Sonuncu Dervis Film 2009 - Wikipedia
Sonuncu Dervis Film 2009 - Wikipedia - Haqqında Məlumat
Sonuncu dərviş — rejissor Ələkbər Muradovun filmi.[1]
Sonuncu dərviş | |
---|---|
Janr |
dram bioqrafik |
Rejissor | Ələkbər Muradov |
Ssenari müəllifləri |
Ələkbər Muradov Əhməd Orucoğlu |
Baş rollarda |
Nazim Babayev Camal Məhərrəmli Hüseyn Rəhimov |
Operator | Manaf Quliyev |
Bəstəkar | İmruzə Hüseynova |
Rəssam | Ağaəli İbrahimov |
İstehsalçı | Carçı Film |
İlk baxış tarixi | 13 oktyabr 2009, İctimai Televiziya |
Filmin növü | tammetrajlı bədii televiziya filmi |
Müddət | 86 dəqiqə |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2009 |
Texniki məlumatlar | videofilm |
Rəng | Rəngli (ağ-qara kadrlarla) |
Çəkiliş yeri | Bakı |
Məzmun
redaktəFilm dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edir.[2] Burada onun 3 həyat dövrü — uşaqlıq, gənclik və ahıl dövrləri əks etdirilib.[3]
Film haqqında
redaktə- Film Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illiyi ilə əlaqədar olaraq çəkilmişdir.
- Filmdə həmçinin rəssamın heç yerdə sərgilənməyən Moskvadakı 200-ə yaxın əsəri nümayiş olunmuşdur.
- Filmin rejissoru Ələkbər Muradov təqdimat mərasimində nəyə görə bu mövzuya müraciət etdiyinə və baş rola aktyor olmayan bir nəfəri çəkdiyinə aydınlıq gətirib. O, Səttar Bəhlulzadəni uşaqlıqdan tanıdığını və onun atası ilə bir sinifdə oxuduğunu diqqətə çatdırıb: "Səttar müəllim həftənin bazar günləri bizim evə gələrdi. Mən də rəsm işlərimi onunla bölüşürdüm, o da mənə ilham və ruh verirdi. Ondan başqa məni heç kim tərifləmirdi. Filmdə Səttar Bəhlulzadə obrazını onun qohumu canlandırıb, ancaq o, heç bir sənətin sahibi deyil və simaca Səttar Bəhlulzadəyə bənzədiyi üçün baş rola onu çəkdim. Bu mənim üçün çox çətin oldu".
- Səttar Bəhlulzadənin 300-ə yaxın işini filmə Ağaəli İbrahimov təqdim etmişdir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifləri: Ələkbər Muradov, Əhməd Orucoğlu (Əhməd Oruc kimi)
- Quruluşçu rejissor: Ələkbər Muradov
- Quruluşçu operator: Manaf Quliyev
- Quruluşçu rəssam: Ağaəli İbrahimov
- Bəstəkar: İmruzə Hüseynova
- Montaj: Elşad Rasimoğlu
- Rejissorlar: Murad Muradov, Olqa Şabanova
- Rejissor assistenti: Məryəm Rövşənqızı
- Operator assistenti: Soltan Məmmədov
- Geyim üzrə rəssam: Ələkbər Muradov
- Foto rəssam: Rahim Qədimov
- İşıq ustası: Adil Rüstəmov
- Pirotexnik: Əlibala Məmmədov
- Kran: Seymur Səlimov
- Texniki heyət: Eldar Səfərov, Ramin İsrafilov, Emin Talıbov
- Sürücülər: Şahin Hüseynov, Fəxrəddin Tağıyev, Elşən Piriyev
- İnzibatçı: Ceyhun Cümşüdov
- Musiqi redaktoru: Sevil Ələkbərova
- Prodüser: Faiq Güləhmədoğlu
- Redaktor: Rafiq Səməndər
- Filmin direktoru: Azad Məmmədov
Rollarda
redaktə- Nazim Babayev — Səttar Bəhlulzadə
- Camal Məhərrəmli — Səttarın uşaqlığı
- Hüseyn Rəhimov — Səttarın gəncliyi
- Həcər Ağayeva — Maral Rəhmanzadə
- Vladimir Neverov — Şeqal
