi tək olanda Tibaut balta ilə Solomonu vurmaq istəyir,lakin o,özünü yenə müdafiə edir. O,Tibautu huşsuz hala salana qədər boğdu. Nortap, itlərin onu izləyə bilməməsi üçün bataqlıqlardan qaçaraq dörd gün yanında qaldığı Fordun yanına qayıtdı. Plantasiya sahibi, Tibautun qarşıdurmalarını məhdudlaşdırmaq üçün Nortapı "işə götürməyə" inandırdı.
Tibaut Nortapı Qırmızı çaydan təxminən 38 mil cənubda yaşayan Eldret adlı bir plantasiya sahibinin yanında işə götürdü. "Böyük qamış əyləci" adlandırdığı yerdə Eldret pambıq tarlalarını inkişaf etdirmək üçün,Nortap və digər qullara açıq qamış, ağaclar və diblik əraziləri şumlatdırmağa başladı.[26][32] İş yarımçıq qalsada,Tibaut Nortapı Edvin Eps adlı birinə satdı.
Eps Nortapı təxminən 10 il, 1853-cü ilə qədər Avoylsda (Luiziana) saxladı. O,qulları tez-tez və qeyri-müəyyən şəkildə cəzalandıran və onları sərt şəkildə idarə edən qəddar sahib idi. Onun siyasəti, qulları, gündəlik pambıq yığımında təyin edilən gündəlik iş kvotalarına cavab vermədikləri təqdirdə qamçılamaq idi.[33] Nortap yazırdı ki, qamış səsləri hər gün Epsin plantasiyasında,gün batandan günortaya qədər işıqlar sönənədək eşidilirdi. Epps, Patsi adlı gənc kölə qadına dəfələrlə təcavüz etmişdi.
1852-ci ildə, Kanadalı dülgər Samuel Bass, Eps üçün bəzi işlər görməyə gəldi. Bassın abolisionist fikirlərini eşidən Nortap sonda sirrini ona açmaq qərarına gəldi. Bass,onun əsl adını və köləliyindən bəri azad bir insan olduğunu söylədiyi ilk şəxs idi.[34] Nortap tərəfindən yazılmış bir məktub göndərməklə yanaşı, Bass,onun qurtuluşuna çatması ümidi ilə ortapın dostlarına Bayou Boufdakı yaşayışının ümumi təfərrüatlarını qeydə aldığı bir neçə məktub yazdı.[35]
Bass,bunu şəxsən risk alaraq etdi,çünki,yerli xalq bir köləyə kömək edən şəxsə qarşı heç vaxt xoş davranmazdı. Bundan əlavə, Bassın köməyi 1850-ci ildə Qaçqın Qul Qanunu qəbul edildikdən sonra,ona yararlı oldu,qanun kölələrin qaçmasına kömək edən insanlara qarşı federal cəzaları artırdı.[36]
Azad olunması
redaktəBass bir neçə məktub yazdı: Sarafoqa-Sprinqsdəki, Nortapı tanıyan anbar işçilərinə Kefas Parker və Villiam Perriyə. Parker və ya Perri, məktubu Nortapın həyat yoldaşı Anneye göndərdi, Solomonun atasının keçmiş sahibinin oğlu vəkil Henri B. Nortap ilə əlaqə qurdu. Henri B. Nortap Nyu York qubernatoru Vaşinqton Hant ilə əlaqə qurdu,bu işi görən, baş prokuroru özünün qanuni agenti təyin etdi. 1840-cı ildə Nyu-York Dövlət Qanunvericiliyi, köləliyə qaçırılan hər bir afroamerikalı sakinə kömək etmək üçün, habelə qaçqın kölələrə mühakimə olunmasına zəmanət verən bir qanun qəbul etdi. Nortapın ailəsinə xəbər verildikdən sonra, xilasediciləri hələ də qul olan adamı tapmaq üçün məktublar səhv əllərə düşdüyü təqdirdə qorunması,yerini qismən gizlətməyə çalışdığı və Bassın əsl adını istifadə etmədiyi üçün detektiv iş aparmalı idilər. Bir vətəndaş və Nyu York sakini kimi şəxsən azad olma statusunun sənədlərini tapmalı idilər; Henri B. Nortap, eyni zamanda Solomon Nortapı tanıyan adamlardan izahatlarda toplamağa başladı. Bu müddət ərzində Nortap məktubların çatıb-çatmadığından xəbərsiz idi. Ünsiyyət qurmaq üçün heç bir vasitə yox idi, çünki gizliliyi təmin etmək lazım idi və Nortapın planlarının sahibinin bilməməsi zəruri idi.[11][21]
Bass səyyar idi və burada ailəsi yox idi.[36] (Luizianadadakı dostlarından xəbərsiz idi, Kanadada həyat yoldaşı və uşaqlarını qoymuşdu).[36] O,həmçinin Luizianada qara dərili azad qadınlada yaşayıb. Risk olduğuna görə Bass məktubda öz adını açıqlamadı. Henri Nortap hələ də onu Luizianada tapmağa çalışırdı və Bass,Solomon Nortapın Edvin Epsin plantasiyasında,onun tərəfindən tutulduğunu açıqlamışdı.[37] Henri Nortap qanunu tətbiq etmək üçün Marksvilledən kilsə xadiminidə özüylə götürmüşdü.
