Sor Sor - Wikipedia
Sor Sor — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.
Sor Sor | |
---|---|
40°14′38″ şm. e. 48°07′43″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 3324 |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
redaktəKənd Qarasuçayın sahilində yerləşir. Etnooykonimdir. Oykonim özündə Azərbaycanın sorsor/sorsur tayfasının adını əks etdirir. Sorsorlar XV əsrdə Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində və Səhvilər dövlətinin möhkəmlənməsində yaxından iştirak etmiş qızılbaş tayfalarından biri olmuşdur. Sonralar onlar Azarbaycanın müxtəlif zonalarında məskunlaşmışdılar. XVI əsrin əvvəllərində sorsorlann bir qismi Şirvanda yaşayırdı. Sorsor etnotoponiminə tarixən Azərbaycanın müxtəlif yərlərində rast gəlinirdi, məsələn: Göyçay quberniyasında Sorsor kəndi, Qubada Sursur Bilici kəndi, Şamaxıda Sorsor kəndi, Lənkəranda Son, Sorə kəndi, Cəbrayılda Sur kəndi və s.[1]
Əhalisi
redaktə2022-ci ilin siyahıyaalınmasına əsasən kənddə 2320 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
redaktə- ↑ Sor Sor // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
redaktə Kürdəmir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |