Spiraea Vanhouttei - Wikipedia
Vanqut topulqası (lat. Spiraea × vanhouttei) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü.
Vanqut topulqası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Vanqut topulqası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəBaltikyanı ölkələrdə, Qafqazda və Orta Asiyada əkin şəraitində becərilir.
Botaniki təsviri
redaktəHündürlüyü 2,5 m, çətrinin diametri 2 m olan koldur. Tez böyüyür, çoxlu yan budaqlar əmələ gətirir. Yaşlı budaqları aşağıya doğru sallanır. Yarpaqları rombşəkilli-yumurtavari, ucu biz, 3-5 hissəli, üst hissəsi tünd yaşıl, alt hissəsi isə açıq-yaşıldır, payızda sarımtıl rəng alır. Çiçəkləri ağ, hamar olub, may-iyun aylarında kütləvi çiçəkləyir. Çiçəkləri çoxsaylı olmaqla çətir çiçək qrupuna toplanmışdır. Meyvələri xırdadır.
Ekologiyası
redaktəTorpağa çox tələbkar deyil, quraqlığa və soyuğa dözür. Birillik zoğların uc hissələri qışda şaxtadan donur.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazda təbii halda rast gəlinir.
İstifadəsi
redaktəCanlı hasarlar üçün çox yararlıdır. 2-3 ildən bir budanma aparılır.