Luiziana ştatından olan ABŞ senatoru Pierre Soul və digər yerli hakimiyyət orqanları ilə əməkdaşlıq çərçivəsində Henri B. Nortap 1 yanvar 1853-cü ildə Marksville şəhərinə gəldi. Nortapı izləmək çox çətindi, çünki yerlilər arasında Platt adlı qul kimi tanınmışdı. Vəkil Platt/Nortapın həyat yoldaşı və uşaqları olan azad bir adam olduğuna dair dəlillərlə Epsi qarşılaşdırdıqda,Eps əvvəlcə qul olan adamdan alış-veriş zamanı ona niyə bunu demədiyini tələb etdi. Sonra Eps dedi ki, "Plattı" almağa adamların gəldiyini bilsəydi,heç vaxt qulu diri tuta bilməməkləri üçün hər şeyi edərdi. Eps Nortapa kömək edən adamı (ona məlum olmayan) lənətləyir və kimliyini əgər öyrənsəydi onu öldürərdi.
Nortap daha sonra yazırdı: "O,(Epps) məni itirdiyi üçün başqa heç nə düşünmürdü,azad doğulduğum üçün məni lənətləyirdi."[11][38] Vəkil Henri B. Nortap Epsi buna inandırdı ki,bu sənədlər əsasındakı məhkəmədə prosesində mübarizə aparmaq mənasız olacaq, buna görə plantasiya sahibi bu işi qəbul etdi. Nortapın verilməsi ilə bütün sənədlərə sənədlərə imza atdı. Nəhayət 4 yanvar 1853-cü ildə, Bassla görüşdən dörd ay sonra, Nortap azadlığına qovuşdu.[26][39]
Məhkəmə prosesləri və xatirəsi
redaktəNortap şəxsən azad olaraq qaçırılaraq kölə kimi satılmağına baxmayaraq,daha sonra azad olan az sayda qaradərililərdən idi. ABŞ-nin Ohayo ştatında, ştatın qubernatoru,Ali hakim Salmon Çeyz Portlendin hakimliyi ilə Orville Klark,Henri Nortap,Solomon Nortap Ceyms Börçü və onu Vaşinqtonda qul kimi satanları məhkəməyə verdilər.[Qeyd 6][6][8]
Solomon Nortap və Henri Nortap, Nyu Yorka geri dönərkən,Vaşinqtonda dayandılar və əvvəlcə onu qul kimi alan adam olan Ceyms H. Börçə qarşı polis magistratına şikayət verdilər. Börç dərhal həbs olundu və cinayət ittihamları ilə mühakimə olundu. Nortap Vaşinqton qanunlarına görə,məhkəmədə ifadə verən qara dərililərə qarşı ifadə verə bilmədi. Qul ticarəti ilə məşğul olan Börç və digər bir neçə nəfər,Nortapın Gürcüstandan bir qul olduğunu və satıldığını söyləyərək onlara yaxınlaşdıqlarını ifadə etdi. Börçin mühasibat kitabında onun satın alınmasına dair heç bir qeyd edilməmişdi. İttihamçı Henri Nortap,Solomonu tanıdıqlarını bildirən digər ağdərili insanlar,onun oğurlanana qədər Nyu Yorkda yaşayan azad biri olduğunu bildirdilər. Börçün nağılına qarşı qanuni bir ifadə verə bilmədiyi üçün, Börç günahkar olmadı. Lakin, sensasiyalı məhəkəmə prosesi dərhal milli diqqəti cəlb etdi və New York Times qəzeti məhkəmə prosesi haqqında 20 yanvar 1853-cü ildə, bitməsindən bir neçə gün sonra və Nortapın xilas edilməsindən cəmi iki həftə sonra məqalə dərc etdi.[6][40]
Bəraət aldıqdan sonra, Börç, onun,saxta şəkildə Corciyada satılan bir qul olduğunu iddia edərək,Nortapın 625 dollarlıq alış qiymətini irəli sürərək Solomon Nortapa qarşı ittiham irəli sürülməsini tələb etdi. Öz hekayəsinin həqiqiliyini sübut etmək istəyən Nortap, məhkəməni davam etdirməyə çağırdı. Vəkilinin tövsiyəsi ilə Börç, Nortapın etirazlarına qarşı şikayətini geri götürdü. Nortap, Börçin şikayəti ilə əlaqədar bu məhkəmədə yalnız Börçə qarşı üsyan qaldıracağını və onun pis görünə biləcəyini bilirdi. Nortap, əslində Gürcüstandan bir kölə olduğunu iddia edərsə, Börçə qarşı ittiham irəli sürmək üçün qanunla əlaqə saxlayaraq, azadlığını bərpa etdikdən bir neçə gün sonra azadlığını riskə atmağının mənası olmazdı.
O dövrdə Nortap, sirk sahibi olan kişilərə qarşı, Aleksandr Merill və Josef Rasselə qarşı qanuni bir şikayət vermədi, çünki Nortap ilə tanış olarkən onlar saxta adlardan istifadə etmişdilər,ona görə də tapıla bilmədilər.
Elə həmin il Solomon Nortap "On iki il əsrətdə" (1853) adlı xatirəsini yazdı və nəşr etdirdi.[8] Kitab üç ay ərzində yerli yazıçı və jurnalist Deyvid Vilsonun köməyi ilə yazılmışdır. Kitab, Nyu York, Oberndə[41] Derbi və Miller tərəfindən nəşr olundu,köləlik mövzusunda mübahisələrin meydana çıxdığı bir dövrdə və Harriyet Biçer Stounun "Tom dayının daxması" (1852) romanının satıldığı bir dövrdə Nortapın kitabı üç il ərzində 30.000 nüsxə satıldı, eyni zamanda bestseller oldu.
Kitab və dava ictimailəşdirildikdən sonra, New Yorkda Fonda yaxınlığındakı bir mahal məhkəməsi hakimi Saddeus Con, 1841-ci ildə mərhum prezident Harrisonun cənazəsi zamanı qara bir adamla Vaşinqtona gedən iki köhnə dostu Aleksandr Merrill və Josef Rasselli gördüyünü xatırladığını söylədi. Lakin, Vaşinqtondan qayıdarkən onları yenidən gördü, amma qaradərili adam yox idi. Onlar,yeni həddindən artıq bahalı əşyalar geyirdilər və daşıyırdılar və o, ilk səfərdə onlarla olan qəribə bir söhbətini xatırladı. Ondan xahiş etdilər ki, qaradərili ilə birlikdə olduqda onları öz adları ilə deyil, Braun və Həmilton adlandırsın. Səlahiyyətlilərlə əlaqə qurduqdan sonra Con Nortap ilə görüşdü. İkisi bir-birini 1840-cı ildə qatarda ilk qarşılaşmadan tanımışdılar. Onun köməkliyi ilə Merill və Rassel tutularaq həbs edildi.
Nyu York məhkəməsi 4 oktyabr 1854-cü ildə açıldı. Həm Nortap, həm də Con hər iki şəxsə qarşı ifadə verdilər. Məhkəmə, daxili qul ticarəti sahəsində geniş yayılmış qanunsuz əməlləri üzə çıxardı. Məhkəmə işi zamanı ifadə verərək, Nortapın təcrübəsi haqqında hesabının müxtəlif təfərrüatları təsdiqləndi. İki ildən çox davam edən müraciətlərdən sonra Nyu Yorkdakı yeni vəkildə bu işi davam etdirə bilmədi və 1857-ci ilin mayında buraxıldı.[11][42] Nortapın oğurlandığı və köləliyə satıldığı iddia edilənlərə qarşı heç bir qanuni tədbir görülmür. Vashinqton səlahiyyətliləri Merrill və Rasselli mühakimə etməkdən imtina etdilər və Nortapın oğurlandığı və kölə olaraq satıldığını iddia edilənlərə qarşı heç bir qanuni tədbir görülmədi.
