Sorbus Graeca - Wikipedia
Yunan quşarmudu (lat. Sorbus graeca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Yunan quşarmudu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Yunan quşarmudu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
redaktəKiçik Asiyada və Balkan yarmadasında yayılıb. İlk dəfə Albaniyadan təsvir edilib.
Botaniki təsviri
redaktəHündürlüyü 12 m çatan orta boylu ağac və ya koldur. Yarpaqları uzunsov ellipisvari və ya yumurtavari, çılpaq, altdan isə ağ keçətükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Meyvəsi avqust ayında yetişir.
Ekologiyası
redaktəTorpağa az tələbkar, şaxtaya davamlıdır.
Azərbaycanda yayılması
redaktəNaxçıvanda MR-da yuxarı dağ qurşağında qayalıqlarda bitir.
İstifadəsi
redaktəO, istər çiçəkləmə və vegetasiya dövründə, istərsə də meyvə gətirmə dövründə və payızda yarpaqların müxtəlif rəngələrə düşdüyü zaman yüksək dekorativ keyfiyyətlərə malikdir. Kömürü keyfiyyətlidir, yananda yaxşı istilik verir.
İstinadlar
redaktə- ↑ The Plant List (ing.). 2010.