Soyuq Ov - Wikipedia
Soyuq ov (norv. Fritt Vilt) — Norveç istehsalı olan və rejissor Roar Uthauq tərəfindən çəkilmiş qorxu və triller filmidir. 2006-cı ildə premyerası baş tutmuş bu film müasir Norveç qorxu filmləri arasında ən yaxşılarından hesab olunur. Film eləcə də bir sıra ölkələrdə də nümayiş etdirilib.[3]
Soyuq ov Fritt Vilt | |
---|---|
bukmol Fritt vilt[1] | |
Janr |
qorxu triller |
Rejissor | Roar Uthauq |
Prodüserlər |
Martin Sundland Maqni Linqner |
Ssenari müəllifi | Tomas Moldestand |
Baş rollarda |
İngrid Bolso Berdal Rolf Kristian Larsen Viktoriya Vinqe Endre Martin Midtstiqen Tomas Alf Larsen Run Melbi |
Bəstəkar | Maqnus Beit |
İstehsalçı | SF Norge AS |
Distribütor | Netflix |
İlk baxış tarixi | 13 oktyabr 2006 |
Filmin növü | Bədii film |
Müddət | 97 dəqiqə |
Gəlir | $3,724,383[2] |
Ölkə | Norveç |
Dil | Norveçcə |
İl | 2006 |
Sonrakı film | Soyuq ov 2: Dirilmə |
Rəng | Rəngli |
IMDb | ID0808276 |
Məzmun
redaktəBeş norveçli gənc pasxa tətilini keçirtmək məqsədilə ölkənin şimalındakı dağlara üz tuturlar. Həm tətil həm də xizək sürməyi planlaşdıran gənclərin bu istəyi dostlarından birinin ayağının qırılması ilə yarımçıq qalır. Maşınlarında da uzaq düşən bu gənclər sığınacaq axtarmağa başlayırlar və tərk edilmiş köhnə bir otel tapırlar. Əvvəlcə hər şey qaydasında görünür. Hətta əylənməyə də başlayan gənclər sonradan başlarına gələcəklərdən xəbərsizdirlər. Oteldə bilmədikləri bir adam onları bir-bir pldürməyə başladığında artıq vəziyyət dəyişir. İndi gənclər sağ qalmaq mübarizəsi verməlidirlər.
Rollarda
redaktə- İnqrid Borso Berday / Yannike
- Rolf Kristian Larsen / Morten Tobias
- Viktoria Uinq / İnqun
- Tomas Alf Larsen / Erik
- Endre Martin Midtstiqen / Mikail
- Run Melbi / Dağda yaşayan adam
- Erik Skceqqedal / Dağda yaşayan adamın uşaqlığı
- Toni Lande / Anası
- Hallvard Holmen / Atası
İstehsalı
redaktəFilmin çəkilişləri Norveçin şimalında yerləşən Jotunheimen (Nəhənglərin Evi) dağlarında baş tutub. Helikopterlər 20 tonluq avadanlıqla -25 dərəcə olan dağların başı ilə uçaraq çəkilişləri aparıblar. Filmin çəkilişləri 2 il çəkdi və əlavə olaraq xüsusi effektlər üçün isə 9 ay vaxt sərf edildi.[4]
Qəbulu
redaktəFilm 2007-ci ildə Trondheimdə beynəlxalq Kosmorama Film festivalında Martin Sundland və Maqne Laynqer Ən yaxşı produser mükafatlarını qazandılar. kristian Çanninq isə Ən yaxşı bəstəkar mükafatını aldı. 2007-ci ildə Grossmann film and wine festival mərasimində film, "Vicious Cat Award" mükafatına layiq görüldü.
Davamı
redaktəFilmin 2-ci hissəsi olan Soyuq ov 2: Dirilmə rejissor Mats Stenberg tərəfindən lentə alındı və 2008-ci ildə yayımlandı.[5] Soyuq ov 3 isə 2010-cu ildə nümayiş etdirildi.
Xarici keçidlər
redaktə- Filmin rəsmi saytı (ing.)
- "Soyuq ov" — Internet Movie Database saytında
- Filmi izlə Arxivləşdirilib 2013-04-05 at the Wayback Machine (az.)
İstinadlar
redaktə- ↑ http://www.nb.no/filmografi/show?id=545915.
- ↑ "Arxivlənmiş surət". 2014-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-18.
- ↑ "Arxivlənmiş surət". 2017-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-16.
- ↑ "Arxivlənmiş surət". 2011-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-16.
- ↑ "Arxivlənmiş surət". 2012-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-16.