Soqomon Teyliryan - Wikipedia
Soqomon Teyliryan (erm. Սողոմոն Թեհլերյան; 2 aprel 1896[1][2] – 23 may 1960[1][2], San-Fransisko, Kaliforniya[1][2]) — Tələt Paşanı qətlə yetirmiş erməni terrorçusu.
Soqomon Teyliryan | |
---|---|
q.erm. Սողոմոն Թեհլիրեան | |
Doğum tarixi | 2 aprel 1896[1][2] |
Vəfat tarixi | 23 may 1960[1][2] (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSoqomon Teyliryan 2 aprel 1897-ci ildə Osmanlı İmperiyasının Ərzincan şəhərində anadan olub. Birinci dünya müharibəsi başlayanda, türklərə qarşı vuruşan erməni dəstələrinin tərəfinə keçib. Müharibədən sonra Daşnaksütyunun göstərişi ilə (Nemezis əməliyyatı çərçivəsində) o, 1920-ci ildə İstanbulda guya "türk gizli polisinin siyasi şöbəsi" ilə əməkdaşlıq etdiyinə görə Mkrtıç Arutunyanı qətlə yetirib, sonra Berlinə yollanıb və 15 mart 1921-ci ildə Şarlottenburqda bir çox insanın gözü qarşısında keçmiş sədrəzəm Tələt Paşanı öldürüb.
Alman polisi Teyliryanı həbs edib, qısa sürən məhkəmə prosesi erməni millətçilərinin tamaşasına çevrilib, onlar bu prosesdən erməni soyqırımının reklamı üçün istifadə ediblər. Dərhal Soqomon Teyliryan adına fond yaradılıb, dünyanın hər yerindən, varlı ermənlər bu fonda vəsait köçürüblər. Teyliryan üçün Almaniyanın üç ən bahalı və məşhur vəkili tutulub, bunların arasında tanınmış hüquqşunas, Köln universitetinin hüquq professoru doktor Kurt Nimayer da olub. Məhkəmənin Teyliryanın affekt vəziyyətində olarkən bu cinayəti törətdiyi və törətdiyi qətl üçün məsuliyyət daşımadığı ilə bağlı hökm çıxarıb və onu faktiki günahsız elan edərək azadlığa buraxıb.
-
Soqomon Telriyanın Kaliforniyadakı qəbri.
-
Amerika Erməniləri Milli Komitəsinin Soqomon Telriyanın qəbri üzərində keçirdiyi tədbir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ 1 2 3 4 5 6 Ով ով է. հայեր (erm.). / red. Հ. Այվազյան Երևան: Հայկական հանրագիտարան հրատարակչություն, 2005. C. 1. S. 426.