Sonuncu Sahid Film 2004 - Wikipedia
Sonuncu şahid | |
---|---|
Janr |
dram cinayət triller |
Rejissor | Məhərrəm Bədirzadə |
Ssenari müəllifi | Aydın Ağazadə |
Baş rollarda |
Füzuli Hüseynov — Oqtay Səmədzadə Məsmə Aslanqızı — Selcan Suğra Bağırzadə — Selcan Samir Qulamov — Azər Səmədzadə Əliabbas Qədirov — Sədi Həsənzadə |
Operatorlar |
İzzət Əzizov Aydın Mansurov |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 1-ci seriya (Əbədi Selcan): 12 mart 2004, Azərbaycan Televiziyası |
Filmin növü | çoxseriyalı bədii televiziya filmi |
Müddət |
212,5 dəq. 1-ci seriya (Əbədi Selcan): 54,5 dəq. 2-ci seriya (Şahid var): 51 dəq. 3-cü seriya (Həqiqət sorağında): 52 dəq. 4-cü seriya (İflasa doğru): 55 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2004 |
Texniki məlumatlar | videofilm |
Rəng | rəngli |
IMDb | ID1669045 |
Məzmun
redaktə"Sonuncu Şahid" Selcan (Məsmə Aslanqızı) adlı qızdır. O, qətl hadisəsinin şahidi olur. Qətli törədən Samir (Vüqar Əbdülov) digər şahidləri müxtəlif yollarla susdurmağa nail olur. Təkcə Selcandan başqa. Selcan hədə-qorxulara baxmayaraq öz vicdanının əksinə gedə bilmir və son məqamda məhkəmədə ifadə vermək qərarına gəlir. Çünki bütün günahlar həmin gecə Selcanı canilərin əlindən xilas edən Azər Səmədzadənin (Samir Qulamov) üstünə atılmışdı. Selcanın ifadəsindən sonra Azər azadlığa buraxılır, lakin, hadisələr daha da qabarıq hala gəlir. Samir öz dəstəsi ilə bir-bir şahidləri aradan götürməyə başlayır. Əlbəttə Selcan da təhlükə altında qalır. Hətta Samirin dəstəsi işi aparan hakim Sədi Həsənzadənin (Əliabbas Qədirov) nəvəsi Fərruxu (Murtuz Ələsgərov) da qaçırır ki, məhkəmədə işi Samirin xeyrinə həll etsin. İş elə gətirir ki, təsadüf nəticəsində Selcanın nişanlısı Mətin Şahsuvarov (Elşən Rüstəmov) Azər Səmədzadə ilə birləşib Fərruxu canilərin əlindən qurtarır.
- Kriminal mövzuda çəkilmiş bu filmdə yaşlı nəslin nümayəndələri ilə yanaşı, işıqlı ideyalarla yaşayan gənclərin cinayətkar ünsürlərə qarşı prinsipial mübarizəsi əks etdirilir.
Film haqqında
redaktəSerialın 1-ci seriyası "Əbədi Selcan", 2-ci seriyası "Şahid var", 3-cü seriyası "Həqiqət sorağında", 4-cü seriyası isə "İflasa doğru" adlanır.
Filmdə gənc Selcanı yaşlı Selcana bənzətmək üçün aktrisa Məsmə Aslanqızının gözlərinə linza taxılmışdır. Çünki yaşlı Selcanı oynayan aktrisa Suğra Bağırzadənin gözləri mavidir.
Səhv
redaktə- Montaj səhvi: Filmdə iki qara "Cip" markalı avtomobil sahildə üz-üzə gəlir. Sonra səhnə dəyişir və Mikayılla (Anar Heybətov) Samir (Vüqar Əbdülov) kafedə otururlar. Sonra yenə sahildəki səhnəyə qayıdırıq və Vüqarla Mikayıl maşından düşürlər. Deməli onlar eyni vaxtda həm kafedə, həm də sahildədirlər.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Aydın Ağazadə
- Quruluşçu rejissor: Məhərrəm Bədirzadə
- Quruluşçu operator: İzzət Əzizov, Aydın Mansurov
- Rəssam: Rəfael Əlizadə
- Montaj rejissoru: Nasir Salamov (Nəsir Salamov kimi)
- Səs rejissoru: Firudin Bağıroğlu
- Musiqi Tərtibatı: Firudin Bağıroğlu
- Operator: Mahmud Əhmədov
- İşıq rəssamı: Mahmud Əhmədov
- Rejissor: Emil Abdullayev, Almaz Məmmədova
- Qrim rəssamı: Elbrus Vahidov, Zemfira Cəfərova
- Kompüter qrafikası: Mirzə Qurbanov
- Rejissor assistenti: Dilşad Baxşəliyeva, Cavid Novruzov, Zaur Ağaoğlu, Günel Babayeva
- Sürücü: Qərib Əliyev
- İşıqçı: Tərlan Qafarov
- Məsləhətçi: Ənvər Seyidov (hüquq elmləri namizədi)
- Redaktor: Mailə Muradxanlı
- Filmin direktoru: Faiq Abbasov
- Musiqilərindən istifadə edilən bəstəkar: Rauf Əliyev ("Vahimə" filmindən), Xəyyam Mirzəzadə ("Güllələnmə təxirə salınır" və "Afroditanın qolları" filmlərindən), Müslüm Maqomayev ("Burulğan" filmindən)
Rollarda
redaktə- Füzuli Hüseynov — Oqtay Səmədzadə
- Məsmə Aslanqızı — Selcan
- Suğra Bağırzadə — Selcan
- Samir Qulamov — Azər Səmədzadə
- Əliabbas Qədirov — Sədi Həsənzadə
- Hicran Nəsirova — Aybəniz Həsənzadə
- Vüqar Əbdülov — Samir
- Mələk Həsrətova — Sənubər
- Anar Heybətov — Mikayıl
- Sona Məmmədova — Samirin tanışı
- Rüfət Axundov — İlkin
- Əminə Babayeva — Selcanın nənəsi
- Elşən Rüstəmov — Mətin Şahsuvarov
- Nicat Kazımov — Kapitan Sərvətov
- Mətləb Abdullayev — Vəkil
- Elxan Quliyev — İttihamçı
- Vüsal Mehrəliyev — Samirin dostu
- Rafiq Hüseynov — Qaya
- Füzuli Məmmədov (aktyor) — Polis rəisi
- Arzu Hüseynov — Ramiz Hüseynov
- Zemfira Orucova
- Murtuz Ələsgərov — Fərrux
- Mikayıl Nəsirov — yalançı şahid
- Səmayə Məmmədova
- Cavid Novruzov
- Nağı Qocayev
- Ağaqulu Manafov
- Hasil Adiloğlu
- Firuz Xudaverdiyev — Samirin adamı
- Məmmədkamal Kazımov — qoca
- Bəxtiyar Babayev
- Bəxtiyar Hüseynov
- Zümrüd Məmmədova — İlkinin anası
- Elxan Qurbanov — prokuror
- Məhərrəm Bədirzadə — Qədir
- Vüqar Axundov — uşaq qaçıran
- Filmi səsləndirənlər:
- Həmidə Ömərova — Selcan (Suğra Bağırzadə) (titrlərdə yoxdur)