Spevsipp - Wikipedia
Spevsipp (yun. Σπεὐσιππος; e.ə. 407, Qədim Afina – e.ə. 339) — qədim yunan filosofu, Platonun öyrəncisi ondan sonra Akademiyanın rəhbəri (skolarxı). Müxtəlif sahələr üzrə çoxlu əsərlərin müəllifi kimi tanınırdı[1]. Ancaq, həmin əsərlər bizim zamanımıza çatmamışdır.
Spevsippus | |
---|---|
Σπεὐσιππος | |
Doğum tarixi | e.ə. 407 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 339 |
Dövr | Ellinizm |
İstiqaməti | Platonizm |
Vikianbarda əlaqəli mediafayllar |
Fəlsəfəsi
redaktəSpevsippus Platonun ontoloji təlimində də əsaslı dəyişikliklər etmiş, onun ideyalarını rəqəmlərdə təsəvvür etmişdir[2]. Bununla da o, ideyaları inkar edirdi. Aristotel yazırdı ki, Platondan fərqli olaraq Speusippus şeylərin gözəlliyini onların başlanğıclarında görmürdü, çünki bu gözəlliklər onların özlərində müşahidə olunur[3].
Bütün rəqəmlərin başlanğıcı hər şeydən üstün olan Vahiddir. Platon fəlsəfəsində Vahid həm tanrı, həm də ərdəm kimi başa düşülürdü. Ancaq, Speusippusda o tam mənada nə tanrı, nə də ərdəmdir. Vahiddən başqa şeylərlə əlaqələndirilən rəqəmlər başlayır. Tanrını isə Speusippus Platonun Demuirqosunda görürdü, onu Əqllə eyniləşdirirdi.
Vahiddən fərqli olaraq maddi aləmdə hər şey çoxluqdadır[4]. Vahidlə çoxluğun ahəngi rəqəmlərdə əks olunur. Bunlar da Platonun ideyalarıdır. Rəqəmlər maddi təzahürlərdən və şeylərdən fərqli və transsendentaldır. Speusippusun rəqəmlər mistikası onu pifaqorçulara yaxınlaşdırırdı. Həmçinin, Platondan fərqli olaraq Speusippus hesab edirdi ki, duyğular vasitəsilə həqiqi biliyi əldə etmək mümkündür.
Spevsippus Platon təlimində düşüncə və duyğu arasında ziddiyyəti ortadan qaldırmaq istəmişdir. Onun fikrincə bəzi şeyləri duyğularla, başqalarını isə düşüncə ilə qavramaq mümkündür. Düşüncə ilə qavranılan şeylərin meyarı "elmi düşüncədir" (yun. επιστημονικόν). Duyğularla qavranılanların meyarı isə "elmi hissdir" (yun. αισθησις). Speusippus güman edirdi ki, "elmi hiss" həqiqətin açılmasında düşüncə ilə birlikdə fəaliyyət göstərir. Duyğu orqanları məşq vasitəsilə şeylərin arasındakı fərqi səhvsiz təyin edir. Məsələn, musiqiçi musiqidə ahəngi və ahəngsizliyi təbiətin vergisinə görə deyil, nəzəriyyəni öyrənib bilməsinə görə təyin edə bilir.[5]
Beləliklə, güman etmək olar ki, Speusippusa görə belə bir duyğularla duyulan gerçəklik vardır ki, onu "elmi hissi idrakla" dərk etmək olar. Bu gerçəklikdən başqa heç nə yoxdur. Ancaq, onun hər bir hissəciyi özünəməxsus şəkildə müəyyən bir riyazi qurumla bağlıdır.[6]
Mənbə
redaktəAydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 198-199. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
redaktə- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 198-199. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- John Dillon: The Heirs of Plato. A Study of the Old Academy (347–274 BC). Clarendon Press, Oxford 2003.
- Debra Nails: The People of Plato. A prosopography of Plato and other Socratics, Indianapolis 2002.
- Мочалова И. Н. Философия ранней академии. СПб.,2007.-144 с.
Xarici bağlantılar
redaktə- Dancy, Russell. "Speusippus". Stanford Encyclopedia of Philosophy.
- Jackson, Henry (1911). "Speusippus". Encyclopædia Britannica (11th ed.).
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. : Georg Bell & Sons, 1915, p. 153.
- ↑ Aristotle. Metaphysics / Translated by T. Taylor. : Printed for the author by Davis, Wilks, and Taylor, 1801, p. 152.
- ↑ Aristotle. Metaphysics / Translated by T. Taylor. : Printed for the author by Davis, Wilks, and Taylor, 1801, p. 182.
- ↑ Aristotle. Metaphysics / Translated by T. Taylor. : Printed for the author by Davis, Wilks, and Taylor, 1801, pp. 152–153.
- ↑ Две книги против логиков // Секст Эмпирик. Сочинения в двух томах / Перевод А. Ф. Лосева. Том 1. M: Мысль, 1976, s. 90.
- ↑ Лосев А. Ф. История античной эстетики. Т 3. Arxivləşdirilib 2017-08-19 at the Wayback Machine: ACT; Харьков: Фолио, 2000, s. 439–445.