- Naina İbrahimova — Şeqalın həyat yoldaşı
- Sona Mikayılova — Səttarın anası
- Ofelya Novruzqızı — Səttarın bacısı
- Ağakişi Kazımov — Azərbaycanın Moskvadakı nümayəndəsi
- Tariyel Qasımov — qəbul komissiyasından Vəlihəd Vəliyev
- Hacı Mirzə Fərzəliyev — dərviş
- Aydın Əliyev — dərviş
- Azər İsmayılov — dərviş
- Ceyhun Qəmərlinski — Əzim Əzimzadə
- Yevgeni Vorobjanski — Elistratov
- Rafiq Kaşanlı — professor Litvinov
- Afət Axundova — professor Litvinovun qızı
- Rüstəm Zeynallı — Toğrul Nərimanbəyov
- Vaqif Baxşıyev — çayçı Gülmurad
- Ağadayı Mehdiyev — gürcü rəssam
- Elmir Hüseynov — Səttarın dostu
- Sərdar Rüstəmov — Fərhad Xəlilov
- Ramiz Novruzov — Mircəfər Bağırov
- Cavanşir Bayramov — Tofiq Bayram
- Bəyim Mehdiyeva — stüardessa
- Akif Qəribov — İosif Stalin
- Zinaida Sibilyeva — gözətçi
- Rəcəb Quliyev — uşaq
- Nurlan Hacıyev — uşaq
- Nəzrin Hacıyeva — uşaq
- Leyla Əbdülsəmədova — uşaq
- Zemfira Əbdülsəmədova — Solmaz
- Sergey Netrunenko — Maralın nişanlısı
- Rafiq İbrahimov — raykom nümayəndəsi
- Ədalət Əmiraslanov — Rza müəllim
- Eldar Bağırbəyov — Səttarın dostu
- Həsənəli Quliyev — Elistratovun köməkçisi
- Ceyhun Cümşüdov — Elistratovun köməkçisi
- Vadim İseyev — Moskvalı cərrah
- Aliyə Quliyeva — poçtalyon Zina
- Dmitri Ponamaryov — zabit
- Mamiya Kruaşvili
- Giya Kruaşvili
- İnqa Kutateladze
- David Rixvadze
- Eldar Məmmədov
- Fəxri İsmayılov
- Zaur Həsənov
- Cabir Bədəlov
- Rüstəm Ağazadə
- İbrahim Zeynalov
- Lera Kanunnukina
- Həsən Həsənov
- Günay Şəmsi
- Vasilisa Ağayeva
- Novruz Məmmədov
- Elşən Hacıyev
- Adil Əliyev
- Samir Qasımov
- Elşad Həsənov
- Nadir Rüstəmov
- Polina Dorosinskaya
- Fəridə Xəlilova
- Fərhad Zangiyev
- Mərziyə Hüseynova
- Ramil Xəlilov
- Esmira Qasımova
- Elmira Əhmədova
- Natəvan Əhmədova
- Aydan Hüseynova
- Şəhla Əbiyeva
- Səbinə Hacıyeva
- Vüsalə Nəbiyeva
- Olqa Şabanova
- Toğrul Vəliyev
- Rəhim Qədimov
- Fəxrəddin Tağıyev
- Fərhad Məmmədov
- Ümid Abdullayev
- Vüsalə Əliyeva
- Vaqif Mustafayev
- Oksana Ağalarova
- Orxan Həsənzadə
Filmi səsləndirənlər
redaktə- Mirzə Ağabəyli — Səttar Bəhlulzadə (Nazim Babayev) (titrlərdə yoxdur)
İstinadlar
redaktə- ↑ Əliyev, Z. Filmin gecikmiş təqdimatına məcburi şərh: [Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadəyə həsr edilmiş "Sonuncu dərviş" filminin təqdimatı haqqında] //Azadlıq.- 2010.- 21 sentyabr.- S. 15.
- ↑ "Sonuncu dərviş" təqdim olundu: [Kinematoqrafçılar İttifaqında kinorejissor Ələkbər Muradovun Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr etdiyi eyni adlı bədii filmin təqdimat mərasiminin keçirilməsi haqqında] //Mərkəz.- 2010.- 15 sentyabr.- S. 11.
- ↑ Nisə. "Sonuncu dərviş" filmi ictimaiyyətə təqdim olundu: Film Səttar Bəhlulzadənin keçdiyi ömür yolunu əhatə edir: [Rejissor Ələkbər Muradovun "Sonuncu dərviş" filminin təqdimatı haqqında] //Olaylar.- 2010.- 16 sentyabr.- S. 11.