Son illəri
redaktəAzadlığına qovuşduqdan sonra Solomon Nortap həyat yoldaşı və uşaqlarına yenidən qovuşdu.[43] 1855-ci ilə qədər qızı Marqaret Stanton və ailəsi ilə birlikdə Kvinsböri, Vorın Kaunti, Nyu Yorkda yaşadı. Yenidən dülgər işləməyə başladı. Abolisionizm hərəkatının fəalı oldu və Amerika Vətəndaş Müharibəsindən əvvəlki illərdə ABŞ-nin şimal-şərqində təxminən iyirmi dəfə bu mövzuda mühazirələr oxudu.[44][45]
1857-ci ilin yayında Nortap, bir sıra mühazirələr üçün Kanadada idi. Solomonun Streetsvil,Ontarioda olduğu bildirildi,lakin düşmən Kanadalı bir izdiham onun danışmasına mane oldu.[46] There is no contemporaneous documentation of his whereabouts after that time.[9] The location and circumstances of his death are unknown.[47] Bu müddətdən sonra onun olduğu yer barədə heç bir uyğun sənəd yoxdur. Onun ölüm yeri və şəraiti məlum deyil. Şayiələr çox yayıldı. 1858-ci ildə bir qəzet xəbər verirdi; "Deyilənə görə, oğurlanaraq qul kimi satılan və sonra sağalmış və azadlığa qovuşmuş Solomon Nortap yenidən Cənuba qul olaraq satıldı."[48] Qısa müddətdən sonra, hətta onun yaxın dostu Henri B. Nortap,onun yenidən sərxoş olunaraq Kanadadan qaçırıldığını söylədi.[49]
İllər sonra,E. R. Mann səhvən yazırdı: Saratoqa Sprinqss Benç Barda (1879),Nortapın qaçırılmasında Li olan Merill və Rasell işdən çıxarıldılar. Mann: "Taleyinin necə olduğu məlum olmadı,şübhəsiz,onu qaçıranlar bilirdilər.[50] 1909-cu ildə Henrinin qardaşı oğlu Con Henri Nortap yazırdı: "Onun haqqında ən son eşitdiyim Solomonun Bostonda kitabından mühazirələr oxuyur,kitabını həm də satırdı. Daha sonra bir anda yoxa çıxdı.ola bilsin ki,daha sonra yenə qaçırılaraq,öldürüldü. Con R.Smit görə, 1930-cu illərdə yazılmış məktublarda, o, atası Revm Con John Smitin, Vermontdakı Metodist Naziri olduğunu söylədi, Nortap və keçmiş qul Tabbs Qross ilə 1860-cı illərin əvvəllərində, Vətəndaş müharibəsi illərində,yeraltı dəmiryolunda qaçaq kölələrə kömək edirdi.[7] Nortapın 1863-cü ilin yanvar ayında edilən Avraam Linkolnun "Qulların azad olması haqqında" bəyannaməsindən sonra Rev Smiti ziyarət etdiyi bildirildi.[7]
Nortap, ailəsi ilə birlikdə 1860-cı il Amerika Birləşmiş Ştatları siyahıyaalmasına daxil edilmədi.[51] 1865-ci ildə Nyu York əyalət siyahıyaalması həyat yoldaşı Anne Nortapı (lakin Solomon deyil) qeyd edir; o, Saratoqa Sprinq yaxınlığındakı Moreau şəhərində evli, dul qalmamış,qızları və kürəkəni, Marqaret və Filip Stanton ilə birlikdə yaşadığı qeyd edildi.[52] 1870-ci ildə Nortapın həyat yoldaşı Barton C. Dennisin evində aşpaz olaraq qeyd edildi.[53] Bu zaman Dennis onu, Nyu Yorkdakı Sandi Hilldə Middlwörs housda oteldə saxlayırdı.[54] Solomon Nortap oteldə saxlanılanlar arasında yox idi. Elə həmin il qızı Marqaret Stanton və kürəkəni Nevau, Nyu York üçün siyahıyaalma cədvəlində görünür, amma Nortapın adı yenə də yoxdur. Nortapın oğlu Alonzo, Fort Edvard, Nyu York üçün 1870-ci il siyahıya alınmasına daxil edilmişdir; ailəsinə yalnız onun özü, həyat yoldaşı və qızı daxil edilmişdi.[55]
1875-ci ildə Anne Nortap, Nyu York ştatının Vaşinqton Countidəkı Kingsböri / Sandi Hilldə yaşayırdı və siyahıyaalma məlumatlarında, evlilik vəziyyətinə "indi dul qalmış" olaraq verilirdi.[56] Anne Nortap 1876-cı ildə vəfat edərkən, bəzi qəzetlərdə onun ölüm xəbərində dul olduğu yazılırdı.[57]
XXI əsr tarixçiləri Klifford Braun və Karol Vilson,onun təbii səbəblərdən öldüyünü qeyd edirlər.[8] 1850-ci illərin sonlarında kölə kimi qaçırılmasının mümkünsüz olduğunu düşünürlər,cünki qul alverçiləri üçün, maraq doğuracaq qədər yaşlı olduğu üçün itkin düşməsi açıqlanmamış qalır.[9]
Tarixşünaslıq
redaktəXatirə əsəri tez-tez qul povestləri janrı kimi təsnif olunsa da,alim Səm Vorley bu janrın standart formatına uyğun olmadığını söyləyir. Nortapa bu əsəri yazmaqda Deyvid Vilson tərəfindən kömək edildi; o,ağ dərili idi və Vorleyə görə bəziləri materialın onun tərəfindən qərəzli edəcəyinə inanırdılar. Vorley Vilsonunu kitabda öz maraqlarını güddüyünü narahatlıqla qeyd edirdi:
On iki il inandırıcı şəkildə Nortapın nağılıdır,çünki empirik detala heyranedici diqqəti və Nortapın təcrübəsinin mürəkkəbliyini kəskin bir mənəvi cəhətdən azaltmaq istəməməsinə görə heç kimə aid deyil.[21]
Nortapın avtobioqrafiyasını,Nortapın kitabın yazılmasında rolunu Deyvid Fiske araşdırdı və müəllifliyinin həqiqiliyini təsdiqlədi.[58] Nortapın tam və təsviri yazıları,köləliyi araşdıran çoxsaylı tarixçilər tərəfindən istifadə edilmişdir. Kapitolun "Sarı ev" inin ("The Williams Slave Pen" olaraq da bilinir) təsviri, tədqiqatçılara Kolumbiya bölgəsindəki köləlik tarixini sənədləşdirməyə kömək etdi.[Qeyd 7]
Alimlər arasındakı təsir
redaktə- Nortapın xatirələri olan əsəri 1869-cu ildə yenidən nəşr edilmişdir.[59]
- Ulrix B. Filips, Life and Labor in the Old South (Boston, 1929) və American Negro Slavery (Nyu York, 1918) əsərlərində, keçmiş qulların əksər rəvayətlərinin "həqiqiliyinə" şübhə edirdi,Nortapın xatirəsini "alt tərəfi əkin həyatının canlı bir hesabı" adlandırdı.[60][61]
- Alim Kennes M. Stamp, The Peculiar Institution (Nyu York, 1956) əsərində Nortapın köləliyə dair kitabından, tez-tez istinadlar gətirir.[62][63] Stanli Elkins, "Köləlik" (Çikaqo, 1959) adlı kitabında, Filips və Stamp kimi, Nortapın xatirəsini etibarlı tarixi mənbə kimi qeyd edirlər.[61]
- Since the mid-20th century, the civil rights movement, and an increase in works of social history and in African-American studies, have brought renewed interest in Northup's memoir.[64]
- XX əsrin ortalarından bəri, vətəndaş hüquqları hərəkatı və sosial tarix əsərlərinin artması və Afrika-Amerika araşdırmaları Nortapın memuarına yenidən maraq oyatdı.[64]
- Memuarının ilk elmi nəşri 1968-ci ildə nəşr edilmişdir.[65]
- Professor Sue Eakin və Jozef Loqsdon tərəfindən hazırlanan, bu yaxşı şərh edilmiş LSU Press nəşrinin kitabı o dövrdən bəri sinif otaqlarında və alimlər tərəfindən istifadə edilmişdir və hələ də çap olunur.[64]
- 1998-ci ildə,Nyu Yorkun Skenektadi şəhərindəki,Yunion kollecdən bir qrup tələbə, siyasi elmlər professoru Klifford Braun ilə Nortapın tarixi povestini sənədləşdirdilər. Onlar Vaşinqton, Nyu York, Luizinadan keçən yollardakı, fotoşəkillər, ailə ağacları, satış sənədləri, xəritələr və xəstəxana qeydlərini bir yolla topladılar. Onların bu materialdan ibarət sərgisi kollecin Nott Memorial binasında keçirilib.[8]
- "Qara adamlar Kapitolu tikdi" adlı kitabında (2007), Cesse Holland, Nortapın memuarından istifadə etdiyini qeyd etdi.[66][Qeyd 8]
İrsi və xatirəsi
redaktə- 1999-cu ildə Saratoqa Sprinqsdə Nortapın həyatını xatırlamaq üçün Konqres və Broadveyin küncündə tarixi bir marker quruldu. Şəhər, daha sonra iyulun üçüncü şənbə gününü Solomon Nortap günü olaraq təyin etdi, onu şərəfləndirdi, regional Afrika-Amerika tarixini işıqlandırdı, azadlıq və ədalət problemlər barədə ictimaiyyət məlumatlandırıldı.[67][68]
- 2000-ci ildə Konqres Kitabxanası Solomon Northup Gününün proqramını Amerika Folklife Mərkəzinin daimi arxivinə qəbul etdi. Anakostiya İcma Muzeyi və Milli Park Xidmət-Şəbəkə Azadlığı Layihəsi də bu çoxmərtəbəli, çox mədəniyyətli tədbir proqramının mahiyyətini tanıdı.[69] "Solomon Nortap Günü — Azadlığın qeyd edilməsi" hər il Saratoqa Sprinqs şəhərində, eləcə də Nyu-Yorkun Plattsburq şəhərində Şimal Yeraltı Dəmiryolu Tarixi Dərnəyinin dəstəyi ilə davam edir.[70]
- Solomon Nortapın şərəfinə illik qeydlər edildi. Skidmo kollecində Nortap nəslinin toplanması ilə bağlı 2015-ci il konfransın keçirildi. Konqresmen Paul Tonko da məruzəçilər arasında idi.[71]
Həmçinin bax
redaktəQeydlər
redaktə- ↑ Daha öncə çap olunan qəzet məqalələrində adı həm "Nortap" və "Nortup" kimi də verilir,bəzən eyni məqalədə hər iki deyiliş də verilirdi.
- ↑ Nortap,1854-cü ildə kitabında doğum ilini,1808-ci il olduğunu and içərək ifadə etdiyi halda, o, 10 iyulda 47 yaşına çatdığını bildirir,bu da onun 1807-ci il təvəllüdlü olduğunu göstərir, bu da 1852-ci ildə "təxminən 45" olduğunu deyən həyat yoldaşının ifadəsinə uyğundur.
- ↑ Nortapın On iki il əsirlikdə mətni 1829-cu il tarixini verir;Bununla birlikdə həyat yoldaşı və toy edən Sülh Ədaləti 1828-ci il tarixini verdi. "Ananın Xatirəsinə" və Timoti Eddinin ifadələrinə baxın, hər ikisi On iki il əsirlikdə Əlavə B-də
- ↑ Birch is spelled as Burch in Northup's book
- ↑ Nortapın kitabında adı "Tibits" kimi yazılmışdır, ehtimal ki, yerlilər bu adı belə tələffüz edirdilər.
- ↑ Tarixçi Karol Vilson 1994-cü ildə yazdığı Riskdə Azadlıq: Amerikadakı Azad Qaraların Oğurlanması, 1780–1865. kitabında 300 adam qaçırma hadisəsini sənədləşdirdi.Freedom at Risk: The Kidnapping of Free Blacks in America, 1780–1865 Arxivləşdirilib 2020-02-25 at the Wayback Machine, University of Kentucky Press, 1994. O hesab edir ki, sənədləşdirilməyən daha minlərlə adamın qaçırılması ehtimalı var.
- ↑ Nortap Vaşinqtonda Villiam Villiamsa məxsus olan qul bayılını belə izah edirdi: "O, barbar bir fermer kimi idi. Bura elə qurulmuşdu ki, xarici dünya orada yığılmış insan mal-qarasını heç görə bilməzdi. Həyətlə bağlanan bina, Vaşinqtonun ictimai küçələrindən birində hündür iki mərtəbəli bina idi.Çöldən yalnız sakit fərdi yaşayış evi görünürdü. Ona baxan qərib,ondan necə istifadə edildiyini xəyal belə edəməzdi. Qəribə görünən odur ki,eyni evin qarşısında Kapitoli idi. Azadlıq və bərabərliklə öyünən vətənpərvər nümayəndələrin səsləri və kasıb kölə zəncirlərinin səsi az qala qarışdı. Kapitolinin kölgəsində olan bir qul bayılı! Bu,özümü huşsuz vəziyyətdən ayılarkən gördüyüm Villiamsın Vaşinqtondakı qul bayılının 1841-ci ildə olduğu kimi düzgün bir təsvirdir."Free blacks kidnapped, sold into slavery in the shadow of the U.S. Capitol" Arxivləşdirilib 2021-05-08 at the Wayback Machine, Washington Times October 20, 2013
- ↑ Digər bir qul bazarı Robiys Taverndə yerləşirdi;bu bazar indiki Təhsil Şöbəsi ilə Smitsonian İnstitutu,Milli Hava və Kosmik Muzeyi arasındakı ticarət mərkəzinin Kapitoliyə baxan hissəsinin daxilində yerləşirdi.
İstinadlar
redaktə- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Solomon Northup // CONOR.SI.
- ↑ 1 2 3 4 5 6 Chisholm, Hugh. Solomon Northup // Encyclopædia Britannica (11th). Cambridge University Press. 1911. 2014-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-22.
- ↑ Nelson, Emmanuel Sampath. Solomon Northup (1808-1863?) // Marsden, Elizabeth (redaktor). African American Autobiographers: A Sourcebook. Greenwood Publishing Group. 2002. səh. 290. ISBN 9780313314094. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-22.
- ↑ 1 2 3 "The Kidnapping Case: Narrative of the Seizure and Recovery of Solomon Northrup" (PDF). The New York Times. January 20, 1853. May 24, 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: March 9, 2014.
- ↑ 1 2 3 "John R. Smith letter" (1930s), Wilbur Henry Siebert collection, Houghton Library, Harvard University "Wilbur Henry Siebert Collection". April 3, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 9, 2014.
- ↑ 1 2 3 4 5 Genz, Michelle. "Solomon's Wisdom". Washington Post. March 7, 1999. October 16, 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 19, 2012.
- ↑ 1 2 3 Lo Wang, Hansi. "'12 Years' Is The Story Of A Slave Whose End Is A Mystery". NPR. October 29, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 7, 2014.
- ↑ "Last Will & Testament of Henry Northrop" Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine (recorded October 3, 1797), Rensselaer County, New York Will Book, vol 1, pp 144–145. Accessed October 22, 2013.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 "Oxford AASC: Home". 2014-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-31.
- ↑ "The Northup Kidnapping Case," New York Daily Tribune, July 14, 1854, p. 7; "Memorial of Anne," appendix to Twelve Years a Slave
- ↑ Northup, Solomon; David Wilson. Twelve Years a Slave Arxivləşdirilib 2020-08-23 at the Wayback Machine, Auburn, NY: Orton and Mulligan; London: Samson Low, Son & Company, 1853, p. 1, at Documenting the American South, University of North Carolina
- ↑ "Transcription of New York Constitution of 1821 excerpt". New York State Archives. December 31, 2013 tarixində arxivləşdirilib.
