Spiraea Arguta - Wikipedia
İtidişli topulqa (lat. Spiraea × arguta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü.
İtidişli topulqa | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: İtidişli topulqa |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəAralıq dənizyanı ərazilərdə yayılmlşdır.
Botaniki təsviri
redaktəHündürlüyü 2 metr olan enli, dağınıq çətirli koldur, qışda yarpaqlarını tökür. Yarpaqları ensiz, neştərvari, 4 sm uzunluğunda, tünd yaşıldır. Çiçəkləri ağ, çətirvari çiçək qrupundan toplaşır, diametri 1 sm-ə qədərdir və kütləvi çiçəkləmə dövründə kolu örtür. May ayında çiçəkləyir.
Ekologiyası
redaktəŞəhər şəraitinə dözümlüdür.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazda təbii halda rast gəlinir. Bakı Mərkəzi Nəbatət bağına, Mərdəkan dendroloji bağına introduksiya edilmişdir.
İstifadəsi
redaktəBakı və Abşeron yarımadasının park və bağlarında yaşıllıqlarda istifadə edilir. Bəzək bağçılığı üçün perspektivli dekorativ koldur.