Sorbus Albovii - Wikipedia
Albov quşarmudu (lat. Sorbus albovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Albov quşarmudu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Albov quşarmudu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təbii yayılması
redaktəQafqazda, Naxçıvanda və Dağıstanda yayılmışdır. Növ ilk dəfə 1929-cu ildə Y.D.Sinzerlinq tərəfindən toplanılmış herbari nümunələrinə əsasən təyin edilmişdir. Qafqaz coğrafi areal tipinə aiddir.
Botaniki təsviri
redaktəAğac və ya koldur. Tumurcuqları çılpaq və ya az tükcüklüdür. Yarpaqları tərsyumurtavari və ya ellipsvaridir. Qaidədən az daralmış və ya dairəvidir. Yuxarısı sivri və ya kütdür, adətən sivri ucludur, 7-10 sm uzunluqda, 4-7 sm enindədir. Yan damarlarının sayı 8-11 cütdür, üst tərəfi çılpaq (ilk vaxtlar damarlar boyunca az tükcüklü), alt tərəfi isə yaşıl və zəif tükcüklüdür. Kənarları dişciklidir, yuxarı tərəfi adətən aydın olmayan ikiqat dişciklidir, kəskin iti dişciklər yarpağın ayasına kimi çatır. Kasacığı keçətükcüklü olub, dişcikləri üçbucaq şəklində sivridir. Ləçəkləri yumurtavaridir. Meyvələri dəyirmi və ya ovalşəkilli olub, qırmızıdır, sonralar göyərir. May-iyun aylarında çiçək açır, avqust-sentyabrda isə meyvəsi yetişir.
Ekologiyası
redaktəOrta və yüksək dağlıq qurşaqlarda, dəniz səviyyəsindən 1800-2200 m hündürlüklərdə seyrək meşəliklərdə və kolluqlar arasında yayılmışdır.
Azərbaycanda yayılması
redaktəNaxçıvan MR, Ordubad rayonunun Nürgüt kəndi ətrafındakı seyrək meşəlikdə, palıd, yemişan, armud növləri ilə birlikdə və ya tək-tək, Şahbuz rayonunun Biçənək kəndi ərazisində palıd meşəliyində rast gəlinir.
İstifadəsi
redaktəYaşıllaşdırmada istifadə olunmur. Tərkibində efir yağı vardır.
İstinadlar
redaktə- ↑ The Plant List (ing.). 2010.