- ↑ Curtis, Nancy. Black Heritage Sites: the South Arxivləşdirilib 2014-01-23 at the Wayback Machine, 1996, p. 118.
- ↑ Northup (1853), Twelve Years a Slave, p. 21
- ↑ "Solomon Northup, Kingsbury, Washington, New York". United States Census, 1830. National Archives and Records Administration. İstifadə tarixi: March 29, 2014.
- ↑ Northrup, Solomon; edited by Sue Eakin, Joseph Logsdon. Twelve Years a Slave. Baton Rouge: Louisiana State University Press. 1968. səh. 7. ISBN 0807101508. ([[:Category:|link]])[[Category:]]
- ↑ "Solomon Northorp, Saratoga Springs, Saratoga, New York". United States Census, 1840. National Archives and Records Administration. İstifadə tarixi: March 29, 2014.
- ↑ Northup (1853), Twelve Years, pp. 25, 28
- ↑ 1 2 3 Worley, Sam. "Solomon Northup and the Sly Philosophy of the Slave Pen" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, Callaloo, Vol. 20, No. 1 (Winter 1997), p. 245.
- ↑ Northup (1853), Twelve Years a Slave, p. 30
- ↑ "Researching the African-American Experience in Washington, D.C." George Washington University. Gelman Library System. June 7, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 23, 2018.
- ↑ 1 2 Wilson, Carol. Freedom at Risk. University of Kentucky Press. 1994. 10–12.
- ↑ Fradin, Judith Bloom; Fradin, Dennis Brindell. Stolen into Slavery: The True Story of Solomon Northup, Free Black Man. National Geographic Books. 2012. səh. 20. ISBN 978-1-4263-0937-3. 2020-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-24.
- ↑ 1 2 3 4 5 African American Autobiographers: A Sourcebook (2002) Ed. Emmanuel S. Nelson, Greenwood Press, p. 291
- ↑ Northup, Solomon. Twelve Years a Slave. 1853. səh. 36.
- ↑ Northup, Solomon. Osofsky, Gilbert (redaktor). Puttin' On Ole Massa: The Slave Narratives of Henry Bibb, William Wells Brown, and Solomon Northup. Harper & Row. 1969 [1853]. səh. 260. LCCN 69017285.
- ↑ Northup, Solomon. Twelve Years a Slave. 1853. 105–106.
- ↑ Northup, Solomon. Twelve Years a Slave. 1853. 114–116.
- ↑ Soul by Soul: Life Inside the Antebellum Slave Market, (1999) Walter Johnson, Harvard University Press, p. 80
- ↑ Northup, Solomon. Twelve Years a Slave. 1853. 153–156.
- ↑ Northrup, Solomon; edited by Sue Eakin, Joseph Logsdon. Twelve Years a Slave. Baton Rouge: Louisiana State University Press. 1968. 125–126. ISBN 0807101508. ([[:Category:|link]])[[Category:]]
- ↑ Northrup, Solomon; edited by Sue Eakin, Joseph Logsdon. Twelve Years a Slave. Baton Rouge: Louisiana State University Press. 1968. 211–212. ISBN 0807101508. ([[:Category:|link]])[[Category:]]
- ↑ Fiske, David; Clifford W. Brown Jr. Solomon Northup: The Complete Story of the Author of Twelve Years a Slave. ABC-CLIO. August 12, 2013. 15–18. ISBN 978-1-4408-2975-8. April 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2020.
- ↑ 1 2 3 Szklarski, Cassandra. "Canadian connection to 12 Years a Slave has descendants buzzing". The Globe and Mail. November 15, 2013. June 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 9, 2014.
- ↑ Twelve Years a Slave: Narrative of Solomon Northup, p.298
- ↑ Northup, Solomon. Twelve Years a Slave. 1853. səh. 184.
- ↑ Northup, Solomon. Twelve Years a Slave. 1853. 73–74, 270–73, 275, 292, 297–98.
- ↑ "Narrative of the Seizure and Recovery of Solomon Northrup". New York Times. Documenting the American South. University of North Carolina. January 20, 1853. February 25, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2020.
- ↑ J.C. Derby, William H. Seward // Fifty Years Among Authors, Books and Publishers, New York: G.W. Carleton & Co., 1884, 62–63
- ↑ Fiske, David. Solomon Northup: His Life Before and After Slavery. 2012. ISBN 1468096370.
- ↑ "Solomon Northup, Queensbury, Warren, New York". New York, State Census, 1855. New York Secretary of State. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 29, 2014.
- ↑ Fiske, David. Solomon Northup: His Life Before and After Slavery, 2012, Appendix A.
- ↑ Fiske, David; Brown, Clifford W.; Seligman, Rachel. Solomon Northup: The Complete Story of the Author of Twelve Years a Slave. 2013.
- ↑ "Freedom in Canada". Boston Herald. August 25, 1857. səh. 2.
- ↑ "Death of Solomon Northup, author of 12 Years A Slave, still a mystery". The National (ingilis). September 21, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 6, 2019.
- ↑ 'American Union (Ellicottville, NY), November 12, 1858
- ↑ "Poor Sol. Northop". Columbus (Georgia) Daily Enquirer. October 16, 1858. səh. 2, citing the New York News.
- ↑ Mann, E. R. The Bench and Bar of Saratoga County. 1879. səh. 153.
- ↑ "Ann Northup, Queensbury, Warren, New York". United States Census, 1860. NARA, Washington DC. İstifadə tarixi: March 29, 2014.
- ↑ "New York, State Census, 1865 - Saratoga - Moreau". FamilySearch. The Church of Jesus Christ of Latter-day Saints. Images 21-22. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 5, 2014.
- ↑ 1870 Federal Census for Sandy Hill, Washington County, New York, Household #44
- ↑ 1870 Federal Census for Moreau, Saratoga County, New York, Household #100
- ↑ 1870 Federal Census for Fort Edward, Washington County, New York, Household #662
- ↑ "New York, State Census, 1875 > Washington > Kingsbury, E.D. 03". FamilySearch. The Church of Jesus Christ of Latter-day Saints. Image 16. March 5, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 5, 2014.
- ↑ "Vicinity News". Daily Albany Argus. August 16, 1876. səh. 4.
- ↑ Fiske, David "Authenticity and Authorship: Solomon Northup's Twelve Years a Slave" Arxivləşdirilib 2018-08-14 at the Wayback Machine, New York State History Blog, David Fiske, December 11, 2013
- ↑ Ernest, John. Liberation Historiography: African American Writers and the Challenge of History, 1794–1861. Chapel Hill: Univ of North Carolina Press. 2004. səh. 183. ISBN 978-0-8078-6353-4. 2020-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-27.
- ↑ Phillips, Ulrich Bonnell. Life and Labor in the Old South. Southern classics series. Columbia, SC: University of South Carolina Press. 2007 [1929]. səh. 219. ISBN 9781570036781. July 6, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 5, 2014.
- ↑ 1 2 Northrup, Solomon; edited by Sue Eakin, Joseph Logsdon. Twelve Years a Slave. Baton Rouge: Louisiana State University Press. 1968. səh. x. ISBN 0807101508. ([[:Category:|link]])[[Category:]]
- ↑ Silbey, Joel H. "Review of Twelve Years a Slave by Solomon Northup, editors Sue Eakin and Joseph Logsdon", Journal of the Illinois State Historical Society, Vol. 63, No. 2 (Summer, 1970), p. 203.
- ↑ Stampp, Kenneth M. The Peculiar Institution. New York: Vintage Books. 1956. 60, 74–5, 90, 162, 183, 285, 287, 323, 336–7, 359, 365, 380. Presence of "Twelve Years…" usually revealed by unindexed footnotes.
- ↑ 1 2 3 "An Escape From Slavery, Now a Movie, Has Long Intrigued Historians". The New York Times. September 23, 2013. October 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2013.
- ↑ Solomon Northup. "Twelve Years A Slave". Louisiana State University Press. October 2, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 26, 2013.
- ↑ Holland, Jesse. "Black Men Built the Capitol" Arxivləşdirilib 2021-10-21 at the Wayback Machine, Democracy Now interview, January 20, 2009.
- ↑ City of Saratoga Springs. "Solomon Northup Day, A Celebration of Freedom". Press release carried at Saratoga NYGenWeb. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
- ↑ Solomon Northup Day Arxivləşdirilib 2020-02-14 at the Wayback Machine, in Saratoga Springs Heritage Area Visitor Center.
- ↑ "Freedom Project". 2020-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
- ↑ "North Country Underground Railroad". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
- ↑ Don Papson, "Solomon Northup Day 2015 Closing Remarks" Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine, Skidmore College, July 22, 2015
Ədəbiyyat
redaktə- Fiske, David; Brown, Clifford W. & Seligman, Rachel. Solomon Northup: The Complete Story of the Author of Twelve Years a Slave. 2013., a complete biography of Northup
- Lester, Julius. To Be a Slave. New York. 1968. 39–58., Newbery Honor, ages 10 and up
- Osofsky, Gilbert, redaktorPuttin' on Ole Massa: The Slave Narratives of Henry Bibb, William Wells Brown, and Solomon Northup. New York: Harper and Row. 1969. LCCN 69017285.
Xarici keçidlər
redaktə- Faces of Solomon Solomon Nortapın nəsli (ing.)
- Solomon Northup's Odyssey İnternet Film Bazasında (ing.)
- Twelve Years a Slave, Milli Arxiv: Sənədlər öyrədir (ing.)
- The Solomon Northup Trail, Eakin və Loqsdonun 1968-ci ildə apardığı araşdırmalara əsaslanaraq Nortapın memuarından xəritələr və təsvirlər (ing.)